Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(032)-358/2023 10.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızı, Tələbkar Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14-də yerləşən Şirvan Bədiyyəsinin borclu Şirvan şəhəri, T.Ələkbərov küçəsi, dalan 2, ev 12A-da qeydiyyatda olan Borclu qarşı Dayanacaq (icarə) müqaviləsinin borclarının geri alınması ilə bağlı məhkəmə əmrinin çıxarılması haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim : Tələbkar Şirvan Bələdiyyəsi Borclu Dayanacaq (icarə) müqaviləsi vergisi 01 yanvar 2023-cü il tarixinə qədər 284 (iki yüz səksən dörd) manat dayanacaq (icarə) müqaviləsi vergisi borcunun iddiaçı (tələbkar) Şirvan şəhəri Şirvan Bədiyyəsinin xeyrinə cavabdeh (borclu) Borclu tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi Borclu Dayanacaq (icarə) müqaviləsi borclarının qəsdən ödənilməməsi barədə Şirvan Bələdiyyəsinin “Yerli (Bələdiyyə) ödənişlər və Vergilər” şöbəsinin müdiri Ə.D.Yusifov tərəfindən Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradova təqdimat verilmişdir. Həmin təqdimatda Borclu Dayanacaq (icarə) müqaviləsi vergisi 01 yanvar 2023-cü il tarixinə qədər 284 (iki yüz səksən dörd) manat Dayanacaq (icarə) müqaviləsi vergisi borcu yaranmışdır. Borclu vergi borclarını ödəməkdən qəsdən yayınır və bu məqsədlə qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəməyə müraciət etmişlər. Borclu rəsmi qaydada 04/21 nömrəli xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən Əliyev X2 (icarə) müqaviləsini könüllü bağlamasına baxmayaraq, vergini ödəməkdən qəsdən yayındığına görə Dayanacaq (icarə) müqaviləsindən 01 yanvar 2023-cü il tarixinə qədər 284 (iki yüz səksən dörd) manat borcu yaranmışdır. Beləliklə qanunun məzmunundan da göründüyü kimi Bələdiyyələr başqa yerli ödənişlər kimi eyni zamanda da torpaq, icarə və əmlak vergisinə görə yığılan vergilərdən maliyyələşirlər. Bələdiyyələr yerli özünüidarə qurumu, nəhayətdə inzibati orqanlar siyahısına daxil edilməklə yerli ödənişlər hesabına öz xərcini ödəməklə öz təsərrüfat və digər ehtiyaclarını ödəmək şərti ilə şəhər ərazisində əhalinin ehtiyaclarını ödəmək üçün müxtəlif xərc maddələrinə uyğun olaraq işlər həyata keçirirlər. Belə ki, cavabdeh Əliyev X2 (icarə) müqaviləsi vergisi borcunu ödəmədiyinə görə onunla 01 yanvar 2023-cü il tarixindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Şirvan Bələdiyyəsi ilə Borclu arasında dayanacaqdan istifadəyə görə icarə müqaviləsi bağlanmış müqavilənin şərtlərinə görə borclu şəxs hər ay 30 (otuz) manat ödəniş etməlidir. Borclu müqavilənin şərtlərini yerinə yetirmədiyinə görə 01 yanvar 2023-cü il tarixinə 284 (iki yüz səksən dörd) manat borcu yaranmışdır. Borclu göndərilmiş 04/21 nömrəli xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixə 284 (iki yüz səksən dörd) manat borcunun olması barədə məlumatlandırılmışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 08 nömrəli Dayanacaq (İcarə) müqaviləsindən görünür ki, Şirvan Bələdiyyəsinin sədri X3 ilə Borclu arasında dayanacaqdan istifadəyə görə İcarə müqaviləsi bağlanmış müqaviləyə görə icraçı sifarişçinin sifarişinə əsasən Sabirabad rayonu, Poladtuğay, Azadkənd kəndlərindən Şirvan şəhəri, “Elit” Ticarət Mərkəzinin daxilinə qədər sözügedən istiqmətlərdən və əksinə sərnişin daşımağı öhdəsinə götürmüşdür. İcarəyə götürən hər ay 35 (otuz beş) manat olmaqla Şirvan şəhəri, X1 Bank Şirvan şəhərindəki filialında hesabına və ya “Azərpoçt”un Şirvan şəhər filialında BAMS-da açılmış VÖEN-dəki hesabına pul vəsaiti ödəməlidir. "Yerli (bələdiyyə) vergilər və Ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir.Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fıziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafıq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fıziki və hüquqi şəxslərdir (5.1, 5.2). Yerli vergilərə aşağıdakılar aiddir: fıziki şəxslərdən torpaq vergisi; fıziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Həmin Məcəllənin 208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.7-ci maddəsinə əsasən tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə Şirvan Bələdiyyəsinin fiziki şəxsdən verginin alınması haqqında tələb təsdiq olunur. Buna görədə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMREDİRƏM: Borclu xx.xx.1981-ci ildə Sabirabad rayonu, Qarağac kəndində anadan olan, Şirvan şəhəri, T.Ələkbərov küçəsi, dalan 2, ev 12A-da qeydiyyatda olmaqla yaşayan Borclu 284 (iki yüz səksən dörd) manat dayanacaq (icarə) müqavilə vergisi borcu tutularaq tələbkar Şirvan şəhər Bələdiyyəsinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan şəhər məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Səidə Məmmədova İş № 2-(032)-358/2023 Şirvan Şəhər Məhkəməsinin QƏRARDADİ 09 fevral 2023-cü il Şirvan şəhəri Mən Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızı, Tələbkar Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14-də yerləşən Şirvan Bədiyyəsinin borclu Şirvan şəhəri, T.Ələkbərov küçəsi, dalan 2, ev 12A-da qeydiyyatda olan Borclu qarşı Dayanacaq (icarə) müqaviləsinin borclarının geri alınması ilə bağlı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq,məhkəmə iclasından kənar ayrıca prasesual hərəkət edərək MÜƏYYƏN ETDİM: Tələbkar Şirvan Bələdiyyəsinin Borclu qarşı Dayanacaq (icarə) müqaviləsinin borclarının geri alınması lə ilə bağlı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizədə və ona əlavə olunmuş sənədlərdən aydın olur ki, tələbkarın tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, hesab edirəm ki, ərizəyə əmr icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275- 276-cı maddələrini rəhbər tuturaq, QƏRARA ALDİM: Ərizə icraata qəbul edilsin və ona əmr icraatı qaydasında baxılsın. Əmr xx.xx.2023-cü il tarixə verilsin. Şirvan şəhər Məhkəməsinin hakmi Səidə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ 1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, Tel.: № /021/ 215-17-44, Faks: /021/215-17-44 w.shirvancourt.gov.az, e-mail: Elektron ünvan İş № 2(032)-358/2023 09 fevral 2023-cü il Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Şirvan Bələdiyyəsinə Surəti: Şirvan şəhəri, T.Ələkbərov küçəsi, dalan 2, ev 12A Borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-358/2023 saylı mülki işi üzrə 09 fevral 2023-cü il tarixli məhkəmə əmri məlumat üçün Sizə göndərilir. Qoşma: əmr 02 (iki) vərəqdə. Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova İş № 2(032)-358/2023 09 fevral 2023-cü il Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Şirvan Bələdiyyəsinə Surəti: Şirvan şəhəri, T.Ələkbərov küçəsi, dalan 2, ev 12A Borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-358/2023 saylı mülki işi üzrə 09 fevral 2023-cü il tarixli məhkəmə əmri məlumat üçün Sizə göndərilir. Qoşma: əmr 02 (iki) vərəqdə. Şirvan Şəhər Məhkəməsinin hakimi: Səidə Məmmədova Surəti İş № 2(032)-358/2023 21 yanvar 2022-ci il Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Şirvan Bələdiyyəsinə Surəti Şirvan şəhəri, Mehmandarov küçəsi, döngə 2, ev 6 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Adil Məmmədov küçəsi, ev 57, mənzil 6 Borclu qızı Şirvan şəhər məhkəməsinin 2(032)-358/2023 saylı mülki işi üzrə 21 yanvar 2022-ci il tarixli məhkəmə əmri məlumat üçün Sizə göndərilir. Qoşma: əmr 01 (bir) vərəqdə. Şirvan şəhər Məhkəməsinin hakimi: Ziya Əliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ MÜLKİ İŞ № 2(032)-358/2023 İddiaçı: Şirvan Bələdiyyəsinin Cavabdeh: Borclu qızına qarşı « torpaq və əmlak vergisi borclarının geri alınması » tələbinə dair 1-ci instansiya məhkəməsinə Daxil olmuşdur «21» yanvar 2022-ci il Baxılmışdır Arxivə verilmişdir
Məhkəmə qərarları › İş №2(032)-358/2023
Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(032)-358/2023
10.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver