Məhkəmə qərarları › İş №2(032)-367/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-367/2025

01.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-367/2025 01.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə olan 1366.36 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 sentyabr 2024-cü il tarixdə Şirvan rayon X5 əməkdaşları ona məxsus olan Şirvan şəhərində yerləşən Şirvan şəhərində yerləşən yeni qəsəbə, bina 4, mənzil 31-də quraşdırılmış qaz sayğacının çıxardaraq yenisi ilə əvəz etdilər və bildirdilər ki, təkcə borc onun deyil digər qaçqınlarla bir yerdə yaşayanda onda yaranıb, həmin idarənin əməkdaşları ona bir daha bildirdilər ki, onlara bir aidiyyəti yoxdur və ödəməlisən. Yeni smart tipli sayğac quraşdırıb həmin borcu da karta vurub getdilər. Həmin smart tipli sayğaca müəyyən məbləğ vuran kimi borcu tutur, halbuki, həmin borc ona heç bir əhəmiyyəti yoxdur. Dəfələrlə Şirvan qaz idarəsinə getmiş, lakin idarədən ona bildirildi ki, “sən ancaq məhkəməyə verib sildirə bilərsən onların səlahiyyətləri çərçivəsində deyil”. Vaxtlı-vaxtında ödənişlərini ödəyir, heç bir borcu yoxdur. Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. X1 bildirdilər ki, yeni sayğac quraşdırılmalıdır və həmin sayğacın dəyəri onun tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB-i tərəfindən elektron ünvanlanmış etirazda göstərilmişdir ki, İddiaçı Salyan RQİİ-nin AGİS bazasında məcburi köçkün statusu ilə qeydə alınmış və onun məskunlaşdığı yaşayış sahəsi sayğac vasitəsilə təbii qazla təchiz olunmuşdur. xx.xx.2010cu il tarixə borcu olmamışdır. İddiaçı tərəfindən 2010-cu ilin dekabr ayında 5,57 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 5,57 manat məbləğində qazın dəyəri Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə borcu qalmamışdır. 2011-ci il ərzində 94,70 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 94,69manat məbləğində qazın dəyəri Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 0,01 manat borc qalmışdır. 2012-ci il ərzində 276,63 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 150,64 manat borc qalmışdır. 2013cü il ərzində 238,81 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən, 126,80 abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 136,65 manat borc qalmışdır. 2014-cü il ərzində 301,47 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş xx.xx.2015-ci il tarixə 312,12 manat borc qalmışdır. 2015-ci il ərzində 242,66 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 428,78 manat borc qalmışdır. 2016-cı il ərzində 302,09 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 43,80 manat abonent tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 561,07 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 401,27 manat məbləğində təbii qazdan istifadə edilmiş ödəniş edilməmiş, xx.xx.2018-ci il tarixə 968,40 manat borc qalmışdır. 2018-ci il ərzində 241,63 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2019-ci il tarixə 1221 manat borc qalmışdır. 2019-cu il ərzində 247,89 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2020-ci il tarixə 1471,85 manat borc qalmışdır. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində 185,74 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmişdir. 2020-ci ilin oktyabr ayında 1588,76 manat borc iddiaçının ünvanına quraşdırılmış İTRON tipli G-4 markalı əvvəlcədən ödənişli (smart) qaz sayğacının hesabına keçirilmiş, abonent tərəfindən ödənilən pul məbləğinin 50% hissəsi debitor borca yönəldilir. Qeyd olunanlar iddia tələbinin əsassız olduğunu, formal mülahizələrlə əsaslandırılmasını, iddiaçının qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini tam ödəməməsi səbəbindən borcunun yaranmasını təsdiq edir. Qeyd edilənlərə əsasən İddiaçıCavabdeh İB-nə qarşı 1366.36 manat borcun silinməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğacın Dövlət yoxlamasından keçirilməsi səbəbindən yenisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ailə üzvləri ilə birlikdə Salyan RQİİ-nin AGİS bazasında məskunlaşmışdır. Sonradan məcburi köçkün olaraq ailəsi ilə birlikdə ünvan 2 ünvanında mənzillə təmin edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ünvan 3 ünvanında qeydə alınmış **********02770 nömrəli abonent hesabında olan 1366.36 manat borc 2020-ci ilin oktyabr ayında ünvan 4 ünvanında yerləşən mənzilin abonent hesabına köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu abonent saldosu üzrə ödənişlər əsasında müəyyən edilmişdir ki, iddiaçının ünvan 5 ünvanında qeydə alınmış **********02770 nömrəli abonent hesabı üzrə ödənişlər abonenti özü tərəfindən və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Həmin hesabatda abonentin xx.xx.2010-cu il tarixə borcu olmamışdır. İddiaçı tərəfindən 2010-cu ilin dekabr ayında 5,57 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 5,57 manat məbləğində qazın dəyəri Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə borcu qalmamışdır. 2011-ci il ərzində 94,70 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 94,69 manat məbləğində qazın dəyəri Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 0,01 manat borc qalmışdır. 2012-ci il ərzində 276,63 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 150,64 manat borc qalmışdır. 2013-cü il ərzində 238,81 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən, 126,80 abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 136,65 manat borc qalmışdır. 2014-cü il ərzində 301,47 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş xx.xx.2015-ci il tarixə 312,12 manat borc qalmışdır. 2015-ci il ərzində 242,66 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 428,78 manat borc qalmışdır. 2016-cı il ərzində 302,09 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 43,80 manat abonent tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 561,07 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 401,27 manat məbləğində təbii qazdan istifadə edilmiş ödəniş edilməmiş, xx.xx.2018-ci il tarixə 968,40 manat borc qalmışdır. 2018-ci il ərzində 241,63 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2019-ci il tarixə 1221 manat borc qalmışdır. 2019-cu il ərzində 247,89 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmiş, xx.xx.2020-ci il tarixə 1471,85 manat borc qalmışdır. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində 185,74 manat məbləğində təbii qazdan istifadə edilmiş, ödəniş edilməmişdir. 2020-ci ilin oktyabr ayında 1588,76 manat borc iddiaçının ünvanına quraşdırılmış İTRON tipli G-4 markalı əvvəlcədən ödənişli (smart) qaz sayğacının hesabına keçirilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən istifadə edilmiş təbii qazla əlaqədar ödənişlər həm abonentin özü tərəfindən, həm də Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilmiş təbii qazın dəyəri müəyyən edilmiş limitə əsasən ödənilsə də, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə ödənilməli olan ödənişlər tam olaraq ödənilməmiş və nəticədə abonentin qalıq borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı qaz sərfiyyatına görə hesablanmış 1366.36 məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən hesablanmış 1366.36 manat borcun **********02770 saylı abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar