Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1807/2025 17.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti) «fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il tarixdə Şirvan şəhərində doğulmuş birinci qrup əlil olan həyat yoldaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 12 avqust 1979-cu il təvəllüdlü X3 ilə nikahlarını xx.xx.1997-ci il tarixdə Əli Bayramlı şəhər nikah evində 284 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Həmin nikahdan bir övladları olmmuşdur. Həyat yoldaşı 1992-ci ildə hərbi xidmətdə olub, hərbi xidmət müddətini bitirdikdən sonra da orada qalmış Qarabağ müharibəsi başlayan vaxt o da müharibədə iştirak etmişdir. xx.xx.1996-cı il tarixdə isə tərxis olunaraq evlərinə qayıtmışdır, müharibə veteranıdır. Müharibədən qayıtdıqdan sonra onda müəyyən xəstəliklər əməl gəlməsinin şahidi olmuşdur. Lakin onun xəstəliklərinin kəskinləşməsi ilə əlaqədar son 3 ildə onu çoxsaylı müalicə və müayinələrdən keçirtmişdir. xx.xx.2024-cü il tarixdə göndərişə əsasən Salyan rayonlararası psixatriya xəstəxanasında həkim məsləhət komissiyası tərəfindən müayinə olunub və ona F01.0 Kəskin başlanğıclı vazkulyar demensiya, intellektin ağır dərəcədə gerilməsi-MMTS-04 bal diaqnozu qoyulmuşdur. Eyni zamanda həmin diaqnoz əsasında ambulator müalicə və kənar şəxsin daimi köməyi zəruridir, tövsiyyə edilmişdir. xx.xx.2024cü il tarixdən isə həyat yoldaşı, xx.xx.1973-cü il təvəllüdlü X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədən sonra Orqanizm funksiyasının 85 % itirilməsi, əsası ilə “Kəskin başlanmış vazkulyar demensiya, intellektin ağır dərəcədə geriləməsi, MMTS-04 bal. Başqa rybrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya intellektin ağır dərəcəli geriliyi ilə MMS-3 bal diaqnozu qoyularaq ümumi xəstəlikdən birinci dərəcəli əlilliyi müəyyən edilmişdir. Həyat yoldaşı X1 hazırda 52 yaşı var, lakin xəstəliyi ilə əlaqədar heç bir yerə gedə bilmir, evdə yemək-içməyi sərbəst şəkildə yeməyi, paltarlarını belə geyinməyi bacarmır. Bütün bu işləri görməklə xəstə, əlil, fiziki və psixi qüsurlu həyat yoldaşına qulluq göstərir. Lakin sənəd işləri lazım olan vaxt, məsələn təqaüd kartını dəyişən zaman və yaxud da hər hansı bir sənəd lazım olan vaxt həyat yoldaşının özünü apara bilmir, onun əvəzindən hər hansı bir əməliyyat aparılan zaman qüsurlu olduğu üçün notarius yoldaşının adından etibarnamə vermir ki, fiziki və psixi qüsurludur, fəaliyyət qabiliyyəti yoxdur. Qeyd etdiyi səbəblərə görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X1 müddətsiz 1-ci dərəcə əlilliyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 4038 nömrəli rəyindn görünür ki, X3 onda qeyd olunan ağı zəifliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını dərd etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X3 öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X3 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1807/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1807/2025
17.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver