Məhkəmə qərarları › İş №2(032)-502/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-502/2025

13.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-502/2025 13.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz sərfiyyatına görə hesablanmış və borc olaraq ondan tələb olunan 1285 manat pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi birlikdə məcburi köçkün olaraq Şirvan şəhər Tikinti İdarəsində məskunlaşmışlar. Həmin ünvanda yaşamağa başlayarkən qaz sayğacı qoyularaq mənzil təbii qazla təmin olunmuşdur. Həmin tarixdə qaz sərfiyyatına görə ondan ödəniş tələb olunmamışdır. Sonradan həmin qaz sayğacı smartkart sayğacı ilə dəyişdirilmiş və onlara qaz sərfiyyatına görə ödəniş etməyə başlamışlar. Şirvan şəhəri Qaçqın və məcburi köçkün şəhərciyinə köçdükdən sonra smartkart sayğacı yoxlanılması üçün Cavabdeh2 İB-nin laboratoriyasına aparılmış və qaz sayğacında qaz sərfiyyatına görə 1285 manat borcun olması müəyyən olunmuşdur. Şirvan şəhər Tikinti İdarəsində məskunlaşdıqları zaman qaz sayğacı küçədə quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan az sonra küçədən qaz iyinin gəldiini hiss edib bu barədə Şirvan şəhər Qaz İstismarı İdarəsində məlumat vermiş və məlumatından sonra idarənin əməkdaşları sayğaca baxış keçirdikdən sonra aydın oldu ki, qaz xəttinin küçədən olan hissəsində qırıq əmələ gəlmişdir. Bundan sonra əməkdaşlar tərəfindən yaranmış qəzalı vəziyyət aradan qaldırılmışdır. Bu səbəbdən də qazın istifadəsində itki əmələ gəlmişdir. Məcburi köçkün və müddətsiz 1-ci qrup əlildir. Səhhətində ciddi problemləri vardır. Həyat yoldaşı 2021-ci il tarixində vəfat etmişdir. Hesab edir ki, məcburi köçkün olaraq ondan əsassız hesablanmış 1285 manat borc pul məbləğinin ödənilməsinin tələb olunması qanunsuzdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 İB-nə qarşı hesablanmış 1285 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 İB-i tərəfindən elektron ünvanlanmış etirazda göstərilmişdir ki, İddiaçı yaşadığı ünvan Salyan RQİİ-nin AGİS bazasında məcburi köçkün statusu ilə X1 adına abonent qeydiyyatına alınmış və onun məskunlaşdığı yaşayış sahəsi sayğac vasitəsilə təbii qazla təchiz olunmuşdur. İddiaçının yaşadığı ünvanda xx.xx.2010-cu il tarixə borcu olmamışdır. İddiaçı tərəfindən 2010-cu ilin oktyabr dekabr ayı ərzində 54,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 50,40 manat məbləğində qazın dəyəri Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə 3,70 manat borcu qalmışdır. 2011-ci il ərzində 710,50 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat məbləğində qazın dəyəri Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən, 84,03 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 420,17 manat borc qalmışdır. 2012-ci il ərzində 245 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən, 67,61 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 387,56 manat borc qalmışdır. 2013cü il ərzində 398,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 576,46 manat borc qalmışdır. 2014-cü il ərzində 467,30 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş xx.xx.2015-ci il tarixə 833,76 manat borc qalmışdır. 2015-ci il ərzində 462,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 1085,86 manat borc qalmışdır. 2016-cı il ərzində 523,20 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 168 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 110,92 manat abonent tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 1330,14 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 440,20 manat məbləğində təbii qazdan istifadə edilmiş 309 manat ödəniş edilmiş, xx.xx.2018-ci il tarixə 1477,54 manat borc qalmışdır. 2018-ci il ərzində 179,40 manat məbləğində təbii qazdan istifadə edilmiş, 220 manat ödəniş edilmiş, xx.xx.2019-ci il tarixə 1446,34 manat borc qalmışdır. 2019-cu ilin yanvar-aprel ayları ərzində 90,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, 75 manat ödəniş edilmişdir. 2019-cu ilin aprel ayında 1402,44 manat borc iddiaçının ünvanına quraşdırılmış İTRON tipli G-4 markalı əvvəlcədən ödənişli (smart) qaz sayğacının hesabına keçirilmiş, abonent tərəfindən ödənilən pul məbləğinin 50% hissəsi debitor borca yönəldilir. Qeyd olunanlar iddia tələbinin əsassız olduğunu, formal mülahizələrlə əsaslandırılmasını, iddiaçının qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini tam ödəməməsi səbəbindən borcunun yaranmasını təsdiq edir. Qeyd edilənlərə əsasən İddiaçınunCavabdeh2 İB-nə qarşı 1285 manat borcun silinməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli “6/1» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayəçi X2 və onun ailə üzvü İddiaçı Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 6-da yerləşən 1 nömrəli 2 otaqlı mənzil verilmişdir. Şirvan şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh2, istehlakçı isə İddiaçıdır. İş materiallarında olan Cavabdeh2 X3 RQİİ Şirvan İdarəsi ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2024-cü müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ailə üzvləri ilə birlikdə Salyan RQİİ-nin AGİS bazasında bazasında məskunlaşmışdır. Sonradan məcburi köçkün olaraq ailəsi ilə birlikdə ünvan 3 ünvanında mənzillə təmin edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ünvan 4 ünvanında qeydə alınmış **********00100 nömrəli abonent hesabında olan 1402.44 manat borc 2019-cu ilin aprel ayında ünvan 5 ünvanında yerləşən mənzilin **********00100 nömrəli abonent hesabına köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu abonent saldosu üzrə ödənişlər əsasında müəyyən edilmişdir ki, iddiaçının ünvan 6 ünvanında qeydə alınmış **********00100 nömrəli abonent hesabı üzrə ödənişlər abonenti özü tərəfindən və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Həmin hesabatda abonentin xx.xx.2010-cu il tarixə borcu olmamışdır. İddiaçı tərəfindən 2010-cu ilin oktyabr dekabr ayı ərzində 54,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 50,40 manat məbləğində qazın dəyəri Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2011-ci il tarixə 3,70 manat borcu qalmışdır. 2011-ci il ərzində 710,50 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat məbləğində qazın dəyəri Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən, 84,03 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 420,17 manat borc qalmışdır. 2012-ci il ərzində 245 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən, 67,61 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 387,56 manat borc qalmışdır. 2013-cü il ərzində 398,90 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 576,46 manat borc qalmışdır. 2014cü il ərzində 467,30 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş xx.xx.2015-ci il tarixə 833,76 manat borc qalmışdır. 2015-ci il ərzində 462,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 210 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 1085,86 manat borc qalmışdır. 2016-cı il ərzində 523,20 manat məbləğində təbii qazdan istifadə edilmiş, qaçqın limiti nəzərə alınmaqla 168 manat Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmiş, 110,92 manat abonent tərəfindən ödənilmiş xx.xx.2017-ci il tarixə 1330,14 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. 2017-ci il ərzində 440,20 manat məbləğində təbii qazdan istifadə edilmiş 309 manat ödəniş edilmiş, xx.xx.2018-ci il tarixə 1477,54 manat borc qalmışdır. 2018-ci il ərzində 179,40 manat məbləğində təbii qazdan istifadə edilmiş, 220 manat ödəniş edilmiş, xx.xx.2019-ci il tarixə 1446,34 manat borc qalmışdır. 2019-cu ilin yanvar-aprel ayları ərzində 90,10 manat məbləğində təbii qazdan istifadə edilmiş, 75 manat ödəniş edilmişdir. 2019-cu ilin aprel ayında 1402,44 manat borc iddiaçının ünvanına quraşdırılmış İTRON tipli G-4 markalı əvvəlcədən ödənişli (smart) qaz sayğacın hesabına keçirilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən istifadə edilmiş təbii qazla əlaqədar ödənişlər həm abonentin özü tərəfindən, həm də Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilmiş təbii qazın dəyəri müəyyən edilmiş limitə əsasən ödənilsə də, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə ödənilməli olan ödənişlər tam olaraq ödənilməmiş və nəticədə abonentin qalıq borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçınun Cavabdeh2 İB-nə qarşı qaz sərfiyyatına görə hesablanmış 1285 məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən hesablanmış 1285 manat borcun **********00100 saylı abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar