Məhkəmə qərarları › İş №2(032)-248/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-248/2023

23.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-248/2023 23.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun silinməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə icraat qaydasında borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036 manat 80 qəpik məbləğində borcun **********00600 saylı hesabından silinməsinibarədə qətnamə çıxarılmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, ““Azəriqaz” X3 X8 İdarəsi ilə keçmiş mülkiyyətçi X2 arasında Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə imzalanmışdır. Şivan şəhəri, ünvan 1 ünvanı üzrə xx.xx.2022-ci il tarixdə AN-l ******* nömrəli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakı mülkiyyətinə keçirməklə xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli DƏDRK və RPHŞ-nin çıxarışı verilmişdir. Müqavilə şərtlərinə əsasən zavod nömrəsi **********8, plomb nömrəsi 12364777 olan qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın işçiləri yaşadığı evə gələrək qaz sayğacına baxış keçirmiş, onun iştirakı olmadan qanunsuz və əsassız olaraq akt tərtib etmişlər. Onun iştirakı olmadan tərtib edilən bu aktda qaz sayğacının istismar müddətinin bitməsi bildirilmiş və sayğac dəyişdirilmişdir. Bu əsasla da aktı ona imza etdirməmişdirlər. Həmin aktda **********8 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plomb əzilməsi qeyd edilmişdir. Əlavə olaraq, istehlakçının iştirakı təmin edilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X5 sayğacının yoxlanılması barədə MSK 29/1710-04144-1 nömrəli aktına əsasən qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilməsi və sayğacın istismara yararsız olması qeyd edilmişdir. İddiaçının qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi barədə heç bir məlumatı olmamışdır. Belə ki, ünvan üzrə qanunvericiliyin tələbinə əsasən alqı-satqı müqviləsindən 20 gün sonra sayğacın dəyişdirilməsi və üzərində olan hesablama mexanizminin qapağına vurulan plomb əzilməsi laboratoriya şəraitində aşkar edilsə də, sayğac çıxarılarkən qeyd edilən hal aşkar edilməmişdir. Sayğac qurulandan sonra evdən kənar çöl şəraitində sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilməsi müxtəlif səbəblərdən ola bilərdi. Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun, həmçinin digər plombların zədələnməməsi qeyd ediməmiş, sayğaca müdaxilə olunmamışdır. Əlavə edilir ki, ötən dövr ərzində qaz sərfiyyatının hesablanmasında və ödənişlərin həyata keçirilməsində dəyişiklik olmamışdır.(abonent saldosu). Nəticə etibarı ilə qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plomb əzilməsi səbəbi ilə barəsində 1036.80 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin yerləşdiyi ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə çatdırılmışdır. Lakin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: “Azəriqaz” X3 X9 İdarəsi tərəfindən təsdiq olunmuş 29 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpası”na dair tələbnaməyə əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x24x90 =8640m3, cəmi 8640m3 hesablanmışdır. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin AN-İ nömrəli ******* saylı müqavilənin surətindən görünür ki, İddiaçı ünvan 2 evin 55 saylı ünvanda yerləşən mənzili X1 alqı-satqı müqaviləsi əsasında almışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli “Qaz sayğacını çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akdan görünür ki, qırılan 00950930 nömrəli plomb 12354777 nömrəli plombla əvəz edilmişdir. İddiaçı məxsus (abonentin kodu **********00600) abonentin saldosunda istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks olunmuşdur. xx.xx.2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, qaz sayğacının hesablanma mexanizminin qapağına vurulan plomb əzilib. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması Abonent ödənişə cəlb olunmuşdur. İddiaçı akta imza etməmişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundansonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi,dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəllə sinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun ???n əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı Şivan şəhəri, ünvan 1 ünvanında qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırma aparılaraq təqsirli şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Buradan da görünür ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin qaz sayğacı vasitəsilə qazdan istifadə etmiş və istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən tam olaraq ödəmişdir. Bu müddət ərzində paylayıcının nümayəndəsi tərəfindən qaz sayğacında hər hansı bir xətanın olması barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Həmçinin qaz sayğacının hesablanma mexanizminin qazın keçməsi məhz İddiaçı və ya ailə üzvləri tərəfindən edilməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə olan vəziyyətdə məhkəmə nəticəyə gəlir ki, cavabdeh təşkilatın aktının əsaslığı təsdiq olunmamış, nümayəndəsi məhkəmədə iştirak etməməklə bu halı təkzib etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı «Azəriqaz» İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktı ləğv edilməli və akta əsasən hesablanmış cərimə borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik borc **********00600 saylı hesabdan silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar