Məhkəmə qərarları › İş №2(032)-1962/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1962/2024

11.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1962/2024 11.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı X1 cavabdeh X5 qarşı (Maraqlı şəxs1,Maraqlı şəxs2, Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakda onun tam payının müəyyən edilməsi və həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakda onun tam payının müəyyən edilməsi və həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X2 miras qalmış Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 5-ci dalan, 44 saylı evin qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakda onun tam payının müəyyən edilməsi, həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə, iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Hazırki iş üzrə iddia icraatı qaydasında verilmiş ərizədə Maraqlı şəxs1, Maraqlı şəxs2, Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərmək əvəzinə maraqlı şəxs qismində qismində göstərilmiş, həmçinin iddiaçının tələbində pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə (halbuki iddia ərizəsində maraqlı şəxs qismində cəlb edilmiş) həvalə edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, ərizənin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət edilməməsi kimi qiymətləndirilməli, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh X5 qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmıkada onun tam payının müəyyən edilməsi və həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X3 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar