Məhkəmə qərarları › İş №2(032)-330/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-330/2025

15.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-330/2025 15.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirvan Qaz İstismarı İdarəsi tərəfindən hesablanmış 690.44 manat borcun **********00330 saylı hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2lə birlikdə məskunlaşmışdır. Məskunlaşdıqları Şirvan şəhəri RMZ adlandırılan zavod ərazisində 6 nəfər ailə üzvləri ilə birlikdə yaşadıqları müddət ərzində qaz təminatı üçün quraşdırılmış sayğac üzrə müqavilə bağlanmadan adına abonent kodu açılmaqla 15 məcburi köçkün ailəsinin qaz təminatı həyata keçirilmişdir. Bu müddət ərzində istifadə edilmiş qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Şirvan şəhəri, F.Xoyski küçəsində salınmış 685 nəfərlik qəsəbədə yaşayış sahəsi ayrılmış, xx.xx.2019-cu il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin 1/33 nömrəli kirayə müqaviləsi bağlanmışdır. Ünvan üzrə qaz təminatı şəbəkəsinə quraşdırılmış ön ödənişli qaz sayğacı quraşdırılmaqla köhnə abonent kodu adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə XS-213- 02027/22 saylı müqavilə bağlanmışdır. Qeyd edilən dövr üzrə təminat kartı verilməmişdən öncəki müddətdə ünvan üzrə istifadə edilmiş qaz təminatı üzrə yaranmış qalıq borcların silinməsi bildirilmişdir. Bu müddətdən sonra imkanları daxilində istifadə edilmiş qaz təminatı üzrə borcdan hissəli şəkildə ödəniş edilmişdir. Belə ki, dəfələrlə qalıq borcların silinməsi ilə bağlı vədlər verildiyindən və icra edilmədiyindən, ön ödənişli qaz sayğacına yüklənən məbləğin 50 %, son müddətlərdə daha çox hissəsi borca tutulmaqla maddi durumları ağır vəziyyətə düşür. Hesab edir ki, ünvan üzrə qaz təminat sərfiyyatı düzgün hesablanmamış nəticədə artıq məbləğ hesablanmaqla 690.44 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB-i tərəfindən elektron ünvanlanmış etirazda göstərilmişdir ki, İddiaçı Salyan RQİİ-nin AGİS bazasında məcburi köçkün statusu ilə qeydə alınmış və onun məskunlaşdığı yaşayış sahəsi sayğac vasitəsilə təbii qazla təchiz olunmuşdur. xx.xx.2010cu il tarixədək 2712,36 manat borcu olmuşdur. 2010- cu ilin oktyabr-dekabr ayları ərzində 899,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 81 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə 3530,46 manat borc qalmışdır. 2011-ci il ərzində 952,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 378 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 2396,51 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 1708,05 manat borc qalmışdır. 2012-ci il ərzində 1032,60 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 378 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 389,39 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 1973,26 manat borc qalmışdır. 2013-cü il ərzində 222,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 283,90 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 35,70 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 1937,56 manat borc qalmışdır. 2014-cü il ərzində 392,30 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 378 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2015-ci il tarixə 1951,86 manat borc qalmışdır. 2015-ci il ərzində 603,20 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 337,50 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 2015-ci ilin dekabr ayında hesabında Cavabdeh İB tərəfindən 1973,26 manat düzəliş edilmiş, xx.xx.2016-cı il tarixə 244,30 manat borc qalmışdır. 2016-cı il ərzində 814,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 378 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 24,96 manat abonent tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 656,24 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 126 manat məbləğində təbii qazdan istifadə edilmiş və 125 manat ödəniş edilmiş və xx.xx.2018-ci il tarixə 657,24 manat borc qalmışdır. 2018-ci il ərzində 15,20 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2019-cu il tarixə 672,44 manat borc qalmışdır. 2019-cu ilin yanvar-iyul ayları ərzində 18 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2019-cu il tarixə 690,44 manat borc qalmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçının ünvanına İTRON tipli G-4 markalı əvvəlcədən ödənişli (smart) qaz sayğacı quraşdırılmış və 690,44 manat borc qeyd olunan sayğacın hesabına keçirilmiş, abonent tərəfindən ödənilən pul məbləğinin 50% hissəsi debitor borca yönəldilir. Qeyd olunanlar iddia tələbinin əsassız olduğunu, formal mülahizələrlə əsaslandırılmasını, iddiaçının qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini tam ödəməməsi səbəbindən borcunun yaranmasını təsdiq edir. Qeyd edilənlərə əsasən İddiaçıCavabdeh İB-nə qarşı 690,44 manat borcun silinməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli “1/33» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayəçi İddiaçı və onun ailə üzvləri X1 Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 1-də yerləşən 33 nömrəli 2 otaqlı mənzil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh, istehlakçı isə İddiaçıdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktın surətində qeyd edilir ki, qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ailə üzvləri ilə birlikdə Şirvan şəhəri RMZ adlandırılan zavod ərazisində məskunlaşmışdır. Sonradan məcburi köçkün olaraq ailəsi ilə birlikdə Şirvan şəhəri, F.X.Xoyski küçəsi ev 1, mənzil 33 ünvanında mənzillə təmin edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ünvan 5 ünvanında qeydə alınmış **********00160 nömrəli abonent hesabında olan 690.44 manat borc 2019-cu ilin iyul ayında ünvan 6 ünvanında yerləşən mənzilin **********00330 nömrəli abonent hesabına köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu abonent saldosu üzrə ödənişlər əsasında müəyyən edilmişdir ki, iddiaçının ünvan 7 ünvanında qeydə alınmış **********00160 nömrəli abonent hesabı üzrə ödənişlər abonenti özü tərəfindən və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Həmin hesabatda abonentin xx.xx.2010-cu il tarixədək 2712,36 manat borcu olmuşdur. 2010-cu ilin oktyabr-dekabr ayları ərzində 899,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 81 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə 3530,46 manat borc qalmışdır. 2011-ci il ərzində 952,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 378 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 2396,51 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 1708,05 manat borc qalmışdır. 2012-ci il ərzində 1032,60 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 378 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 389,39 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 1973,26 manat borc qalmışdır. 2013-cü il ərzində 222,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 283,90 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 35,70 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 1937,56 manat borc qalmışdır. 2014-cü il ərzində 392,30 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 378 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2015-ci il tarixə 1951,86 manat borc qalmışdır. 2015-ci il ərzində 603,20 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 337,50 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 2015-ci ilin dekabr ayında hesabında Cavabdeh İB tərəfindən 1973,26 manat düzəliş edilmiş, xx.xx.2016-cı il tarixə 244,30 manat borc qalmışdır. 2016-cı il ərzində 814,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 378 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 24,96 manat abonent tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 656,24 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 126 manat məbləğində təbii qazdan istifadə edilmiş və 125 manat ödəniş edilmiş və xx.xx.2018-ci il tarixə 657,24 manat borc qalmışdır. 2018-ci il ərzində 15,20 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2019-ci il tarixə 672,44 manat borc qalmışdır. 2019-cu ilin yanvar-iyul ayları ərzində 18 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2019-cu il tarixə 690,44 manat borc qalmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçının ünvanına İTRON tipli G-4 markalı əvvəlcədən ödənişli (smart) qaz sayğacı quraşdırılmış və 690,44 manat borc qeyd olunan sayğacın hesabına keçirilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən istifadə edilmiş təbii qazla əlaqədar ödənişlər həm abonentin özü tərəfindən, həm də Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilmiş təbii qazın dəyəri müəyyən edilmiş limitə əsasən ödənilsə də, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə ödənilməli olan ödənişlər tam olaraq ödənilməmiş və nəticədə abonentin qalıq borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı qaz sərfiyyatına görə hesablanmış 690.44 məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən hesablanmış 690.44 manat borcun **********00330 saylı abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar