Məhkəmə qərarları › İş №2(032)-391/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-391/2024

01.02.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-391/2024 01.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh cəlb edilməsi ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Ərizəçi maraqlı şəxs Cavabdeh cəlbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01041 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən 20 sentyabr 2013-cü ildə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra əvvəllər cavabdehlə münasibətləri yaxşı olsa da, lakin bir müddət sonradan münasibətləri soyumağa başlamışdır. Cavabdehlə xasiyyətləri tutmur. Halhazırda faktiki olaraq cavabdehlə birgə təsərrüfatda yaşaya bilməməsi səbəbindən ondan ayrılmaq fikrindədir. Hal-hazırda onunla cavabdeh arasında ailə bağları faktiki olaraq bitdiyindən onun cavabdehdən boşanmaq fikri qətidir. Birgə nikahdan doğulmuş uşaqları ananın himayəsindədirlər. Aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tələbinə dair xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01041 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa hər ay 150 manat, cəmi 300 manat aliment ödəməyi, alimenti onun bank hesabına ödəyəcəyi barədə razılığa gəlmişlər. Lakin, barışıq sazişinin imzalandığı vatxdan, yəni, xx.xx.2023cü il tarixdən qanun üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Cavabdeh tərəfindən könüllü surətdə icra edilməmişdir. Aralarında olan nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-486/2023 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 iddiaçı Ərizəçi himayəsində saxlanılması, dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq iddiaçı Ərizəçi verilməsi qət edilmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01041 nömrəli mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən: Cavabdeh Ərizəçi ilə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər uşağa hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin Ərizəçi bank hesabına ödəyəcəyinə, azyaşlı övladları ilə hər həftənin şənbə və bazar günləri səhər saat 11:00-dan axşam saat 17:00-dək ünsiyyətdə olmasına razı olduğuna, Ərizəçi isə uşaqların saxlanması üçün Cavabdeh hər uşağa hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin bank hesabına ödəməsinə razı olduğuna, azyaşlı övladları ilə ataları Cavabdeh hər həftənin şənbə və bazar günləri səhər saat 11:00-dan axşam saat 17:00-a qədər ünsiyyətdə olmasına razı olduğuna və buna şərait yaradacağına dair öz üzərlərinə öhdəlik götürmüşlər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-355-26.1.1-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında qanunamüvafiq qaydada mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, tərəflər müvafiq ailə münasibətlərindən irəli gələn aliment barədə razılığa gəlmiş və razılıqları müvafiq barışıq sazişi ilə təsdiq edilmişdir, hazırda sözügedən sazişin ləğvi və ya etibarsızlığı, qanuna zidd olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilmədiyindən ərizə təmin edilərək, Ərizəçi ilə maraqlı şəxs Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01041 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 100 manat məbləğində pul ödənilmişdir və məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi məhz maraqlı şəxs Cavabdeh tərəfindən müəyyən edilmiş qaydada və müddətdə könüllü şəkildə icra edilmədiyindən məhkəmə xərcləri də sonuncuya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi qətetdi: Ərizə təmin edilsin. Sabirabad 1 saylı Mediasiya Təşkilatının mediatoru Maraqlı şəxs iştirakı ilə tərtib olunmuş – Cavabdeh ilə Ərizəçi arasında bağlanmış övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər uşağa hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin Ərizəçi bank hesabına ödəməsi barədə -xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01041 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar