Məhkəmə qərarları › İş №2(032)-343/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-343/2024

26.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-343/2024 26.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Azəriqaz İB-nin X17 İdarəsi tərəfindən hesablanmış 1229 manat borcun **********00130 saylı hesabından silinməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Zəngilan rayonundan məcburi köçkün olmaqla, Şirvan şəhəri Neftçilər küçəsində yerləşən 4 nömrəli orta məktəbin inzibati binasında ailəsi ilə birlikdə məskunlaşmışlar. Yaşadıqları müddət ərzində ünvan üzrə bir neçə ailənin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı üzrə müqavilə həyat yoldaşı X3 adına bağlanmaqla istifadə edilmiş qazın dəyəri Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. xx.xx.2016-cı il tarixdən etibarən ünvan 1 ünvanına köçdükdən sonra 2016-cı ilin noyabr ayında qaz təminatı üzrə 1229 manat məbləğində borc hesablanaraq həyat yoldaşı X3 adına yazılmışdır. Həyat yoldaşı X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Yaşadığı dövr ərzində qaz təminatında yaranmış borc barədə məlumat verilməmişdir. Həyat yoldaşının vəfatından sonra Şirvan şəhərində yerləşən Azəriqaz İB-nin Şirvan şəhər şöbəsinə müraciət etdikdə ona abonentin saldosunu təqdim etmişlər. Ona bildiriş verilmiş və bildirişdə 1229 manat borcumun olması qeyd olunmuşdur. Hazırda ünvan üzrə quraşdırılmış ön ödənişli qaz sayğacına müəyyən məbləğ yüklənərkən borcun bir hissəsi yüklənən məbləğdən çıxdığından, ödəniş etmək məcburiyyətindədirlər. Cavabdeh tərəfindən pozulmuş hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh İB-nin Şirvan Qaz İdarəsi tərəfindən ona yazılmış 1229 manat borc qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır . Belə ki, iş materiallarında olan : “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Nikolay Bəhrəmovun yaşadığı ünvanda - ünvan 2ğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. Digər qeyd : 1298 manat borc. X4 məxsus Şirvan şəhəri Xəqani küçəsi (abonentin kodu **********00130) abonentin saldosunda istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks olunmuşdur. X4 məxsus Şirvan şəhəri Qaçqın və məcburi köçkün ev 9 mənzil 33 (abonentin kodu **********00330) abonentin saldosunda istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks olunmuşdur. İddiaçı məxsus Şirvan şəhəri Xəqani küçəsi (abonentin kodu **********00130) abonentin saldosunda istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks olunmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı nikahı 06 oktyabr 1979-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 oktyabr 1979-cu ildə 4 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 qaraciyərin fibrozu və sirrozu səbəbindən xx.xx.2017-ci ildə Şirvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 yanvar 2018-ci ildə 06 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Şirvan şəhər- Hacıqabul rayon bölməsi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 158 nömrəli arayışdan görünür ki, X1 rayonundan məcburi köçkündür, hal-hazırda ünvan 3 ünvanında yaşayır. 01 fevral 2016-cı il tarixli 1/5 nömrəli Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bundan sonra kirayəyə verən adlandırılacaq xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X9 şəxsində bir tərəfdən və bundan sonra kirayəçi adlandırılacaq vətəndaş X7 digər tərəfdən , xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında müqavilə bağlanmışdır. Kirayəçinin ailə üzvləri İddiaçı Mələk qızı, X10 və X5r. xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ünvanlanmış Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsindən görünür ki, İddiaçı Cavabdeh İB-nə qarşı 1229 manat borcun silinməsi tələb ilə Şirvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Zəngilan rayonundan məcburi köçkün olmaqla Şirvan şəhəri Neftçilər küçəsində yerləşən 4 nömrəli məktəbin binasında məskunlaşdığını, həmin binada qaz sayğacının həyat yoldaşı X3 adına qeydə alındığını, istifadə etdikləri qazın dəyərinin Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən tam olaraq ödənildiyini qeyd etmişdir. (abonent kodu **********00330) Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edirik və təmin edilməməsini məhkəmədən xahiş edirik. Belə ki, X2 RQİİnin AGİS bazasında məcburi köçkün statusu il qeydə alınmış və onun məskunlaşdığı yaşayış sahəsi sayğac vasitəsilə təbii qazla təchiz olunmuşdur. 2010-cu ilin oktyabrdekabr ayları ərzində 125,70 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 79,34 manat məbləğində qazın dəyəri Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə 40,27 manat borc qalmışdır. 2011-ci il ərzində 389,60 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 294 manat məbləğində qazın dəyəri Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən,93,44 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 42,43 manat borc qalmışdır. 2012-ci il ərzində 388,70 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 294 manat Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən, 33,01 manat abonent tərəfindən ödənilmiş ödənilmiş, xx.xx.2013-cü il tarixə 104,12 manat borc qalmışdır. 2013-cü il ərzində 231,40 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 294 manat Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 78,72 manat abonent tərəfindən ödənilmiş xx.xx.2014-cü il tarixə 37,20 manat kreditor olmuşdur. 2014-cü il ərzində 544,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2015-ci il tarixə 423,70 manat borc qalmışdır. 2015-ci il ərzində 549,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 889,60 manat borc qalmışdır. 2016-cı ilin yanvar-mart ayları ərzində 132,80 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 25 manat Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 90,88 manat abonent tərəfindən ödənilmiş xx.xx.2016-cı il tarixə 906,52 manat borc qalmışdır. 2016-cı ildə X7 digər yaşayış yerinə köçürüldüyü üçün yeni **********00130 abonent kodu ilə qeydə alınmışdır. 2016-cı ilin aprel-dekabr ayları ərzində 1271 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 42 manat Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2017-ci il tarixə 1229 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində təbii qazdan istifadə edilməmiş və borc hesablanmamışdır. xx.xx.2018-ci il tarixə 1229 manat borc qalmışdır. 2018-ci il ərzində 86 manat məbləğində təbii qazdan istifadə edilmiş,40 manat ödəniş edilmiş, həmçinin Cavabdeh İB tərəfindən abonentin hesabında 716 manat məbləğində düzəliş edilmiş, xx.xx.2019-ci il tarixə 341 manat borc qalmışdır. 2019-cu il ərzində 123,50 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2020-ci il tarixə 486,20 manat borc qalmışdır. 2020-ci il ərzində 125,40 manat məbləğində təbii qazdan istifadə edilmiş,115 manat ödəniş edilmiş, həmçinin Cavabdeh İB tərəfindən abonentin **********00330 nömrəli hesabında olan 906,52 manat borc **********00130 nömrəli abonent hesabına köçürülmüş, xx.xx.2021-ci il tarixə 1371,42 manat borc yaranmışdır. 2021-ci il ərzində yanvar-iyun ayları ərzində 67,80 manat məbləğində təbii qazdan istifadə edilmiş,195 manat ödəniş edilmiş, xx.xx.2021-ci il tarixə 1244,22 manat borc qalmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının mənzilinə Zenner G4T Smart tipli əvvəlcədən ödənişli **********002 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 110 manat məbləğində ödəniş edilmiş, 55 manat borcdan silinmiş, xx.xx.2022-ci il tarixə 1244,22 manat borc qalmışdır. 2022-ci il ərzində 10,08 manat məbləğində təbii qazdan istifadə edilmiş,101,50 manat ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə 1152,80 manat borc qalmışdır. 2023-cü il ərzində 82 manat ödəniş edilmiş, xx.xx.2024-cü il tarixə 1070,80 manat borc qalmışdır. 2024-cü ilin yanavarmart ayları ərzində 27 manat ödəniş edilmiş, xx.xx.2024-cü il tarixə 1043,80 manat borc qalmışdır. İddiaçı iddia ərizəsində AR MM-nin 551.1, 551.2, 551.2.1-ci maddələrinə əsaslanaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Konstitusiya Məhkəməsi sonda qeyd edir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir Qeyd olunanlar iddia tələbinin əsassız olduğunu, formal mülahizələrlə əsaslandırılmasını, iddiaçının qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini ödəməməsi səbəbindən borcunun yaranmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq məhkəmədən İddiaçı Cavabdeh İB-nə qarşı 1229 manat borcun silinməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul etməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazıminca icra edilməməsi (vaxtında icra edilməməsi ,mallarda,işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir . 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırki tədqiq edilmiş sübutlardan X3 və onun ailə üzvlərinin 01 fevral 2016-cı il tarixdə yeni ünvana, yəni ünvan 4 məhkəmə hesab edir ki, həmin tarixədək qaz sərfiyyatına görə hesablanmış ziyan məbləği nəzərə alınmamalıdır. Belə ki, həmin tarixədək Şirvan şəhəri Neftçilər küçəsində yerləşən 4 nömrəli orta məktəbin inzibati binasında eyni sayğacdan başqa abonentlərin də istifadə etmələri istisna olunmur. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh İB-i tərəfindən qazdan istifadəyə görə xx.xx.2016-cı il tarixədək hesablanmış ziyan məbləği İddiaçı (abonent kodu**********00130) abunə hesabından silinməli , bununla da iddia qismən təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh İB-i tərəfindən qazdan istifadəyə görə xx.xx.2016-cı il tarixədək hesablanmış ziyan məbləği İddiaçı (abonent kodu **********00130) abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Azəriqaz İB-dən dövlət rüsumu hesabına 30 manat məbləğində alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar