Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-29/2023 17.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, ərizəçi İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, ərizəçi İddiaçı Maraqlı şəxs Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə” ərizəsinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan oğlu xx.xx.1986-cı ildə anadan olmuş X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, övladı X8 uzun illərdir ki, anadan gəlmə "Serebral iflic, Uşaq serebral iflici, Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi nəticəsində yaranan dərin intellekt davranış pozulması. Spastik tetraplegiya, Tetrapevtik forma-spastika fonunda” xəstəliyindən əziyyət çəkir. O, Şirvan Mərkəzi Şəhər Xəstəxanasının poliklinika şöbəsində qeydiyyatındadır. Qeyd edilən xəstəliklə bağlı oğluna İ qrup əlillik dərəcəsi verilmişdir. Hal-hazırda oğluna aid bəzi sənədlərin alınmasında və ona təyin edilmiş müavinətlə bağlı bir sıra çətinliklər yaranmışdır. Oğlu hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndə məhkəmə iclas zalında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili X4 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan “doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.1986-cı ildə anadan olmuş oğlu X3 anası İddiaçı, atası isə X6r. İş materiallarında olan 243696 nömrəli vəsiqənin surətindən görünür ki, X8 İ qrup əlildir. İş materiallarında olan 297942 nömrəli TSEK-də müayinə aktından çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü X8 uşaqlıqdan müddətsiz İ qrup əlildir. Ubi-nin davamlı fəsadi tetraparez aşağı ətrafların üstünlüyü ilə TSEK-in diaqnozu qoyulmuşdur. Daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 13 dekabr 2022-ci il tarixli 4501 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X5 “uşaq Serebral İflici ilə əlaqədar ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” (F72). Bunu təqdim olunmuş tibbi sənədlər ( Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi- Sosial Ekspert Komissiyasının arayışına əsasən “uşaq serebral iflicinin davamlı fəsadı tetraparez, aşağı ətrafların üstünlüyü ilə, kənar şəxsin qulluğuna daima ehtiyacı var”) diaqnozu ilə uşaqlıqdan İ qrup əlil olması sübut edir. İİ Yekun hissəsi: mülki iş materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəmə-psixiatrikekspertizası qarşısına qoyulmuş suallara cavab olaraq X5 “uşaq Serebral İflici ilə əlaqədar ağır dərəcəli əqli gerilik” müəyyən edilir. Həmin psixi xəstəlik nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlmaq və onalrı şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin oğlu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan xx.xx.1986-cı ildə anadan olmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil və bu halı iş üzrə keçirilmiş məhkəmə-psixatrik espertizası bir daha təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8 maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, həmin fiziki şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı üzərində qəyyumluq və himayəçilik təyin edir. Azərbaycan Respublikasının MPM-nin 317.2 maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ərizəsi təmin edilməli, oğlu Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan xx.xx.1986-cı ildə anadan olmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ərizəçi İddiaçı, övladı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan xx.xx.1986-cı ildə anadan olmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamənin qanuni qüvvəyə minməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-29/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-29/2023
17.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver