Məhkəmə qərarları › İş №2(032)-495/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-495/2025

29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-495/2025 29.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün olan 12 ailənin birgə qazdan istifadəsi üçün quraşdırılmış və 2017-ci il tarixinədək istifadə olunmuş sayğacda qaz sərfiyyatına görə hesablanmış və borc olaraq ondan ödənilməsi tələb olunan 882.45 manat pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iki övladı ilə birlikdə məcburi köçkün olaraq Şirvan şəhərində uşaq baxçasında məskunlaşmışlar. Həmin ünvanda yaşamağa başlayarkən hər 12 ailə bir qaz sayğacından təbii qazla təmin olunmuşdur. 2017-ci il tarixində həmin qaz sayğacı götürülərək yoxlanıması üçün "xxxx" ASC-nin labatoriyasına aparılmış və hər ailənin yaşayış mənzilinə ayrılıqda qaz sayğacı quraşdırılmışdır. Az müddət sonra onun bərabər digər 11 ailənin mənzilinə gedən qazın qoşulduğu və laboratoriya da yoxlanılmış qaz sayğacında qaz sərfiyyatına görə hesablanmış pul məbləği 12 ailə arasında bərabər şəkildə bölüşdürülmüşdür. 2017-ci ildə olan hesablamaya görə ayrı-ayrılıqda hər bir ailənin, o cümlədən onun 882.45 manat qaz istifadə olunması müəyyən olunmuşdur. Hesab edir ki, məcburi köçkün olan 12 ailənin birgə qazdan istifadəsi üçün quraşdırılmış sayğacda hesablanmış pul məbləğini borc olaraq ondan ödənilməsinin tələb olunması qanunsuzdur. Belə ki, 2017-ci ildə olan hesablamaya görə ayrı-ayrılıqda hər bir ailənin, o cümlədən onun 882.45 manat qaz istifadə olunması müəyyən olunmuşdur. Hesab edir ki, məcburi köçkün olan 12 ailənin birgə qazdan istifadəsi üçün quraşdırılmış sayğacda hesablanmış pul məbləğini borc olaraq ondan ödənilməsinin tələb olunması qanunsuzdur. Belə ki, 2017-ci ilə qədər dövlətin qərarı ilə məcburi köçkün olaraq təbii qazdan ödənişsiz istifadə etmişlər. Lakin hal-hazırda həmin dövrdə istifadə etmiş olduğu qaz sərfiyyatına görə ondan 882.45 manat məbləğində tələb olunur. Bundan başqa həmin dövrdə ailələri 3 nəfərdən ibarət olmuşdur. 3 nəfər şəxsin ondan tələb olunan pul məbləğinin qaz sərfiyyatı mümkün deyil. Eyni zamanda 12 ailənin birgə qazdan istifadəsi üçün quraşdırılmış sayğacda hesablanmış pul məbləği 12 ailə arasında bölüşdürülərkən ailə üzvlərinin sayı nəzərə alınmamışdır. Yaşadığı evə quraşdırılmış qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç vaxt heç bir müdaxilə edilməmiş və sayğaca kimin tərəfindən müdaxilə olunması barədə heç bir məlumatı yoxdur. Çünki, qaz sayğacı ona məxsus həyətyani sahədən kənarda, küçədə quraşdırılmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 İB-nə qarşı hesablanmış 882.45 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 İB-i tərəfindən elektron ünvanlanmış etirazda göstərilmişdir ki, İddiaçı yaşadığı ünvan Salyan RQİİ-nin AGİS bazasında məcburi köçkün statusu ilə İddiaçı adına abonent qeydiyyatına alınmış və onun məskunlaşdığı yaşayış sahəsi sayğac vasitəsilə təbii qazla təchiz olunmuşdur. İddiaçının yaşadığı ünvanda xx.xx.2010-cu il tarixə 110,25 manat borcu olmuşdur. İddiaçı tərəfindən 2010-cu ilin oktyabr-dekabr ayı ərzində 138,63 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 27 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə 111,63 manat borcu qalmışdır. 2011-ci il ərzində 222,34 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 124,64 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 83,33 manat borc qalmışdır. 2012-ci il ərzində 175,60 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 20,92 abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 112,01 manat borc qalmışdır. 2013-cü il ərzində 246,85 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 104,56 abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 128,30 manat borc qalmışdır. 2014-cü il ərzində 302,36 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş xx.xx.2015-ci il tarixə 346,66 manat borc qalmışdır. 2015-ci il ərzində 340,48 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 603,14 manat borc qalmışdır. 2016-cı il ərzində 363,22 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 820,75 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 273,94 manat məbləğində təbii qazdan istifadə edilmiş 125 manat ödəniş edilmiş, xx.xx.2018-ci il tarixə 971,42 manat borc qalmışdır. 2018-ci il ərzində 155,50 manat məbləğində təbii qazdan istifadə edilmiş, 102 manat ödəniş edilmiş, xx.xx.2019-ci il tarixə 1024,92 manat borc qalmışdır. 2019-cu ilin yanvar-iyul ayları ərzində 100,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, 85 manat ödəniş edilmişdir. 2019-cu ilin iyul ayında 1039,95 manat borc iddiaçının ünvanına quraşdırılmış İTRON tipli G-4 markalı əvvəlcədən ödənişli (smart) qaz sayğacının hesabına keçirilmiş, abonent tərəfindən ödənilən pul məbləğinin 50% hissəsi debitor borca yönəldilir. Qeyd olunanlar iddia tələbinin əsassız olduğunu, formal mülahizələrlə əsaslandırılmasını, iddiaçının qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini tam ödəməməsi səbəbindən borcunun yaranmasını təsdiq edir. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh2 İB-nə qarşı 882.45 manat borcun silinməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli “1/40» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayəçi X1 və onun ailə üzvü İddiaçı Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 1-da yerləşən 40 nömrəli 2 otaqlı mənzil verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ailə üzvləri ilə birlikdə Salyan RQİİ-nin AGİS bazasında bazasında məskunlaşmışdır. Sonradan məcburi köçkün olaraq ailəsi ilə birlikdə ünvan 3 ünvanında mənzillə təmin edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ünvan 4 ünvanında qeydə alınmış **********01670 nömrəli abonent hesabında olan 1039.95 manat borc 2019-cu ilin iyul ayında ünvan 5 ünvanında yerləşən mənzilin **********01670 nömrəli abonent hesabına köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu abonent saldosu üzrə ödənişlər əsasında müəyyən edilmişdir ki, iddiaçının ünvan 6 ünvanında qeydə alınmış **********01670 nömrəli abonent hesabı üzrə ödənişlər abonenti özü tərəfindən və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Həmin hesabatda abonentin xx.xx.2011-ci il tarixə 111,63 manat borcu qalmışdır. 2011-ci il ərzində 222,34 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat məbləğində qazın dəyəri Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 124,64 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 83,33 manat borc qalmışdır. 2012-ci il ərzində 175,60 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 20,92 abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 112,01 manat borc qalmışdır. 2013-cü il ərzində 246,85 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 126 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən, 104,56 abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 128,30 manat borc qalmışdır. 2014-cü il ərzində 302,36 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş xx.xx.2015-ci il tarixə 346,66 manat borc qalmışdır. 2015-ci il ərzində 340,48 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 603,14 manat borc qalmışdır. 2016-cı il ərzində 363,22 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 84 manat Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 820,75 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 273,94 manat məbləğində təbii qazdan istifadə edilmiş 125 manat ödəniş edilmiş, xx.xx.2018-ci il tarixə 971,42 manat borc qalmışdır. 2018-ci il ərzində 155,50 manat məbləğində təbii qazdan istifadə edilmiş, 102 manat ödəniş edilmiş, xx.xx.2019-ci il tarixə 1024,92 manat borc qalmışdır. 2019-cu ilin yanvar-iyul ayları ərzində 100,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, 85 manat ödəniş edilmişdir. 2019cu ilin iyul ayında 1039.35 manat borc iddiaçının ünvanına quraşdırılmış İTRON tipli G-4 markalı əvvəlcədən ödənişli (smart) qaz sayğacın hesabına keçirilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən istifadə edilmiş təbii qazla əlaqədar ödənişlər həm abonentin özü tərəfindən, həm də Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilmiş təbii qazın dəyəri müəyyən edilmiş limitə əsasən ödənilsə də, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə ödənilməli olan ödənişlər tam olaraq ödənilməmiş və nəticədə abonentin qalıq borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçınun Cavabdeh2 İB-nə qarşı qaz sərfiyyatına görə hesablanmış 882.45 məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən hesablanmış 882.45 manat borcun **********00400 saylı abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar