Məhkəmə qərarları › İş №2(032)-331/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-331/2025

08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-331/2025 08.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2nə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh2 əməkdaşları tərəfindən əsassız hesablanmış 715 manat 54 qəpik məbləğində borcun silinməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan RQİİ-nin əməkdaşları yaşadığı Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən 4 nömrəli evin 54 nömrəli mənzilində quraşdırılmış qaz sayğacına 2020-ci ildə 715,54 manat məbləğində cərimə yazmışlar. Hesab edir ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən yazılmış cərimə məbləği əsasssızdır və bu səbəbdən də silinməlidir. Sayğac quraşdırılan zaman sayğaca heç bir müdaxilə olunmamış və borc məbləği daha əvvəlki vaxtdan guya hesablandığı bildirilmişdir. O, məcburi köçkündür və dövlət tərəfindən onlara hər ay təbii qazın istifadəsinə görə pul ödənilir ki smart sayğacdan əvvəl və sonra da onun təbii qaza borcu olmamışdır. Qeyd olunan borc məbləği Şirvan şəhərində sakinlərin əksəriyyətinə yazılmış və cavabdeh təşkilat tərəfindən itən təbii qazın hesabatına sərf edilmişdir. Onun təbii qaza görə cavabdehə heç bir borcu yoxdur və qeyd olunmuş borc məbləği də yüklənmə nəticəsində olmuşdur. Hal-hazırda o hər dəfə təbii qaza görə pul yükləyərkən sayğac smart tipli olduğuna görə hər dəfə hesabdan borcdan silinir və bu da ona əlavə maddi ziyan vurur. Tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 İB-i tərəfindən elektron ünvanlanmış etirazda göstərilmişdir ki, İddiaçı Cavabdeh2 İB-nə qarşı 715,54 manat borcun silinməsi tələbilə Şirvan şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən 4 nömrəli evin 54 nömrəli mənzilində quraşdırılmış qaz sayğacına 2020-ci ildə 715,54 manat cərimə yazıldığını, məcburi köçkün olduğunu, istifadə etdikləri qazın dəyərinin Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən tam olaraq ödənildiyini qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edilərək və təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Belə ki, İddiaçı Salyan RQİİ-nin AGİS bazasında məcburi köçkün statusu il qeydə alınmış və onun məskunlaşdığı yaşayış sahəsi sayğac vasitəsilə təbii qazla təchiz olunmuşdur. xx.xx.2010-cu il tarixədək 465,16 manat borcu olmuşdur. 2010-cu ilin oktyabr-dekabr ayları ərzində 38,17 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 27 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə 476,33 manat borc qalmışdır. 2011-ci il ərzində 233,06 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən,333,23 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 250,16 manat borc qalmışdır. 2012-ci il ərzində 286,66 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 59,75 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 351,07 manat borc qalmışdır. 2013-cü il ərzində 434,30 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 358,89 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 300,48 manat borc qalmışdır. 2014-cü il ərzində 304,67 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 30 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2015-ci il tarixə 575,15 manat borc qalmışdır. 2015-ci il ərzində 124,80 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 615,95 manat borc qalmışdır. 2016-cı il ərzində 154,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 62,92 manat abonent tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 623,93 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 104,20 manat məbləğində təbii qazdan istifadə edilmiş və 54,30 manat ödəniş edilmiş və xx.xx.2018-ci il tarixə 673,83 manat borc qalmışdır. 2018-ci il ərzində 56,50 manat məbləğində təbii qazdan istifadə edilmiş,45,60 manat ödəniş edilmiş, xx.xx.2019-ci il tarixə 684,73 manat borc qalmışdır. 2019-cu il ərzində 40,80 manat məbləğində təbii qazdan istifadə edilmiş, 10 manat ödəniş edilmiş, xx.xx.2020-ci il tarixə 715,53 manat borc qalmışdır. İddiaçı Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən 4 nömrəli evin 54 nömrəli mənzilə köçürüldüyü üçün 2020-ci ilin avqust ayında 715,54 manat borc onun yeni ünvanında quraşdırılmış əvvəlcədən ödənişli (smart) qaz sayğacının hesabına köçürülmüş və iddiaçı tərəfindən ödənilən pul məbləğinin 50% hissəsi debitor borca yönəldilir. Qeyd olunanlar iddia tələbinin əsassız olduğunu, formal mülahizələrlə əsaslandırılmasını, mübahisələndirilən borcun cərimə deyil, iddiaçının qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini ödəməməsi səbəbindən borcunun yaranmasını təsdiq edir. Əlavə olaraq bildiririk ki, iddiaçının mübahisələndirdiyi ünvanda hazırda X2 yaşayır. Bu səbəbdəndə İddiaçı adına olan **********02390 nömrəli abonent kodu xx.xx.2020-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğacın dövlət yoxlamasından keçirilməsi səbəbindən yenisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ailə üzvləri ilə birlikdə Salyan RQİİ-nin AGİS bazasında məskunlaşmışdır. Sonradan məcburi köçkün olaraq ailəsi ilə birlikdə ünvan 1 ünvanında mənzillə təmin edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ünvan 2 ünvanında qeydə alınmış **********02390 nömrəli abonent hesabında olan 715,54 manat borc 2020-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən mənzilin abonent hesabına köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu abonent saldosu üzrə ödənişlər əsasında müəyyən edilmişdir ki, iddiaçının ünvan 4 ünvanında qeydə alınmış **********02390 nömrəli abonent hesabı üzrə ödənişlər abonenti özü tərəfindən və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Həmin hesabatda abonentin xx.xx.2010-cu il tarixədək 465,16 manat borcu olmuşdur. 2010-cu ilin oktyabr-dekabr ayları ərzində 38,17 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 27 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə 476,33 manat borc qalmışdır. 2011-ci il ərzində 233,06 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 333,23 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 250,16 manat borc qalmışdır. 2012-ci il ərzində 286,66 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 59,75 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 351,07 manat borc qalmışdır. 2013-cü il ərzində 434,30 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 358,89 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 300,48 manat borc qalmışdır. 2014-cü il ərzində 304,67 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 30 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2015-ci il tarixə 575,15 manat borc qalmışdır. 2015-ci il ərzində 124,80 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 615,95 manat borc qalmışdır. 2016-cı il ərzində 154,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 62,92 manat abonent tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 623,93 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 104,20 manat məbləğində təbii qazdan istifadə edilmiş və 54,30 manat ödəniş edilmiş və xx.xx.2018-ci il tarixə 673,83 manat borc qalmışdır. 2018-ci il ərzində 56,50 manat məbləğində təbii qazdan istifadə edilmiş,45,60 manat ödəniş edilmiş, xx.xx.2019-ci il tarixə 684,73 manat borc qalmışdır. 2019-cu il ərzində 40,80 manat məbləğində təbii qazdan istifadə edilmiş, 10 manat ödəniş edilmiş, xx.xx.2020-ci il tarixə 715,53 manat borc qalmışdır. İddiaçı Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən 4 nömrəli evin 54 nömrəli mənzilə köçürüldüyü üçün 2020-ci ilin avqust ayında 715,54 manat borc onun yeni ünvanında quraşdırılmış əvvəlcədən ödənişli (smart) qaz sayğacının hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən istifadə edilmiş təbii qazla əlaqədar ödənişlər həm abonentin özü tərəfindən, həm də Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilmiş təbii qazın dəyəri müəyyən edilmiş limitə əsasən ödənilsə də, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə ödənilməli olan ödənişlər tam olaraq ödənilməmiş və nəticədə abonentin qalıq borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin (MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 İB-nə qarşı qaz sərfiyyatına görə hesablanmış 715 manat 54 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən hesablanmış 715 manat 54 qəpik borcun **********02390 saylı abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar