Məhkəmə qərarları › İş №2(032)-422/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-422/2025

23.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-422/2025 23.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı X1 cavabdeh X5 qarşı (X6, X7, Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakda onun tam payının müəyyən edilməsi və həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakda onun tam payının müəyyən edilməsi və həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X2 miras qalmış Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 5-ci dalan, 44 saylı evin qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakda onun tam payının müəyyən edilməsi, həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı X3 tərəfindən iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.3-cü maddəsinin tələbinə görə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulur. Beləliklə məhkəmə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh X5 qarşı (X6, X7, Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmıkada onun tam payının müəyyən edilməsi və həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar