Məhkəmə qərarları › İş №2(032)-1790/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1790/2025

29.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1790/2025 29.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Ərizəçi İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı ərizənin etibarsız hesab edilməsi, qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı ərizənin etibarsız hesab edilməsi, qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə 29 sentyabr 2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, iddia ərizəsində tərəflər “iddiaçı” və “cavabdeh” kimi göstərilməli olduğu halda “ərizəçi” və “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ” kimi göstərilmişdir. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (Mülki Prosessual Məcəlləsinin 12-23-cü fəsilləri) mövcuddur. Xüsusi icraat qaydasında baxılan işlər (Mülki Prosessual Məcəlləsinin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Qanunverciliyin tələbindən göründüyü kimi “ərizəçi” və “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ” iddia icraatında icraatda deyil, xüsusi icraat qaydasında baxılan işlərdə iştirak edirlər. İddia icraatında proses iştirakçılarının “ərizəçi” və “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ” kimi göstərilməsi ərizənin forma və məzmununa uyğun deyildir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; MPM-in 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti ərizəçi İddiaçı qaytarılmalıdır. Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: Ərizəçi İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı ərizənin etibarsız hesab edilməsi, qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar