Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-402/2025 05.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “İstehsalat Birliyi tərəfindən hesablanmış cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonundan məcburi köçkün olmaqla, Füzuli rayonu Zərgar kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında ailəmizlə birlikdə məskunlaşmışlar. Məskunlaşdıqları Şirvan şəhəri Şirvan Yataqxansı adlanan binada 5 nəfər ailə üzvləri ilə birlikdə yaşadıqları müddət ərzində qaz təminatı üçün quraşdırılmış sayğac üzrə müqavilə bağlanmadan adına abonent kodu açılmaqla ailənin qaz təminatı həyata keçirilirdi. Bu müddət ərzində istifadə edilmiş qazın dəyəri Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Şirvan şəhəri F.X.Xoyski küçəsində salınmış 685 nəfərlik qəsəbədə yaşayış sahəsi ayrılmış, xx.xx.2020-ci il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Ünvan üzrə qaz təminatı şəbəkəsinə quraşdırılmış ön ödənişli qaz sayğacı quraşdırılmaqla köhnə abonent kodu adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları”na əsasən bizə kart təqdim edilmişdir. Qeyd edilən dövr üzrə təminat kartı verilməmişdən öncəki müddətdə ünvan üzrə istifadə edilmiş qaz təminatı üzrə yaranmış qalıq borc barədə məlumatı olmamaışdır. Belə ki, cari ilin yanvar ayında 20 manat ön ödənişli karta məbləğ yüklədikdən sonra sayğac üzərində qaz təminatında sərfiyyatın böyük olması barədə Azəriqaz İB-nin Şirvan şəhəri üzrə nümayəndəsindən maraqlanmışdır. Nümayəndə ona qaz təminatı üzrə borcunun olmasını və bu borcun karta yeklədiyi məbləğlərdən hissəli şəkildə tutulmaların olmasını bildirmişdir. Əvvəlki dövrlər ərzində istifadə edilmiş qaz təminatı üzrə borcdan tam ödəniş edilmişdir. Belə ki, ön ödənişli qaz sayğacına yüklənən məbləğin 5056, son müddətlərdə daha çox hissəsi borca tutulmaqla maddi durumu daha ağır vəziyyət düşür. Hesab edir ki, ünvan üzrə qaz təminatı sərfiyyatı düzgün hesablanmamış nəticədə artıq məbləğ hesablanmaqla 2020-ci ilin noyabr ayından etibarən 309.9 manat borc hesablanmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı borc məbləği tərəfindən ödənildiyindən ərizə verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə cavabdeh Azəriqaz İB-nə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə icasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 266-268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-402/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-402/2025
05.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver