Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-50/2023 09.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və nümayəndəsi-vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə, yəni xx.xx.2012-ci il tarixdə, AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri, xx.xx.2021-ci il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti 2/3 hissəyə bölünərək, 2/3 hissəsinə ona reyestrdən çıxarışın verilməsi DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia tələbinə dair olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə, yəni xx.xx.2012-ci il tarixdə, AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri, xx.xx.2021-ci il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti 2/3 hissəyə bölünərək, 2/3 hissəsinə ona reyestrdən çıxarışın verilməsi DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 07 fevral 2006-cı il tarixdə rəsmi nikah münasibətlərinə girib ailə həyatı qurmuşlar və gəlin kimi qeydiyyatda olduğu evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri iş üzrə Cavabdeh günahı ucbatından dağılmışdır. Onun cavabdehə qarşı nikahın pozulması və sair tələbinə Şirvan şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(032)- 96/2019 saylı qətnaməsi ilə baxılmışdır. Həmin qətnamədən narazı qaldığı üçün aidiyyatı üzrə verdiyi apellyasiya və kassasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında xx.xx.2020-ci il tarixli, 2(106)-303/2020 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 21 mart 2021-ci il tarixli, 2(102)-340/2021 saylı qərar ilə baxılmış və şikayətləri təmin edilməmişdir.Nikahları rəsmi olaraq qeyd edildikdən sonra birlikdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2012-ci il tarixdə, AN- 0304674 nömrəli alqı-satqı müqaviləsi əsasında iş üzrə Cavabdeh adına almışlar. Həmin mənzili alarkən müəllim işləyirdi və hər ay aldığı əmək haqqının hesabına bu əmlakı əldə etmişlər. Daha sonra həmin mənzili qeyri yaşayış sahəsinə keçirilmiş və həmin qeyri yaşayış obyektini xx.xx.2016-cı il tarixdə icarəyə verilməsinə notarial qaydada razılıq vermişdir. Hal-hazırda həmin obyekt iş üzrə Cavabdeh mülkiyyətində olmaqla icarədədir və 5 ildir ki, icra haqqını iş üzrə Cavabdeh alaraq öz mənafeyləri üçün bu gün də xərcləyir.Birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən qeyri yaşayış obyekti isə bölünməmişdir. Odur ki, birgə nikah dövründə yəni xx.xx.2012-ci il tarixdə, AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri, xx.xx.2021-ci il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti 2/3 hissəyə bölünərək, 2/3 hissəsinə ona reyestrdən çıxarışın verilməsi DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi-vəkili X14 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, haqqında danışılan daşınmaz əşyanın hal-hazırda statusu mənzildir. Ancaq iddia tələbində iddiaçı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə notariat qaydada razılıq verdiyini vurğulamışdır. Bununla belə, reyestr orqanından verilmiş mülkiyyət sənədində mübahisəli daşınmaz əşya hələ də mənzil olaraq qalmışdır. Digər tərəfdən, iddiaçı iddia edir ki, adı çəkilən mənzil birgə nikah dövründə olduqları zaman ümumi gəlirlər hesabına alınmış, hətta özünün də gəlirlərinin olmasını xüsusi vurğulamışdır. Lakin qeyd edilən mənzil nikah dövründə rəsmiləşdirilmiş olsa da, ancaq onun əldə olunması üçün çəkilmiş xərclər ümumi gəlirlər hesab edilə bilməz. Çünki mübahisəli sahənin əldə olunması üçün ilk əvvəl, vaxtı ilə cavabdehə məxsus olan digər mənzilin satışından əldə olunmuş vəsaitlərin hesabına alınmışdır. Belə ki, hələ mübahisəli mənzil alınmamışdan qabaq, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan, ünvan 3 ünvanda yerləşən, 24 nömrəli mənzil xx.xx.2012-ci il tarixdə 8.000 manat məbləğinə satılmışdır. Bu mənzil isə cavabdehə Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 57 nömrəli orderi əsasında verilmişdir. Yəni, aralarında hələ nikah münasibətlərinə daxil olmamışdan qabaq ünvan 3 ünvanda yerləşən, 24 nömrəli mənzil cavabdeh tərəfindən əldə edilmişdir. Daha sonra, qeyd edilən mənzil DƏDRX-nin Şirvan Əİ tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhz, bu mənzilin də xx.xx.2012-ci il tarixdə satışından əldə edilmiş 8.000 manatın üzərinə 6.000 manat əlavə edilərək, xx.xx.2012-ci il tarixdə hal-hazırda mübahisləndirilən mənzil 14.000 manata alınmışdır. Beləliklə, mübahisəli mənzilin əldə olunması üçün çəkilmiş xərclərin yarısından çoxu, yəni 8.000 manat məbləği iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş vəsaitlər hesabına əldə olunmamışdır. Yerdə qalan 6.000 manat isə birgə nikah dövründə əldə edilmiş vəsaitlər olmuşdur ki, bunun da ancaq yarı hissəsinə, yəni 3.000 manat məbləği hissəsində iddiaçının hüquqları ola bilərdi. Hətta, cavabdehə məxsus olan, ünvan 3 ünvanda yerləşən, 24 nömrəli mənzilin alqı-satqısı ilə mübahisəli mənzilin alınması arasında olan gün fərqi də çox azdır. Yəni, 2012-ci ilin aprel ayında bir mənzil satılmış və iyul ayında da üzərinə əlavə pul vəsaiti əlava olunmaqla, hazırki mübahisəli mənzil alınmışdır. Bu isə onu bildirir ki, hazırki mübahisə predmeti üzrə olan mənzilə iddiaçının hüquqları birgə nikah dövründə əldə olunması ilə bağlı tam şəkildə pay hüququ müəyyən oluna bilməz. Bunu iddiaçının iddia ərizəsində əsaslandırmış olduğu qanunvericiliyin normalarından da bir başa görmək olur. Belə ki, birgə nikah dövründə əldə edilmiş əmlakın statusunun müəyyənləşdirilməsinin iki tərəfi var: Bunlardan birincisi, nikah dövründə əldə edilmiş əmlak ilk öncə tərəflərin nikahda olduqları zaman ər və ya arvadın adına əldə olunmalıdır. İkincisi, əmlak nikah dövründə əldə edilmiş olsa da, ancaq ümumi birgə vəsaitlər hesabına alınmalıdır. Əgər belə ümumi vəsaitlər hesabına əldə etmə halı olmazsa, hər hansı bir əmlaka birgə nikah dövründə əldə etmə kimi yanaşmaq olmaz və bu da AR-nın Ailə Məcəlləsinin 32-ci maddəsində birbaşa göstərilir. Hətta, idiaçının vəkili və nümayəndəsi tərəfindən tərtib edilmiş hazırki mülki işin əsası olan iddia ərizəsində də bildirilir. Nəticə etibarı ilə, hazırki iş üzrə iddiaçı tərəfindən məhkəmədə iddiası irəli sürülən və tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları mübahisəli mənzilin iddiaçının xeyrinə 2/3 hissədə bölünməsi tam əsassız, qanuna uyğun olmayan və işin faktiki tərəfləri ilə bağlılığı müəyyənləşdirilməyən bir tələb olmuşdur. İddiaçının yalnız mübahisəli mənzilə dair onun əldə olunması üçün xərclənmiş 6.000 manat məbləğinin yarı hissəsinə münasibətdə ümumi olaraq, mənzilin faiz nisbətində hüquqları vardır. Odur ki, iddiaçının 2/3 hissədə bölünməsi tələbi rədd edilməlidir. İddia tələbinin əsassız olmasının digər tərəfi, iddiaçı ilə cavabdehin ümumi nikahlarından dünyaya gəlmiş uşaqların hər ikisinin məhkəmə qərarı ilə atalarının yanında saxlanmalarının qət olunmasıdır. Belə ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-96/2019 nömrəli qətnaməsinə əsasən, tərəflərin nikahları pozulmuş və həmin nikahdan dünyaya gəlmiş uşaqlar ataları Cavabdeh yanında saxlanılmışdır. Bu isə onu bildirir ki, hazırki vaxta kimi, cavabdeh uşaqların böyüdülməsində, onların tərbiyəsində, təhsili və bu kimi digər qayğılarını şəxsən çəkmiş və yenə də çəkməkdədir. Məhz bunun nəticəsidir ki, onların təhsilinə çəkilən xərcləri də cavabdeh çəkir. Belə ki, “Avropa kusrları”ndan verilmiş xx.xx.2022-ci il tarixli, 0234 və 0235 nömrəli arayışlara əsasən, uşaqlar həmin kurslarda təhisl almaqla, ümumi ödənilşəri 270 manat təşkil edir. Bu xərclər cavabdeh tərəfindən çəkilir və iddiaçının heç zaman bu xərclərdən xəbəri belə olmamışdır. Bundan başqa, iddiaçı ilə cavabdehin vaxtı ilə ümumi nikahlarından dünyaya gəlmiş, xx.xx.2009-cu il təvəllüdlü X1 olan problemləri də cavabdehin üzərindədir. İslam Feyzulla oğlunun anadangəlmə iki tərəfli yastı pəncəlik xəstəliyi vardır. Bu xəstəliklə mübarizədə də yalnız atası Cavabdeh təkbaşına mübarizə aparır. Onun tibbi xərclərinin ödənilməsi, dərmanlara çəkiklən xərclər və eləcə də mənəvi cəhətdən yardım etməkdə yalnız atası Cavabdeh iştirak edir. İddiaçı isə bu qeyd olunanlardan heç birindən xəbəri yoxdur. Lakin bu azmış kimi, ona aid olmayan bir əmlakın 2/3 hissədə bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Nəticədə, qeyd olunan bu xüsusatlar onun bir ana kimi övladlarını düşünmək əvəzinə, özünün maddi maraqlarını güdməkdən başqa anlamı yoxdur. Çünki qeyd olunan mənzil gələcəkdə iddiaçı ilə cavabdehin birgə nikahlardan dünyaya gəlmiş uşaqlarının maddi təminatının əsası kimi çıxış edir və bu səbəbdən də, onların maraqlarının qorunması birinci növbədə olmalıdır.İddiaçı tərəfindən verilmiş iddia tələbinin digər hissəsi mübahisəli mənzilin 2/3 hissədə bölünməsi barədə qeydiyyat orqanından bu barədə çıxarışın verilməsinin 13 saylı Şirvan Əİ-nə həvalə edilməsi barədə qətnamənin çıxarılımasının qeyd olunmasıdır. Verilmiş iddia tələbi üzrə reyestr orqanı işdə nə cavabdeh, nə də ki üçüncü şəxs qsimində cəlb olunmamışdır. Digər tərəfdən, 13 saylı Şirvan Əİ-si inzibati orqandır və ona qarşı bu qaydada iddia tələblərinin yönəldilməsi mülki-prosessual qanunverciliyin tələblərinə uyğun deyildir. İnzibati orqanlara qarşı iddia tələbləri mütləq inzibati məhkəmələrin yurisdiksiyasına aiddir. Hazırki işdə belə bir iddia tələblərinin Şirvan şəhər Məhkəməsində irəli sürülməsi tam əsassız və prosessual qanunverciliyə ziddir. Odur ki, bu hissədə də iddia tələbləri tam rədd olunmalıdır. Digər tərəfdən, iddia tələblərində əmlakın 2/3 hissəyə bölünməsi istənilir. Bu qaydada da iddianın qoyulması tam əsassız və qanuna uyğun deyildir. Çünki əmlakın bölünməsi tam başqa münasibətləri tənzimləyir. Belə ki, əmklakın özünün bölünməsi əşyanın naturada olan bölünməsi anlayışını özündə ehtiva edir. Nə qədər ki, iddiaçının hazırki iş üzrə hüquqları tanınmamışdırsa, onda hansı bölünmədən danışmaq olar? Mütləq qaydada əşyaya olan hüquq nəzəri qaydada tanınmalı və yalnız bundan sonra hazırki iş üzrə iddiaçının dediyi bölünmədən danışıla bilərdi. Deməli, hələ mübahiəsli mənzilə hüququ tanınmayan iddiaçı indidən onun bölünməsini ortaya atması tam əsassız və maddi hüquq normlarının təsirindən kənar tələb kimi qoyulmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi-vəkili X14 məhkəməyə etirazına əlavə təqdim edərək bildirmişdir ki, iddia tələblərinin rədd olunması və əsassızlığı barədə cavabdehin vəkili və nümayəndəsi olaraq, tərəfindən xx.xx.2022-ci il tarixli etirazla məhkəməyə müraciət olunmuşdur. Etirazda iddia tələblərinin əsassız olmasının hüquqi tərəfləri artıqlaması ilə göstərilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iddiaçı tərəf məhkəməyə iddiaçının 2006-2019-cu illər ərzində aldığı əmək haqqı barədə xx.xx.2022-ci il tarixli, Ə-2121/01 nönmrəli arayış təqdim etmişdir. Arayışın təqdim edilməsində məqsəd, iddiaçı mübahisəli mənzili birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etmələrini sübut etmək istəmişdir. İlk olaraq, xx.xx.2022-ci il tarixli etirazda da göstərmişik ki, haqqında danışlan mənzilin alınması birgə nikah dövründə ümumi gəlirlər hesabına əldə olunmamışdır. Alqı-satqı məbləğinin 8.000 manat hissəsi hələ cavabdehin atasına məxsus olmuş və sonradan müvafiq rəsmiləşdirmə sənədləri ilə hazırki iş üzrə cavadehin adına mülkiyyət hüququ tanınan digər mənzilin satışından əldə edilmiş vəsait olmuşdur. Bu barədə ətraflı şəkildə etirazda qeyd edilmiş olsa da, ancaq iddiaçı tərəf sonuncu keçirilmiş məhkəmə prosesində buna etiraz etdiyini, mənzilin cavabdehin adına rəsmiləşdirilməsi tarixinin düzgün olmadığını və s., bu kimi digər xüsustaları ortaya atmaqla öz narazılığını bildirmişdir. Məhz bu səbəbdən, məhkəmə tərəfindən Şirvan şəhəri, H.Əliyev küçəsi, 26 A ünvanında yerləşən, 24 nömrəli mənzilin (hansı ki 8 000 manat məbləğinə satılmışdır) hüquqi əsaları barədə qeydiyyat orqnından lazımi sənədlərin əldə olunması üçün müraciət olunmuşdur. Ancaq qeyd olunan mənzil (Şirvan şəhəri, H.Əliyev küçəsi, 26 A ünvanında yerləşən, 24 nömrəli) ilk əvvəl cavabdehin atasına ayrılmış və bu barədə müvafiq mənzil orderi verilmişdir. Daha sonra, cavabdehin atası İslam Feyzulla oğlu dünyasını dəyişmiş və ailə üzvlərindən bir neçəsi həmin mənzildən ayrılmışlar. Mənzildə qeydiyyatda və orderdə mənilə hüquqları olan yalnız iki nəfər qalmışdır. Bunlardan biri hazırki iş üzrə cavabdehin özü və cavabdehin anası olmuşdur. Bir müddətdən sonra isə, cavabdehlə iddiaçı xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin ilin aprel ayında da onların el adətləri ilə toyları olmuşdur. Nikaha girdikdən sonra, iddiaçı cavabdehin mərhum atasına məxsus olan Şirvan şəhəri, H.Əliyev küçəsi, 26 A ünvanında yerləşən, 24 nömrəli mənzildə birgə yaşamağa başlamışdır. Halbuki iddiaçı öz iddia ərizəsinin birinci cümləsində qeydiyyatda olduğu evə gəlin köçdüyünü vurğulayır. Buna baxmayaraq, iddiaçı qeyd olunan mənzildə 2006-cı ilin dekabr ayına qədər qeydiyyatsız yaşamış və yalnız xx.xx.2006cı il tarixdə Şirvan şəhəri, H.Əliyev küçəsi, 26 A ünvanında yerləşən, 24 nömrəli mənzilə qeydiyyata düşmüşdür. Buradan da belə bir sual yaranır ki, sonradan yəni, 2007-ci il tarixdə Feyzulla İslam oğluna rəsmiləşdirilmiş mənzil hansı əsasla birgə nikah dövründə əldə edilmiş əmlak kimi ola bilərdi? Bir müddət sonra isə, cavabdeh atasından qalan həmin mənzili öz adına rəsmiləşdirməklə, mülkiyyət hüququ əldə etmişdir. Bunula da, Şirvan şəhəri, H.Əliyev küçəsi, 26 A ünvanında yerləşən, 24 nömrəli mənzil 2007-ci il tarixdə cavabdehin adına rəsmiləşdirilmiş olsa da, ancaq ümumi birgə vəsaitlər hesabına əldə edilməmişdir. Məhz bu ümumi vəsaitlər hesabna əldə edilməyən, cavabdehin atasından qalan mənzil sonradan tərəflərin birgə nikahları dövründə, yəni 2012-ci il tarixdə 8 000 (səkkiz min) manata satılmış və bunun da üzərinə nikah dövründə tərəflərin əldə etdikləri əlavə 6 000 (altı min) manat artırılmalqa, ümumilikdə 14 000 (on dörd min) manata hazırki mübahisəli mənzili almışlar. Özü də Şirvan şəhəri, H.Əliyev küçəsi, 26 A ünvanında yerləşən, 24 nömrəli mənzilin satışı 2012-ci ilin aprel ayında baş tutumuşsa, mübahisəli mənzil də 2012-ci ilin iyul ayında alınmışdır. Yəni, aralarında 3 aydan çox olmamaqla bu iki əməliyyat həyata keçirilmişdir.Mübahisəli mənzilin birgə niklah dövründə ümumi vəsaitlər hesabına əldə edilməməsnin digər tərəfi kimi tərəflərin hər ikisinin ümumilikdə gəlirlərinin cəminin mənzilin alqı-satqı dəyərini yaratmamasıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəf məhkəməyə təqdim etdiyi və iddiaçının əmək haqqı məbləğlərini özündə əks etdirən xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı Hacıqabul ratyonu, F.Cəbrayılov adına şəhər 2 nömrəli tam orta məktəbdə direktor müavini kimi əmək fəaliyyətində olmuşdur. Arayışa əsasən, 2006-cı ilin fevral ayı üzrə 73,60 manat, mart ayı üzrə 75,60 namat, aprel ayı üzrə 75,60 manat, may ayı üzrə 46,25 manat, iyun ayı üzrə 75, 60 manat, iyul ayı üzrə 70,68 manat, avqust ayı üzrə 43,64 manat, sentyabr ayı üzrə 81,85 manat, oktyabr ayı üzrə 107,9 manat, noyabr ayı üzrə 62,94 manat və dekabr ayı üzrə 398,53 manat olmaqla, ümumilikdə 1 112,19 (bir min bir yüz on iki manat, 19 qəpik) manat təşkil etmişdir. Həmçinin, cavabdeh özü də əmək fəaliyyətində olmuş və həmin ilin dekabr ayı da daxil olmaqla ümumilikdə xalis aldığı gəlir həmin il üçün 1 364,98 (bir min üç yüz altmış dörd manat, 98 qəpik) manat təşkil etmişdir. Hər iki tərəfin əldə etmiş olduqları məbləğləri topladıqda, bu məbləğ cəmi həmin il üçün 2 477,17 (iki min dörd yüz yetmiş yeddi manat, 17 qəpik) manat təşkil edir. Bu məbləğ 2006-cı ilin fevral ayı da daxil olmaqla, həmin ilin dekabr ayı da nəzərə alınmaqla ümumilikdə tərəflərin əldə etmiş olduqları gəlirdir. Ancaq bu məbləğ ailənin dolanması və ümumi xərclər çıxılmadan olan məbləğlər olmuşdur. Çünki qeyd olunan məbləği olduğu kimi saxlamaq üçün gərək heç kəs yeməsin, yaşamasın, içməsin və ümumiyyətlə gündəlik nəzərdə tutulan xərclər nəzərə alınmasın (xərcləməsin). Bununla belə hər kəsin və ya hər bir ailənin özünə məxsus aylıq gəlirləri olduğu kimi, xərcləri də vardır. Həmin xərclərin konkret fərdən müəyyənlədirilməsi mümkün olmadığından hazırki iş üzrə tərəflər arasında 2006-cı il tarixə əldə etmiş olduqları gəlirə uyğun da onların ailə xərcini vahid rəsmi hüquqi tərəfdən qiymətləndrilməlidir. Belə ki, “Yaşayış minimumu haqqında” AR-nın Qanunun tələblərinə uyğun olaraq da, minimum miqdarda nəzərdə tutulan xərclər nəzərə alınmaqla hazırki iş üzrə tərəflərin 2006-cı il üçün aylıq və sonda da illik xərcləri onların ümumi gəlirlərindən hesablanaraq çıxılmalıdır. Qeyd olunan Qanunun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu dedikdə, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyriərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu və eləcə də kommunal xərclər, aylıq digər bütün məcburi ödənişlərin cəmi yaşayış minimumunu yaradır. Bu minimum olmasa insanın yaşaması və həyatda qalması mümkün deyildir. Mütləq qaydada bu xərclər nəzərə alınmalı və illik olaraq götürülməlidir. Ola bilsin bir ailənin və ya şəxsin yaşayış minimumu həddən artıq çox məbləğlərədə öz əksini tapsın. Amma hazırki vəzityyətdə qeyd olunan qanun bütün ölkə ərazisinə şamil edildiyindən, ümumi olaraq götürülməlidir. Haqqında danışılan qanun xx.xx.2004-cü il tarixdən AR-nın ərazisində qüvvədədir (ondan qabaq "Minimum istehlak büdcəsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 14 oktyabr tarixli 329 nömrəli Qanunu ilə tənzilmlənirdi). Qeyd olunan hər iki tərəfin ümumi gəlirlərinin cəminin, yəni 2 477,17 manatın hər ay ortalama bir nəfər üçün 60 (altmış) manatdan hesabladıqda bu aylıq iki nəfər üçün minimum 120 (bir yüz iyirmi) manat təşkil edir. Qeyd olunan məbləğ ancaq iki nəfərin bir ay qidası ilə bağlı məbləğ olaraq götürülür. Çünki həmin vaxt tərəflər nikahda olarkən onların uşqaları olmamış yalnız ikisi üçün nəzərdə tutulan məbləğdir. Buraya hansısa kommunal, dərman pulu, nəqliyyat xərcləri və s., qeyri-ərzaq məhsullarına aid olan xərclər nəzrədə tutulmamışdır. Bu məbləği stabil götürsək 11 ay üzrə çəkilmiş xərclər minimum 1 320 (bir min üç yüz iyirmi) manat təşkil edir. Bu isə tərəflərin ümumi əldə etmiş olduqları gəlirdən 1 127,17 manat qaldığını göstərir. Digər xərclərin - yəni istirahər, geyim, hansısa nəqliyyat xərcləri və bu kimi digər ödənilməli olan xərclər - hesablanması burada nəzərə alınmamışdır. Nəticə etibarı ilə, tərəflərin əgər 2006-cı il üçün 11 ay ərzində əldə etmiş olduqları gəlirdən onların minimum yaşayış xərclərini (yalnız ərzaq, qida və yaşamaq üçün ərzaq məhsulları üçün nəzrədə tutulan minimal xərclər) çıxarıqsa, yerdə qalan məbləğ 1 127,17 (bir min yüz iyirmi yeddi manat, 17 qəpik) manat təşkil edəcəkdir.Növbəti il üçün isə iddiaçının ümumiyyətlə gəlirləri olmamışdır. Buna səbəb, artıq xx.xx.2006-cı il tarixdə tərəflərin ümumi birgə nikahlarından Fidan adında qız övladlarının doğulmasıdır. Bu səbəbdən iddiaçı 2007-ci ili bütöv, 2008-ci ilin isə sentyabr ayınadək əmək fəaliyyəti ilə məşğul olmamış və bunun da nəticəsində heç bir gəliri olmamışdır. Həmin dövrlərdə, yəni 2007-ci il tam, 2008-ci ilin isə ümumilikdə 8 (səkkiz) ayı ancaq cavabdehin (Cavabdeh) gəlirləri olmuşdur. Belə ki, cavabdehin 2007-ci il üçün xalis gəlirləri cəmi 1 550,09 (bir min beş yüz əlli manat, 09 qəpik) manat təşkil etmişdir. Bu məbləğdən başqa tərəflərin digər ümumi gəlirləri olmamışdır. Artıq 2007ci il üçün də xx.xx.2006-cı il tarixli, 176-İİİ Q nömrəli “Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” AR-nın Qanunu qəbul olunmuşdur. Həmin qanuna əsasən, 2007-ci il üçün adambaşına düşən yaşayış minimumu əmək qabiliyyətli şəxslər üçün 70 (yetmiş) manat, uşaqlar üçün isə 52,40 (əlli iki manat, 40 qəpik) manat təşkil etmişdir. Bu isə hazırki mübahisə tərəflərinin ailə münasibətlərində olduqları vaxtdlarda həmin il üçün hər ay minimal xərcin 192,4 manat olmasını özündə müəyyənləşdirir. Bir illik bu məbləğ isə ümumilikdə 2 308,8 (iki min üç yüz səkkiz manat, 8 qəpik) manat təşkil edir. Deməli, 2007-ci il üçün tərəflərin qazanclarından kənara hər hansı bir pul vəsaitini yığmaqları mümkün ola bilməzdi. Bunun da səbəbi, yaşayış minimumunu götürsək və ancaq cavabdehin gəlirlərini hesablasaq ailənin dolanışığının güclə ili yekunlaşdırmasını görürük.Növbəti 2008-ci il üçün də 8 ay iddiaçı heç bir gəlir əldə etməmiş ancaq cavabdeh işləmiş və yalnız tərəflərin birgə gəlirləri həmin ilin sentyabr ayından başlayaraq birgə əldə etməklə müşahidə olunmuşdur. Beklə ki, həmin ilin avqust ayı da daxil olmaqla cavabdehin xalis gəirləri 1 446,48 (bir min dörd yüz qırx altı manat, 48 qəpik) manat olmuşdur. Həmin aydan sonra, yəni sentyabr ayından başlayaraq artıq həm iddiaçı, həm də cavabdehin gəlirləri olmuşdur. İddiaçının 2008-ci il üçün cəmi 4 ay üzrə gəlirəli omuşdur ki, həmin gəlirlər sentyabr ayı üzrə 141,13 manat, oktyabr ayı üzrə 342,01 manat, noyabr ayı üzrə 313,2 manat və dekabr ayı üzrə 282,27 manat olamaqla, ümumilikdə 1078,61 (bir min yetmiş səkkiz manat, 61 qəpik) manat təşkil etmişdir. Cavabdehin isə həmin ilin sentyabr ayından dekabr ayı da daxil olmaqla gəlirləri 1 101,45 manat olmuşdur. Bu isə tərəflərin 2008-ci ilin sentyabr ayı da daxil olmaqla dekabr ayı da hesablanmaqla gəlirlərinin ümumilikdə 2 180,06 manat təşkil etməsini özündə göstərir. Deməli, 2008-ci ilin sentyabr ayına qədət iddiaçının heç bir gəliri olmamış və yalnız cavabdeh pul vəsaitini qazanmış və bu məbləğ də 1 446,48 manat təşkil etmişdir. Bu zaman iddiaçının heç bir gəliri olmamışdır. Eyni zamanda, 2008-ci il üçün yaşayış minimumunun müəyyənləşdiriməsi üçün 30 noyabr 2007-ci il tarixli, № 486-İİİQ nömrəli “Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında” AR-nın Qanunu qüvvəyə minmişdir. Həmin qanunla 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 (yetmiş) manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat məbləğində təsdiq olunmuşdur. Bu isə onu bildirir ki, artıq tərəflərin gəlirlərindən onların özlərini və birgə nikahlıarından dünyaya gəlmiş uşaqlarını saxlamaq üçün hər ay 2007-ci ildə olduğu kimi deyil, bu dəfə 217 manat minimum xərclənməlidir. Bu isə 2008-ci il üçün ümumilikdə 2 604 manat təşkil edəcəkdir. Tərəflərin isə qeyd etdiyimiz kimi 2008ci ilin avqust ayı da daxil olmaqla yalnız cavabdehin ümumi gəlirləri 1 446,48 manat olmuş həmin aydan sonra isə hər iki tərəfin cəmi gəlirləri 2 180,06 manat təşkil etmişdir. Bu iki məbləğ toplandıqda tərəflərin ümumi gəlirləri 2008-ci il üçün 3 626,54 manat təşkil edir və bu məblğdən də yaşayış minimumunu hesablayıb çıxdıqda, cəmi 2008-ci il üçün ümumi qalan məbləğ 1 022,54 manat təşkil edir. Qeyd olunan məbləğin digər xərclərə hesablanması mümkündür, məsələn nəqliyyat, geyim, istirahət və s., bu kimi digər xərclərə də xərclənən vəsaitin olması qaçılmazdır. Ancaq hazırki vəziyyətdə tərəfimizdən yalnız tərəflərin yaşayış minimumu götürülərək hesablanır. Növbəti 2009-cu ilin ilk 9 ayı iddiaçı əmək fəaliyyətində olmuş və gəlirləri olmuşdur. Həmin müddətdə cavabdeh də əmək fəraliyyətində olmuş və gəlirləri olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının 2009-cu ilin sentyabr ayı da daxil olmaqla həmin 9 ay ərzində ümumi gəlirləri 2 696,1 manat olmuşdur. Həmçinin, cavabdeh Feyzulla İslam oğlunun da ümumi gəlirələri bütöv olaraq 3349,14 manat təşkil etmişdir. Bu isə ou bildirir ki, tərəflərin 2009-cu ilin üçün ümumilikdə birgə əldə etmiş olduqları gəlirlər 6 045,24 manat təşkil etmişdir. İddiaçının 2009-cu ilin oktyabr ayından başalayaraq gəlir əldə etməməyinin səbəbi isə bu dəfə onların ikinci övladlarının dünyaya gəlməsidir. Belə ki, xx.xx.2009-cu il tarixdə birgə nikahlarından İslam adında oğlan övladları dünyaya gəlmişdir. Həmçinin onu da nəzərə alaq ki, 2009-cu il üçün yaşayış minimumu 25 noyabr 2008-ci il tarixli, № 717-İİİQ nömrıəli “Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında” AR-nın Qanununa əsasən, ölkə üzrə 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat məbləğində müəyyən edilmişdir. Bu isə o deməkdir ki, 2009-cu ilin oktaybr ayınadək, yəni sentyabr ayı da daxil omaqla ailənin xərci tərəflərə bir uşağa görə ümumilikdə aylıq 253 manat təşkil etmişdir. Bu isə onu bildirir ki, cəmi 9 ay ərzində ailənin xərcləri 2 277 manat olmuşdur. Eyni zamanda, həmin ilin son üç ayı ərzində həmin xərclər daha da artaraq 460 manat təşkil etmişdir. Nəticədə, 2009-cu ilin sentyabr ayı da daxil olmaqla xərclər 2 277 manat olmaqla onun üzərinə əlavə olaraq ikinci uşağın dünyaya gəlməsini nəzərə alaraq, son üç ayda da əlavə olaraq 207 manat olduğundan həmin il üçün ümumi xərclər 2 484 manat olmuşdur. Bu isə onu bildirir ki, 6 045,24 manat olan ümumi gəlirlərdən 2484 manat çıxıldıqda, bu məbləğ 3 561,24 manat təşkil edəcəkdir. Ancaq qeyd etdiyimiz kimi, göstərilən son məbləğ yalnız yaşayış minmumu üçün nəzərdə tutulan xərclərin çıxılmasından sonra yerdə qalan məbləğdir. Ailənin saxlanması üçün təkcə yaşayış minimumu üçün nəzərdə tutulan xərclər rəhbər götürülə bilməz. Digər xərclərin də nəzərə alınması, artq yeni doğulmuş uşağın saxlanması əlavə həkim xərclərinin, geyimlərinin və s., bu kimi digər xərclər də nəzərə alınması əsas şərtdir. Növbəti 2010-cu il üçün tərəflərin ümumi gəlirləri yenə də iddiaçının gəlirlərinin bir qisminin olmaması ilə müşaiət olunmuşdur. Belə ki, iddiaçı 2010-cu ilin sentyabr ayına qədər gəlir əldə etməmişdir. Həmin aylar üzrə yalnız cavabdehin gəlirləri olmuşdur. Cavabdehin 2010-cu il ərzində ümumilikdə gəlirləri 3 367,55 manat təşkil etmişdir. Bu məbləğin həmin il üçün sentyabr ayına kimi (avqust ayı da daxil olmaqla) hissəsi 2 210,8 manat təşkil etmişdir. Yəni, bu məbləğlər yalnız cavabdehə məxsus olan gəlirlər olmuş və həmin məbləğlərdən başqa tərəflərin gəlirləri olmamışdır. Çünki bu məbləğlər əldə edilənə qədər iddiaçının heç bir gəliri olmamışdır. Eyni zamanda, bildiyimiz kimi, 2009-cu ilin may ayında da tərəflərin ikinci övladları olduğundan ailə ümumilikdə 4 nəfərdən ibarət olmuşdur. Həmçinin, 26 noyabr 2009-cu il tarixli, № 908-İİİQ nömrəli “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” AR-nın Qanununun tələblərinə əsasən, 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilmişdir. Bu isə o deməkdir ki, artıq 2010-cu ilin yanvar ayından başlayaraq həmin ilin sentyabr ayınadək (avqust ayı da daxil olmaqla) ailənin yaşayış minimumu üçün çəkilməli olan xərclər hər ay 336 manat təşkil edəcəkdir. Bu xərcləri 2010-cu ilin 8 ayı üzrə nəzərə alsaq, onda həmin xərc ümumilikdə 2 688 manat təşkil edəcəkdir. Nəticədə cavabdehin həmin il üçün ümumi gəliri 2 210,8 manat təşkil etmişdir. Göründüyü kimi, tərəflərin həmin il üçün əldə etmiş olduqları ümumi gəlirləri onların heç yaşayış minimumu üzrə olan məbləği belə ödəmir. Ancaq iddiaçı 2010-cu ilin son 4 ayını işləmiş və onun da gəlirləri olmuşdur. Belə ki, 2010-cu ilin sentyabr ayı da daxil omaqla dekabr ayı da hesablanmaqla, iddiaçının həmin il üçün gəlirləri cəmi 649,76 manat olmuşdur. Həmçinin, cavabdehin də həmin ilin oktyabr ayından başyaraq dekabr ayı da daxil olmaqla, gəlirlərinin cəmi 1 156,75 manat olmuşdur. Bu isə onu bildirir ki, tərəflərin 2010-cu ilin son dörd ayı üzrə hər iksinin gəlirləri 1 806,52 manat təşkil etmişdir. Bu gəlirlərdən də hər ay üçün nəzərdə tutulmuş yaşayış minimumu olan 336 manat 4 ay üzrə 1 344 manat təşkil edir və bu məbləği 4 ayın gəlirindən (1 806,52 manat) çıxsaq cəmi 2010-cu ilin sonuna 462,52 manat məbləğində vəsait qalmış olur. Növbəti 2011-ci il üzrə isə tərəflərin hər ikisi əmək fəaliyyətində olmuşlar. İddiaçının arayışında təqdim olunmuş gəlirlərinin məbləği həmin il üçün 2 278,86 manat, cavabdehin ümumi gəlirləri isə 3 172,63 manat olmuşdur. Deməli, tərəflərin birgə nikah dövründə 2011-ci il üçün əldə etmiş olduqları gəlirlərin cəmi 5 451,49 manat olmuşdur. Həmin il üçün yaşayış minimumu isə 22 oktyabr 2010-cu il tarixli, № 1095-İİİQ nömrəli “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” AR-nın Qanununa əsasən, 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilmişdir. Artıq bu il üçün yaşayış minimumunun məbləği yeni qanunun tələblərinə uyğun hesablanacaqdır. Bu isə onu bildirir ki, tərəflərin 4 nəfər ailə üzvləri nəzərə alınmaqla hər ay ümumilikdə minimum xərcləri 356 manat təşkil etməklə, 2011-ci il üçün ümumilikdə cəm olaraq 4 272 manat təşkil edir. Qeyd olunan xərci tərəflərin birgə əldə etmiş olduqları qazancdan çıxdıqda, 2011-ci ilin yekununa onların əlində yaşayış minmimumu xərcləri ödənildikdən sonra cəmi 1 179,49 manat vəsait qalmış olur. Bu məbləğlərdən də digər xrəclərin çıxılması istisna olunmur, çunki istənilən şəxs və ya ailədə yaşayış minimumunda nəzrədə tutulmayan xərclərin olması qaçılmazdır. Növbəti, sonuncu 2012-ci il üzrə gəlirlər də tərəflərin hər ikisinin gəlirləri olmuşdur. Sadəcə olaraq, burada 2012-ci ilin bütün ayları üzrə deyil, yalnız mübahisəli mənzilin alqı-satqı yolu ilə əldə olunduğu aya qədər olan müddət götürülməlidir. Çünki mübahisəli mənzil xx.xx.2012-ci il tarixdə əldə olunmuşdur. Deməli, yalnız 2012-ci ilin avqust ayına qədər (iyul ayı daxil olmaqla) olan gəlirlər götürülməlidir. 2012-ci ilin cəmi 7 ay üzrə iddiaçının gəlirləri 1 749,89 manat, cavabdehin gəlirləri isə 1 931,59 manat təşkil etmişdir. Bu isə onu bildirir ki, 2012-ci ilin cəmi 7 ayı üzrə tərəflərin ümumi gəlirləri 3 681,48 manat təşkil etmişdir. Həmin il üçün yaşayış minimumu isə 6 dekabr 2011-ci il tarixli, № 259-İVQ nömrəli “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” AR-nın Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilmişdir. Bu isə onu bildirir ki, artıq 2012-ci ilin yanvar ayı da daxil omaqla, həmin ilin iyul ayı da nəzərə alınmaqla yaşayış minimumu tərəflərin minimal xərci 406 manat olaraq hersablanacaqdır. Yəni tərəflər 2012-ci ildə ailənin saxlanması üçün hər ay əldə etmiş olduqları gəlirdən minimum 406 manatlını xərcləmələri labüddür. Bu isə 7 ay ərzində ümumilikdə 2 842 manat edir. Deməli, tərəflər 7 ay ərzində əldə etmiş olduqları 3 681,48 manat məbləğdən 2 842 manatını minimum olaraq xərcləmişlər. Bu isə onu bildirir ki, 2012-ci ilin iyul ayının axırlarına onlarlın əlində cəmi 839,48 manat vəsait qalmışdır. Bütün bu yaxırıda olan hesablamarı nəzərə alsaq və hər ili üçün yaşayış minimumunu üçün nəzərə alınan məbləğləri illər üzrə tərəflərin gəlirlərindən çıxandan sonra müəyyən olunur ki, iddiaçının irəli sürmüş olduğu iddia tələbindəki mübahisəli mənzili 14 000 (on dörd min) manat məbləğini birgə vəsaitlər hesabına əldə etmələri mümkün ola bilməzdi. Təkcə yaşayış minimumu üçün nəzərdə tutulan xərclər çıxılsa və yalnız həmin xərclərdən başqa xərclər hesablanmazsa, tərəflərin nikaha girdikləri gündən mübahisəli mənzilin alındığı gün də daxil olmaqla onların əldə etmiş olduqları cəmi məbləğ 6 000 manat məbləğini belə ödəmir. Hələ bu məbləğ yalnız yaşayış minimumunun çıxdığı məbləğdən sonra illər üzrə ümumi hesablanmış pul vəsaitidir. Ancaq həmin məbləğlərdən də ümumi digər xərclər olmuşdur ki, buraya istirahət, geyim və bu kimi digər xərclər də nəzərə alınmalıdır. Digər tərəfdən, yaşayış minimumu minimal məbləği müəyyənləşdirir, aydındır ki, qeyd olunan məbləğlə heç bir ailənin aylıq dolanışığı da mümkün deyildir. Ona görə də tərəflərin nikaha girdikləri vaxtdan mübahsəli mənzili aldıqarı gün də daxil olmaqla mənizilin dəyəri olan 14 000 manat məbləği birgə vəsaitlər hesabına əldə etmələri həm iqtisadi mənada qeyri- mümnkündür, həm də qeyd olunan məbləğin 8 000 manatı isə cavabdehin atasından sonradan onun adına rəsmiləşdirilmiş mənzilin alqı-satqısı əsasında əldə edilmiş pul vəsaiti hesabına baş tutmuşdur. Bu barədə xx.xx.2022-ci il tarxdə verilmiş etirazda da qeyd edilmiş, hətta mənzilin 2012-ci ilin aprel ayında satılması və onun da satışından əldə edilmiş pul vəsaitinin üzərinə 6 000 manat əlavə edilərək həmin ilin iyul ayında alqı-satqı yolu ilə əldə olunması ilə baş tutmuşdur. Bütün bunlar onu özündə xarakterizə edir ki, mübahisəli mənzilin 8 000 manat hissəsi nikah dövründə əldə edilmiş vəsait olmamış və yalnız onun 6 000 manat hissəsi nikah dövründə tərəflərin birgə əmək fəaliyyəti nəticəsində əldə etmiş olduqları vəsaitlər hesabına alınmışdır. Nəticədə, qeyd olunan 6 000 (altı min) manat məbləğinin yarı hissəsinə iddiaçının hüquqları vardır. Ancaq bu o anlamda deyil ki, iddiaçı mübahisəli mənzilə ümumilikdə yarı hissədə hüququ vardır! Bu o mənadadır ki, 3000 manat dəyərində hüququ müəyyənləşdirilən iddiaçının ümumilikdə mübahisəli mənzilə hansı faiz nisbətində ümumi hüquqları vardırsa o həcmdə yarana bilər. Odur ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin tam təmin edilməsi məhkəməyə təqdim etdiyimiz xx.xx.2022 tarixli etiazda, həm də hazırki əlavədə qeyd olunan hal və xüsusatlara görə mümkün deyildir. Bunun üçün də, iddiaçının iddia tələblərinin yalnız 3 000 manat məbləğinə münasibətdə hüquqlarının tanınması mümkün ola bilərdi. Məhkəmə çıxışında cavabdeh iddianın qismən təmin edilməsinə etiraz etmədiyini və mübahisəli əmlakın alınması zamanı xərclənən birgə nikah dövründə yığılan 6000 manatlıq vəsait hissəsinə uşaqların onun himayəsində qalmaqları nəzərə alınmaqla mənzilə iddiaçının payının tanınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(032)-1378/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilsin və xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli 05 avqust 2022-ci ildən hesablanmaqla cavabdeh İddiaçı hər ay hər bir uşağa 90 manat, iki uşağa görə 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-96/2019 saylı qətnaməsi ilə İddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılmasının müəyyən edilməsi və alimentin tutulması barədə iddia ərizəsi qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında xx.xx.2006-cı ildə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 48 saylı nikah qeydi pozulması, onların birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 Cavabdeh himayəsində saxlanılması, iddiaçı X2 Cavabdeh qarşı alimentin tutulması hissəsində iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-303/2020 saylı qətnaməsi ilə iddiaçı X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-96/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-340/2021 saylı qərarı ilə iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-303/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 28 oktyabr 2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən Cavabdeh ilə icarəçi "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixədək 5 il müddətinə müvəqqəti icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışlar. Müqavilədə aylıq 100 manat, icarə müddətinin 1 il olması şərtləri qeyd edilmişdir. Azərbaycan Respublikası Şirvan şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 63№ yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamından çıxarışdan görünür ki, Şirvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 23 iyul 2012-ci il tarixli AN ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında şəhər sakini Cavabdeh məxsus şəhərin T.İsmayılov küçəsi 10 saylı binanın 77 saylı mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 3467 № məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Sözügedən mənzil Şirvan şəhər 1 saylı DNK-nın xx.xx.2012-ci il tarixli 4Ə-1/352 saylı alqı-satqı müqaviləsi əsasında verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 3875 № məktubunda göstərilmişdir ki, Cavabdeh mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən mənzili xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Sözügedən mənzili Cavabdeh mülkiyyətinə Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 57 nömrəli orderin əsasında verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi ev 26A, mənzil 24 xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmənin mülki işlə bağlı mövqeyi və əsaslandığı hallar: Tərəflər sözügedən mənzili birgə nikah dövründə alınmasını mübahisləndirmirlər. Mübahisələndirilən məsələ iddiaçı tərəfindən əmlakın tam olaraq birgə nikah dövründə əldə edilmiş əmlak kimi 2/3 hissəyə bölünməsi, cavabdeh tərəfindən isə həmin əmlakın tam olaraq birgə nikah dövründə əldə olunmuş əmlak kimi deyil, qismən yəni həmin mənzilin alışına xərclənmiş 6000 manat pulun məhz birgə nikah dövründə əldə edilmiş vəsait olması səbəbindən mənzilə payların məhz həmin hissəyə mütanasib şəkildə bölünməsinə razı olduğunu qeyd edir. İş materiallarına nəzər saldıqda müəyyən olunur ki, Cavabdeh mübahisələndirilən mənzilin alınmasından bir neçə ay öncə xx.xx.2012-ci il tarixdə mülkiyyətində olan Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi ev 26A, 24 saylı mənzili 8000 manata satmışdır. Hazırki iddianın predmetini isə xx.xx.2012-ci ildə əldə etmişdir. Göründüyü kimi hazırki mənzilin əvvəlki satılan mənzilin maddi vəsaiti hesabına əldə edilməsi şübhə doğurmur. Belə olan halda yalnız mənzilin əldə edilməsinə əlavə edilən 6000 manat məbləğ (mənzilə xərclənən 14000 manatın 3/7 hissəsi) birgə nikah dövründə yığılan vəsait hesab oluna bilər. Həmçinin məhkəmə birgə nikahdan anadan olan uşaqların atanın himayəsində yaşamalarına baxmayaraq, ananın hər ay onların saxlanılmaları üçün sabit pul məbləğində aliment verməsini, bununla da onların maddi tələbatlarının ödənilməsində hər iki valideynin birgə iştirakını nəzərə alır və onların yuxarıda şərh edildiyi kimi – evin alınmasına xərclənən məbləğə mütanasib hissədə paylarını bərabər (hər birinə 3/14) bölərək mənzilə ümumi olaraq iddiaçının 3/14 və cavabdehin 11/14 hissədə paylarının tanınmasını qanunamüvafiq hesab edir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən təmin edilən hissəyə mütənasib olaraq iddiaçının 20 manat məbləğindəki məhkəmə xərci cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin xx.xx.2012-ci il tarixdə, AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri, xx.xx.2021-ci il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 10, 77 nömrəli mənzilə İddiaçı 3/14 hissədə, Cavabdeh isə 11/14 hissədə payı müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparılması üçün əsasdır. 20 manat məbləğində məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-50/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-50/2023
09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver