Məhkəmə qərarları › İş №2(032)-285/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-285/2024

15.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-285/2024 15.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı kommunal borcun ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər, M.Ə.Rəsulzadə küçəsi, 15 saylı evin, 39 saylı mənzilinin xx.xx.2021-ci il tarixədək ödənilməmiş 480 manat qalıq kommunal borcun ödənilməsi öhdəliyinin qoyulması və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evini alqı-satqı yolu ilə əldə etmişdir. Ev xx.xx.2021-ci il tarixdən Çıxarış əsasında onun mülkiyyətindədir. Cavabdeh olan Cavabdeh1 ailə üzvləri olan X7 və X8 ilə birlikdə mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda qalaraq, könüllü şəkildə evin qeydiyyatından çıxmaq istəmədikləri kimi, cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evini alqı-satqı yolu ilə öz adına sənədləşdirərkən cavabdehin həmin tarixə 480 manat kommunal qalıq borcunun olmasından məlumatı olmamışdır. Cavabdehin həqiqətən də mülkiyyətində olan evə 480 manat qalıq borcunun olması Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 112 nömrəli arayışı ilə də təsdiq edilir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmənin hazırlıq iclası zamanı məlum olmuşdur ki, ünvan 2 evin 39 saylı mənzili xx.xx.2021-ci il tarixədək, yəni, o, həmin evi almamışdan əvvəl ev Cavabdeh1 ilə birlikdə X5 da paylı mülkiyyətində olmuşdur. Bu səbəbdən də X5 da ikinci cavabdeh kimi işə cəlb edilməsini, cavabdehlər Cavabdeh1 və X2 üzərinə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 15, 39 saylı mənzilinin xx.xx.2021-ci il tarixədək ödənilməmiş 477 manat qalıq kommunal borcun ödənilməsi öhdəliyinin qoyulması və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddianı etiraf etmədi, rədd edilməsini xahiş etdi, izahatında bildirdi ki, ev keçmiş arvadı ilə ona məxsus olub, arvadı özü alıcı tapıb, o isə yalnız alqı-satqı zamanı notariat kontoruna gəlib lazimi sənədlərə imza etmişdir. ev satılanadək də orada həmişə keçmiş arvadı X11 yaşayıb. Hesab edir ki, kommunal xərcləri o verməli deyil. İddiaçının müvafiq vəsatəti və məhkəmənin qərarı ilə cavabdeh qismində cəlb edilmiş X5 qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh X5 iştirakı olmadan işin baxılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı qəbul edildiyindən iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil 1/2 hissə üzrə Cavabdeh1 adına, X5 adına isə 1/2 hissə üzrə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 və X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 15 saylı evin 39 saylı mənzili İddiaçı satmışdır. X9 və X3 notariat qaydasında təsdiq edilmiş ərizələrindən görünür ki, qeydiyyatda olduqları ünvan 1 ünvanının satılmasına heç bir etirazları yoxdur. Cavabdeh1 və X11 tərəfindən yazılmış ərizədə göstərilmişdir ki, ünvan 2 evin 39 saylı ünvanında yerləşən mənzilin 37.600 manata satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr 7, M5, m2 üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3277/2023 saylı qərarı ilə İddiaçı Şirvan şəhər Polis Şöbəsinə qarşı Cavabdeh1, X7 və X4 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi təmin edilmiş, üçüncü şəxslər Cavabdeh1, X7 və X4 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Şirvan şəhər Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərürfatı İdarəsinin xx.xx.2023-cü il tarixli, 112 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 2 binanın 39 saylı mənzilini xx.xx.2021-ci il tarixində öz adına alqı-satqı müqaviləsi ilə sənədləşdirib. Sənədləşmə zamanı əvvəlki ev sahibu Cavabdeh1 həmin tarixə kommunal qalıq borcu 477 manat olmuşdur. Sənədləşmə zamanı idarəyə heç bir məlumat və sənəd təqdim edilməmişdir. Odur ki, qalıq borc ödənilməmişdir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərürfatı İdarəsinin xx.xx.2023-cü il tarixli, 112 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 2 binanın 39 saylı mənzilini xx.xx.2021-ci il tarixində öz adına alqı-satqı müqaviləsi ilə sənədləşdirib. Sənədləşmə zamanı əvvəlki ev sahibi Cavabdeh1 həmin tarixə kommunal qalıq borcu 480 manat olmuşdur. Sənədləşmə zamanı idarəyə heç bir məlumat və sənəd təqdim edilməmişdir. Odur ki, qalıq borc ödənilməmişdir. xx.xx.2021-ci il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinin 10cu və 11-ci bəndlərinə əsasən tərəflər: “Alıcı”-nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər yaranmış borcların ödənilməsi “Satıcı”-nın üzərinə düşür. “Satıcı(lar)” Cavabdeh1 və X11 daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiyməti, vəziyyətdə xx.xx.2021-ci il tarixdən Alıcının faktiki sahibliyinə verməsi öhdəsinə götürür. Məhkəmənin mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mənzil Məcəlləsinin 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə presedenti “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki iş üzrə məhkəmənin mövqeyi Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Hazırki iş üzrə məhkəmə hesab edir ki, cavabdehlərin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Şirvan şəhər, M.Ə.Rəsulzadə küçəsi, 15 saylı evin, 39 saylı mənzilə dair mənzilin alıcısı və hazırki mülkiyyətçisi İddiaçı verilənədək mövcud olan kommunal borcuna görə maddi məsuliyyət daşımaları nəzərdə tutulsa da, hazırda iddiaçının həmin borcun onun xeyrinə cavabehlərdən tutulmasını və ya borcun ödənilməsi öhdəliyinin onların üzərinə qoyulmasını tələb etməsi qanunamüvafiq deyil. Belə ki, mübahisələndirilən və hazırki zamanadək ödənilməmiş qalan borc sözügedən mənzil üzrə cavabdehlərlə Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərürfatı İdarəsi arasında bağlanmış müqavilə əsasında yarana bilərdi ki, bu halda da kommunal borcu tələb etmək hüququ yalnız Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinə məxsus ola bilər. Bu səbəbdən də məhkəmənin qənaəti belədir ki, iddiaçının Şirvan şəhər, M.Ə.Rəsulzadə küçəsi, 15 saylı evin, 39 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixədək ödənilməmiş 477 manat qalıq kommunal borcun ödənilməsi öhdəliyinin qoyulması məzmununda cavabdehlərə qarşı iddia tələbini irəli sürmək kimi subyektiv hüququ mövcud deyil. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddia rədd edildiyini nəzərə alıb hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Muradova (Mustafayeva) Samirə Şükür qızına qarşı Şirvan şəhər, M.Ə.Rəsulzadə küçəsi, 15 saylı evin, 39 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixədək ödənilməmiş 477 manat qalıq kommunal borcun ödənilməsi öhdəliyinin qoyulması və 30 ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsinə dair İddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar