Məhkəmə qərarları › İş №2(032)-537/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-537/2024

02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-537/2024 02.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, 313703 saylı aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış 822 manat 89 qəpik məbləğində borcun silinməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən sürücülük məktəbinin yataqxanasında ona verilmiş mənzil onun adına olmaqla mülkiyyətindədir. 28 dekabar 2023-cü il tarixdə Şirvan RETSİ-in əməkdaşları onun yaşadığı evə gələrək cərimə yazıb getmişlər. O, bunu araşdırarkən ona bildirmişlər ki, guya baxış zaman məlum olmuşdur ki, sayğacın giriş və çıxış yuvalarını birləşdirərkən sayğacdan kənar enerfidən istifadə edilir, ona cərimə yazılmışdır. Hesab edir ki, xx.xx.2023-ci il tarixli 313703 saylı akt qərəzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən, eneriji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər, ona 822 manat 89 qəpik cərimə yazılmışdır. Belə olan halda o həmin sayğaca görə cavabdehlik daşıya bilmərəz. Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”-nın (“EEİQ”) 7.11-ci bəndində göstərilir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə eneriji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Digər tərəfdən “X1 Qaydaları”nın 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən elektrik eneriisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsi məişət abonentinə təqdim edilir. Akt eneriji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidinin iştirakı ilə imzalanmalıdır. Qeyd edildiy kimi enerji təchizatı müəssisəsinin nümayəndələri onun və hal şahidlərinin iştirakını təmin etmədən “X3 Qaydaları”-nın göstərilən tələblərini kobud surətdə pozaraq akt tərtib etmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, kənar xəttin olması həqiqətə uyğun deyil. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan və sayğaca onun tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədiyindən iddianın təmin edilməsini xahiş etdi . Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin X5 Departamentinin əməkdaşları tərəfindən elektrik enerijisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində quraşdırılmış sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerijisindən istifadə edildiyi aşkar olunmuşdur. Bu zaman aşkar olunmuş qüsur barədə müvafiq videoçəkiliş aparılmış və bu zaman həqiqətən də İddiaçı ona məxsus yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xətdən istifadə etdiyi və axan gücünün 20 Amper olduğu aşkar olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları” nın 8.17-1-ci bəndinin elektrik tələblərinə uyğun olaraq itirilmiş elektrik eneriisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 822,89 manat dəyərində itirilmiş elektrik eneriisi bərpa olunmuşdur. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : 28 dekabr 2023-cü il tarixli, 313703 saylı akt komissiyasının texniki sahələr üzrə tələblərə əsasən yoxlama zamanı məlum olmuşdur ki, abonentin sayğacın giriş və çıxış yuxvalarını birləşdirərək sayğacdan kənar enerjidən istifadə etdiyi aşkar edilmişdir. Naqilin en kəsiyi 2x10 mm2 . Akt Şirvan EŞ-nin satış şöbə rəisi R.Alışov , aparıcı mühəndis S.Şirinov, X.Qafari tərəfindən tərtib edilmiş, onlar tərəfindən imzalanmışdır. Akt abonent tərfindən imzalanmamışdır. 28 dekabr 2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonentin sayğacdan kənar xətdən istifadə etməsi aşkarlanmışdır. 20 A x 0.22 x 0,7 x 24 saat x 90 gün=6653 kvts, Tarif (0,08 man)-600 kvts *0,08 manat=48 manat, Tarif (0,09 manat)-300 kvts*0,09 manat = 27 manat, Tarif (0,13 manat) – 5753 kvts * 0,13 manat 747 manat 89 qəpik , cəmi 822 manat 89 qəpikdir . "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şirvan şəhər Məhkəməsində iddiaçı olan İddiaçı abonent olaraq X4 qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin X5 Departamentinin əməkdaşları tərəfindən elektrik enerijisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində quraşdırılmış sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerijisindən istifadə edildiyi aşkar olunmuşdur. Bu zaman aşkar olunmuş qüsur barədə müvafiq video çəkiliş aparılmış və bu zaman həqiqətən də İddiaçı ona məxsus yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xətdən istifadə etdiyi və axan gücünün 20 Amper olduğu aşkar olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları” nın 8.17-1-ci bəndinin elektrik tələblərinə uyğun olaraq itirilmiş elektrik eneriisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 822,89 manat dəyərində itirilmiş elektrik eneriisi bərpa olunmuşdur. “X3 Qaydaları” nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8-17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8-17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilənlərə əsasən hesab edirik ki, akt üzrə hesablanmış məbləğ abonent tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X3 qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-1-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-2-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alıb,məhkəmə hesab edir ki, İddiaçı tərəfindən yaşadığı Şirvan şəhəri S.Zeynalov küçəsində yerləşən Sürücülük məktəbinin yataqxanasında X3də pozuntuya yol verilməsi barədə 28 dekabr 2023-cü il tarixli, 313703 saylı akt abonentin iştirakı ilə tərtib edilmədiyindən və onlar tərəfindən imzalanmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «X3 qaydaları»nın tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə olan halda isə İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Bu baxımdan məhkəmə belə bir qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-i tərəfindən İddiaçı barəsində X3də pozuntuya yol verilməsinə görə 28 dekabr 2023-cü il tarixli, 313703 saylı akt ləğv edilməli, həmçinin həmin akt əsasında dəymiş zərərin hesablanmasına dair aparılmış hesabat da ləğv edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-İ tərəfindən İddiaçı Şirvan şəhəri S.Zeynalov küçəsində yerləşən Sürücülük məktəbinin yataqxanasında X3 qaydalarının pozulması barədə tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, 313703 saylı akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 822 manat 89 qəpik məbləğində dəymiş zərər abonentin hesabından silinsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar