Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-486/2024 14.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsinə məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “23 may 2023-cü il tarixdə mediatorun iştirakı ilə Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahın pozulmasına razılıq verilməsi, aralarında birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalmasına, X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyun 2023-cü il tarixdən hər ay 100 manat məbləğində alimenti Ərizəçi bank hesabına köçürəcəyinə,azyaşlı övladının səhhəti və digər maddi tələbləri olduğu halda maddi vəziyyətinə görə köməklik göstərəcəyinə, Ərizəçi heç bir tələbi olmayacağını öhdəlik götürməsinə dair öhdəlik barədə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi bildirdi ki, ünvan 1 ünvanı Hacıqabul rayon Meyniman kəndidir. Ərizənin Hacıqabul rayon Məhkəməsində baxılmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs gəlməmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, işə ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan elektron məhkəmə sistemində şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, ərizəçi Teymurova X2 rayon Meyniman kəndində qeydiyyatdadır. Ərizədə Ərizəçi ünvanı ünvan 4 Mülki Prosessual Məcəlləsinin 355.23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Göründüyü kimi qanunun tələbinə görə Ərizəçi ərizəni Hacıqabul rayon Məhkəməsinə ərizə verməli olduğu halda, Şirvan şəhər Məhkəməsinə vermişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı mərhələsində ərizəçi Teymurova X2 rayon Meyniman kəndində qeydiyyatda olması müəyyən edildiyindən, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 44, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-486/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-486/2024
14.02.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver