Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-487/2024 05.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı 5600 (beş min altı yüz) manat məbləğində pulun və 74 (yetmiş dörd) manat ödənilmiş dövlət rüsumunun alınmasını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır, əvvələr onunla münasibəti çox yaxşı olmuşdur. 2021-ci ilin fevral ayında Cavabdeh ona demişdir ki, ona pul lazımdır, "xxxx" ASC-dən pul götürmək istəyir və ona zamin dursun. O, Cəmiləni tanıdığına, inandığına görə zamin durmağa razılıq vermişdir. 05 fevral 2021-ci il tarixdə Cavabdeh ilə Şirvan şəhərində olan "xxxx" ASC-yə gəldikə Cəmilə Bankın nümayəndəsi ilə on min manat pul götürməsi barədə söhbət etmişdir. Həmin vaxt Bankın nümayəndəsi Cəmiləyə demişdir ki, “sənin kreditin var, sənə pul vermək olmaz. Əgər yanında gətirdiyin zaminin kredit borcu yoxdursa, ona vermək olar.” Həmin vaxt Cavabdeh ondan xahiş etmişdir ki, onun pula çox ehtiyacı vardır, onun üçün on min manat pul götsün, onun pulunu on - on beş günə qaytaracağını bildirmişdir. Həmin vaxt o, Cəmiləyə inanmış və Bankdan on min manat pul götürüb Cavabdeh vermişdir. Aradan on beş gün keçəndən sonra o, Cəmilədən verdiyi pulu istəmiş, Cavabdeh ona demişdir ki, “Şirvan şəhərində olan Zeytun bağının yanında torpaq sahəsini on yeddi minə satıb sənin pulunu verəcəyəm sən narahat olma.” Sonradan o eşitmişdir ki, Cəmilə həmin torpaq sahəsini satıb əri Əlihüseyinin adına maşın alıb. O, dəfələrlə Cavabdeh evini gedib götürdüyü bankın pulunu ödəməsini tələb etmiş, hər dəfə onu aldadıb demişdir ki, sənin pulunu verəcəm. Cəmilə məktəbdə müəllimə işləyir. Cəmiləyə verdiyi on min manat puldan cəmi bu günə kimi 4600 manat pul ödəyib onun halhazırda ona 5600 manat borcu qalmışdır, qalan borcu o, ödəmək istəmir. O, bu barədə Şirvan şəhər polis şöbəsinə, Şirvan şəhər prokurorluğuna şikayətlər etmiş, onlar ona məsləhət görmüşlər ki, bu barədə məhkəməyə ərizə verə bilər. Artıq o, 4 aydır ki, "xxxx" ASC-nin pulunu ödəyir. O, borcu qaldığı 5600 manat pulu ondan tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, Cavabdeh 5600 manat pulun və 74 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsinə qeyd etdiyi halların təsdiqi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, İddiaçı və "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, İddiaçı 42 ay müddətinə illik 18 % ödəmək şərti ilə 9000 (doqquz min) manat kredit verilmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı adına olan kreditə ödənişlər olunub. Bu sübutlar İddiaçı hər hansı pul məbləğini götürüb Cavabdeh verməsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, Cavabdeh onun dayısının yoldaşıdır, o qohumluq münasibətlərindən istifadə edərək onları aldatmışdır. Oğlunun nişanına gələn zaman o bilmişdir ki, Cəmilənin qızı Xalidə ilə birlikdə Bakı şəhərində yaşayır. Cəmilənin ona bildirdiyinə görə pula ehtiyacı olmuş, Cəmilənin adına kredit borcu olduğundan bankdan ona pul verilməmiş, ona görə də Xalidənin adına kreditlə pul götürülmüşdür. Xalidənin kreditlə pul götürməsini , həmin pulu Cəmiləyə verməsini bilmiş, lakin pulu verərkən görməmişdir. Habelə dəfələrlə Cəmilə ona bildirmişdir ki, onun pulu və satmağa heç nəyi yoxdur, ona görə də Xalidənin pulunu verə bilmir. Xalidənin adına ev keçirmişlər, Xalidə sonradan həmin evə baxan zaman uzaqda olduğunu və yararsız vəziyyətdə olduğunu gördüyündən həmin evi istəməmiş, geri qaytarmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisəli olduğundan, mübahisənin həlli zamanı Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan borc müqaviləsinə aid müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : "xxxx" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGRR4665347A141 saylı müqavilənin və xx.xx.2022-ci il tarixli RGRR4665347A141 saylı müqaviləyə əlavənin (ödəniş qrafiki) surətindən görünür ki, İddiaçı illik 18 % dərəcəsi ilə 42 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşdür. Nağd pulun mədaxil qəbzlərindən görünür ki, RGRR4665347A141 saylı kredit müqavilə üzrə İddiaçı tərəfindən ödənişlər edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şirvan şəhər polis şöbəsində Cavabdeh verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatından görünür ki, İddiaçı ilə uzaq qohumdurlar. Onunla münasibətləri normal olmuş, aralarında ədavət və dava-dalaş olmamışdır. 2019-cu ildə onun qızı Səidənin azyaşlı övladına baxmaq üçün onlara dayə lazım idi. Xalidə 3 ay müddətində onun nəvəsinə dayəlik etmiş və bunun müqabilində ona hər ay 300 manat pul vermişlər. Bir dəfə Xalidə ona demişdir ki, onun qızı ilə Bakıda yaşamaq istəyir. Qızı Səidə də buna etiraz etməmişdir. Daha sonra Xalidə, övladları, onun qızı və onun övladları Bakı şəhərində birlikdə qalmağa başlamışlar. Həmin vaxt Xalidənin övladları da təhsil alırmışlar. Daha sonra qızı Səidə Xalidə ilə qalmaq istəmədiyini bildirmişdir. Sonradan 2020-ci ildə şəxsi ailə məsələləri səbəbi ilə onlara 9100 manat məbləğində pul lazım olmuş və Xalidə demişdir ki, “mən sizin yerinizə kredit götürərəm”. Qızı Səidə onunla razılaşmış və Xalidə öz adına "xxxx" dan onlara vermək üçün kredit götürmüşdür. Bildiyim qədəri ilə qızı Səidə aylıq 250 manat kredit ödəmişdir. İndiki vaxta qədər qızı kredit ödəyir. Həmçinin qeyd edir ki, oğlu Rəşadın adına Şirvan şəhərində 8 sot torpaq sahəsi var idi. 2021-ci ildə qızı Səidə yanına gələrək demişdir ki, “həmin torpaq sahəsini Xalidənin adına keçirmişəm”. Ona demişdir ki, "Xalidəyə torpaq vermişəm, artıq onun yerinə kredit ödəməyəcəm”. Üstündən bir neçə gün keçdikdən sonra Xalidə onların evə gələrək həmin torpaq sahəsini istəmədiyini, geri qaytarmaq istədiyini bildirmişdir. Daha sonra torpaq sahəsini rəsmi olaraq geri qaytarmışdır. Daha sonra qızı Səidə hər ay Xalidənin adına olan krediti ödəyirdi. Bildirir ki, bu məsələ ilə əlaqədar onun tam məlumatı yoxdur. Razılaşma Xalidə və onun qızı Səidə arasında olmuşdur. Şirvan şəhər Polis X1 verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatından görünür ki, İddiaçı onun qohumudur, hazırda onunla münasibətləri pisdir. 2021-ci ilin fevral ayında o Xalidədən 9000 manat borc almışdır. Həmin borcu 2023-cü ilin aprel ayında bitirmişdir. Bununla yanaşı məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səs yazısı olan diskin sübut kimi qəbul edilib-edilməməsi məsələsini də araşdırmışdır. Belə ki, məhkəmə baxışında tərəflərin iştirakı ilə təqdim edilmiş səs yazısı tədqiq edilmiş və səsyazısı olan həmin diskdə hazırkı tələbdə cavabdehdən alınması xahiş edilən pul vəsaitinin (kredit müqaviləsi üzrə götürülərək cavabdehə verilmiş borcun) cavabdeh tərəfindən iddiaçıdan alınması barədə hər hansı bir məlumat öz əksini tapmamışdır. Belə ki, hazırkı iş üzrə tələb borcun qaytarılması barədə olduğundan borcun verilməsini və qaytarılmasını təsdiq edən sübutlar tədqiq edilərək iş üçün əhəmiyyətli olur. Məhkəmə hesab edir ki, diskdə olan məlumatlar iddiaçının iddia ərizəsində tələb etdiyi miqdarda pulun (borcun) cavabdeh tərəfindən alınması və qaytarılması barədə olmadığından, yəni iş üzrə tərəf olmayan digər şəxslər arasında olduğundan hazırki iş üzrə nəzərə alınmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericlik normalarını qarşılıqlı şəkildə müqayisə edərək qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə Cavabdeh ilə aralarında hər hansı borc müqaviləsinin və ya borc münasibətlərinin mövcudluğunu təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ilə borc müqaviləsinin bağlanması, borc münasibətlərinin yaranması müəyyən edilmədiyindən və bununla da İddiaçı istinad etdiyi halı sübut edə bilmədiyindən, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub Qətetdi: İddiaçı Cavabdeh qarşı 5600 (beş min altı yüz min) manat pulun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-487/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-487/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver