Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-412/2024 05.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 1 saylı Mediasiya Təşkilatında ******* nömrəli barışıq sazişi məcburi icraya yönəldilməsi və Maraqlı şəxs ilə birgə nikahlarından olan xx.xx.2023-cı il təvəllüdlü X1 üçün Maraqlı şəxs əmək haqqından hər ay 2/1 (əmək haqqının yarısı) miqdarda məbləğin Ərizəçi ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun cavabdehlə xx.xx.2022-ci ildə (AZ-İİ 505464) nikahları bağlanmışdır. Birgə nikahlarından xx.xx.2023-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixdə birgə nikahlarından olan X1 üçün Maraqlı şəxs əmək haqqından hər ay 2/1 (əmək haqqının yarısı) miqdarda ona ödənilməsi barədə X2 1 saylı Mediasiya Təşkilatında ******* nömrəli barışıq sazişi bağlanmışdır. Cavabdeh tərəfindən lazımi sənədləşmə işlərinin aparılması öz üzərinə götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barışıq sazişi ilə razılaşdırılmış alimenti ödəməyə razıdır və ərizə tələbinin təmin edilərək, sözügedən barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Məhkəmə maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X4 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və bu bardə nikah haqqında akt qeyd kitabında 610 nömrəli akt tərtib edilmişdir. Nikahdan sonra arvada Tahirli soyadı verilmişdir. İş materiallarında olan Salyan regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 912856 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan MŞS/MT028/2023/0008AK saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə birgə nikahlarından olan xx.xx.2023cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs aldığı əmək haqqının 2/1 (əmək haqqının yarısı) miqdarında ona aliment ödəməsinə razıdır, alimenti hər ay onun adına olan bank hesabına köçürülməsinə razıdır, başqa heç bir iddiası və tələbi yoxdur, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Ərizəçi hər ay əmək haqqının 2/1 (əmək haqqının yarısı) miqdarında aliment ödəməyi öhdəsinə götürür, alimenti hər ay əmək haqqından tutularaq Ərizəçi bank hesabına köçürülməsinə razıdır və bunun üçün lazımı sənədləşmə işlərinin aparılmasını öhdəsinə götürür, başqa heç bir iddiası və tələbi yoxdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşları çatana kimi saxlanılması üçün hər ay əmək haqqının 2/1 hissəsi miqdarında alimenti Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs faktiki nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay əmək haqqının yarısı miqdarında alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞS/MT028/2023/0008AK saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşı çatana kimi saxlanılması üçün hər ay əmək haqqının ½ hissəsi miqdarında alimenti Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞS/MT028/2023/0008AK saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay əmək haqqının ½ (əmək haqqının yarısı) hissəsi miqdarında aliment Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-412/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-412/2024
05.02.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver