Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-337/2024 25.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R№313695 saylı aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış borcun silinməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3 nömrəli çoxmənzilli yaşayış evinin giriş blokunda 6 nömrəli mənzilə dair quraşdırılmış elektrik sayğacı onun adınadır. Sayğac smart tipli olduğu üçün nə işlətmişlər onun pulunu ödəmişdir. xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məlumat verilmədən və iştirakını təmin etmədən həmin mənzilə dair quraşdırılmış elektrik sayğacının üzərində yoxlama aparılmış və xx.xx.2023-cü il tarixli AKT R No313695 nömrəli qanunsuz akt tərtib edilmişdir. Akta əsasən ona 882 manat cərimə olunduğu bildirilmişdir. Bundan başqa pul ödənilmədiyi halda evinə verilən elektrik eneriisinin dayandırılacağı bildirilmişdir. O, elektrik sayğacına hər dəfə balans yükləyərkən borc onun balansından çıxılır. "xxxx" ASC-nin satış idarəsi tərəfindən aparılan hərəkətlər qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. xx.xx.2022ci. il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamenti Satış İdarəsinin nümayəndələri tərəfindən Şirvan M.Ə.Rəsulzadə küçəsində yerləşən 3 nömrəli evin 6 saylı mənzilinə dair quraşdırılmış elektrik sayğacına baxış keçirilməsi, qanunsuz yoxlamadan keçirilməsi və xx.xx.2023-cü il tarixli AKT R No 313695 nömrəli akt tərtib edilməsi X1 qaydalarının kobus surətdə pozulması nəticəsində aparılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, kənar xəttin olması həqiqətə uyğun deyil. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan və sayğaca onun tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədiyindən iddianın təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : xx.xx.2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonentin sayğacdan kənar xətdən istifadə etməsi aşkarlanmışdır. 20 A x 0.22 x (0,7) x 24 saat x 90 gün=6653 kvts, Tarif (0,08 man)-600 kvts *0,08 manat=48 manat, Tarif (0,09 manat)-300 kvts*0,09 manat 27 manat, Tarif (0,13 manat) – 5753 kvts * 0,13 manat 747 manat 89 qəpik cəmi 822 manat 89 qəpikdir . xx.xx.2023-cü il tarixli, 313695 nömrəli akt komissiyasının texniki sahələr üzrə tələblərə əsasən yoxlama zamanı məlum olmuşdur ki, elektrik hesabat sayğacı keçən yükü qeyd etmir, ölçü aparılmış, sayğacdan kənar enerjidən istifadə olunur. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şirvan şəhər Məhkəməsinin icraatında olan İddiaçı "xxxx" ASC-yə qarşı “X1 Qaydaları” nın pozulması barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 313695 saylı aktın ləğv olunması və həmin aktlara əsasən hesablanmış borcun əsassız hesab edilməsi tələbi barədə iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 11:15-ə təyin olunmuşdur. Şirvan şəhər Məhkəməsində iddiaçı olan İddiaçı abonent olaraq Şirvan elektrik şəbəkəsində qeydiyyatdadır (kod:**********846). xx.xx.2025-cü il tarixlərdə "xxxx" ASC-nin X3 Departamentinin əməkdaşları tərəfindən elektrik eneriisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində quraşdırılmış sayğacdan kənar xətt vasitəsi ilə X1 edildiyi aşkar olunmuşdur. Bu zaman aşkar olunmuş qüsur barədə müvafiq videoçəkiliş aparılmış və bu zaman həqiqətən də İddiaçı ona məxsus yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xətdən istifadə etdiyi və axan gücünün 20 Amper olduğu aşkar olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik eneriisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 822 manat 89 qəpik dəyərində itirilmiş elektrik enerfisi bərpa olunmuşdur. Lakin, abonent iddia ərizəsində akt üzrə məbləği 882 manat göstərməklə sərf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-1-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-2-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli akt yol verilmiş pozuntu texniki vasitələrlə (videoçəkiliş aparılmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 qaydaları”na uyğun olaraq tərtib edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, həmin akt əsasında istifadə edilmiş elektrik enerjisinin dəyəri daha qısa müddət üçün yenidən hesablanmalıdır. Belə ki, tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 3 saylı evin 6 nömrəli mənzilində olmuş sayğaca xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bu zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi aşkar olunmuşdur. Akt komissiyası tərəfindən xx.xx.2023-cü tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə əsasən 822 manat 89 qəpik itirilmiş enerji dəyəri hesablanmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə nəzarətçi tərəfindən sayğaca baxış keçirilərkən pozuntu aşkar edildiyindən əvvəlki 19 gün müddət üçün itirilmiş elektrik enerjisinin dəyəri müəyyən olunmalı, dəymiş zərər 20 A x 0.22 x (0,7) x 24 saat x 19 gün= 1404.48 kvts x 0,09 man = 126 manat 40 qəpik miqdarında müəyyən olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 822 manat 89 qəpik məbləğində dəymiş zərər azaldılaraq 126 manat 40 qəpik məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 3 saylı evin 6 nömrəli mənzilində X1 qaydalarının pozulması barədə tərtib edilmiş 11 dekabr 2023-cü il tarixli, R313695 nömrəli akt əsasında hesablanmış 822 manat 89 qəpik məbləğində dəymiş zərər azaldılaraq 126 manat 40 qəpik məbləğində müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-337/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-337/2024
25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver