Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-339/2024 24.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh1nə qarşı “borcun silinməsi” tələbinə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X4 və Cavabdeh1nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonent saldosu əsasında hesablanmış 2199 manat 77 qəpik borcun silinməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri Şimal sənaye qovşağında (F.X.Xoyski küçəsində) fərdi yaşayış evi inşa eləmişdir. xx.xx.2017-ci il tarixdə abonent (**********00400) kimi qeydiyyata alınmışdır. Qanuni əsaslarla təbii qazdan istifadə etmiş, istifadə etdiyi qazın dəyərini ödəmişdir. Cavabdeh1 tərəfindən ona ünvanlanmış məktubda onun qazdan istifadəyə görə 1964 manat borcu olduğu qeyd edilmişdir. Cavabdeh orqan təbii qazdan istifadəyə görə 2199 manat 77 qəpik borcun necə yaranması barədə heç bir açıqlama verməmişdir. O, təbii qazdan istifadəyə görə aylıq ödənişləri hər ay vaxtında ödəmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Cavabdeh2 İB-nə qarşı 2199 manat 77 qəpik borcun silinməsi tələbi əsassızdır. Belə ki, qeyd olunan qaz sərfləri, ödənişlər və qalıq borc abonent saldosunda öz əksini tapmışdır. İddiaçı tərəfindən mübahisələndirilən borc məbləği sayğac göstəricisinə əsasən hesablanmış borcdur və təbii qazdan istifadəyə görə aylar üzrə istifadə olunmuş təbii qazın dəyərinin tam və mütəmadi ödənilməməsi səbəbindən yaranmışdır. Əlavə olaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığını, Şirvan şəhər Məhkəməsinin qətnamələri ilə silinmiş borclar saldoda ödəniş olaraq silinmiş,lakin ekspert bunu nəzərə almayaraq may 2019-cu il tarixdən dekabr 2023cü il tarixədək ümumilikdə 6.588,35 manat dəyərində qaz sərf edilib və 15.580,88 manat məbləğində ödəniş edilməsini qeyd etmişdir. Bu hissədə qeyd edir ki, 15.580,88 manat məbləğindən Şirvan şəhər Məhkəməsinin qətnamələri ilə silinmiş 9540 manat 88 qəpik məbləği çıxmaqla 6040 manat ödəniş edilməsini və iddiaçının əlavə olaraq 548 manat 35 qəpik borcu qalmışdır.İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə mühasibatlıq ekspertizasının rəyini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışdan görünür ki, Şirvan şəhəri Şirvan şəhəri Şimal sənaye qovşağı ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28 iyul 2016-ci il tarixdə 20 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azəriqaz İB-nin 22 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh2 üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq İddiaçı həmin müqavilənin şərtləri pozularaq yaşayış evində istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixinə Cavabdeh2nə 2199 manat 77 qəpik məbləğində borcunuz yaranmışdır. Yaşayış evində təbii qazdan istifadə etdiyinə görə yaranmış əsas borc məbləğinin 5 gün müddətində ödənilməsini təmin edilməsini əks təqdirdə yaşayış evinin qaz təminatının dayandırılacağı, iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi və əsas borcla yanaşı məhkəməyə çəkiləcək xərclərdə tutlacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonent saldosuna ( abonent kodu **********00400) əsasən 08 may 2019-cu il tarixdə 4 gözlü qaz plitələri (PQ-4)(1/1) cihazı Elster G-6T DİAFRAQMA tipli sayğac quraşdırılmış, istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks olunmuşdur. Sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2023-cü il dekabr ayı üçün 2199 manat 77 qəpik borcu yaranmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 717/2019 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh2 tərəfindən 17 dekabr 2018-ci il tarixli ******* saylı akt əsasında Şirvan şəhəri Şimal Sənaye qovşağında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar İddiaçı hesablanmış 1814 manat 40 qəpik məbləğində dəymiş zərər 473 manat 76 qəpik məbləğinədək azaldılması, iddiaçı Cavabdeh2 tərəfindən 28 fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 360 manat dəymiş zərərin hesablanmasının ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 258/2019 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh2 tərəfindən Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən fərdi yaşayış evində yaşayan İddiaçı barəsində tərtib edilmiş 03 mart 2017-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4356 manat məbləğində cərimə 1517 manat 56 qəpik məbləğinədək azaldılması qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(032)- 87/2022 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh2 tərəfindən Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən fərdi yaşayış evində yaşayan İddiaçı tərəfindən qaz sayğacının olmadığı müddət ərzində 2018-ci ilin dekabr ayı üçün artıq hesablanmış 1201 manat (2582 manat 20 qəpik-1381 manat 20 qəpik), 2019-cu ilin fevral ayı üçün (3700 manat 80 qəpik-1321 manat 60 qəpik) 2379 manat 20 qəpik, 2019-cu ilin mart ayı üçün (1996 manat 80 qəpik-1463 manat 20 qəpik) 533 manat 60 qəpik, 2019-cu ilin aprel ayı üçün (2304 manat-1416 manat) 888 manat, cəmi 5001 manat 80 qəpik sərf məbləğinin silinməsi qət edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli rəyindən görünür ki, birinci sual üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı tərəfindən may 2019-cu il tarixdən dekabr 2023-cü il tarixədək ümumilikdə 6.588,35 manat dəyərində qaz sərf edilib və 15.580,88 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən, 15 yanvar 2024-cü il tarixə abonentin qaz sərfiyyatına görə mövcud borcu olmadığı müəyyən edilir. İkinci və üçüncü suallar üzrə iş materiallarında olan İddiaçı “Abonentin Saldosu” vərəqi məlumatlarından göründü kimi, abonent tərəfindən aparılan ödənişlər ümumi borcdan silinir və ödənişlərin qarşısında təyinatları əks edilmir. Bu səbəbdən ekspert qarşısında qoyulmuş İddiaçı Şirvan şəhəri F.Xoyski küçəsində yerləşən fərdi yaşayış evində 2017-ci ildən 2022-ci ilin iyun ayına kimi qaz sərfiyyatına görə (Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-717/2019 saylı, xx.xx.2019-cu il tarixli,2(032)-258/2019 saylı, xx.xx.2022-ci il tarixli,2(032)- 87/2022 saylı qətnamələr üzrə silinmələr nəzərə alınmaqla) artıq ödənişlər edilmişdirmi sualına cavab vermək mümkün olmamışdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıya bildiriş verilərək 2199 manat 77 qəpik borcu olduğu bildirilmişdir. Eyni zamanda müəyyən olundu ki, iddiaçının qalıq borc məbləği 0 manat təşkil edir. Bu hal ekspert rəyi ilə bir daha təsdiq olunur. Ona görədə məhkəmə hesab edir ki, 22 dekabr 2023-cü il tarixə əsassız hesablanmış 2199 manat 77 qəpik manat borc silinməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliliklə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Azəriqaz X1 istismarı İdarəsi tərəfindən hesablanmış 2199 manat 77 qəpik borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 42 manat məbləğində dövlət rüsumundan və 50 manat ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ40CTRE********************) və ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. 22 dekabr 2023-cü il tarixə qaz sərfiyyatına görə 2199 manat 77 qəpik məbləğində hesablanmış borc məbləği abonent İddiaçı **********00400 saylı abunə hesabından silinsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh2ndən dövlət rüsumu hesabına 42 manat tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Ekspertiza tədqiqatının dəyəri - 50 manat məbləğində pul Cavabdeh2ndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-339/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-339/2024
24.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver