Məhkəmə qərarları › İş №2(032)-572/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-572/2025

21.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-572/2025 21.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT 028/2024-0635 barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikah münasibətinə girib onunla evlənmişlər. Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət edərək xx.xx.2024-cü ildə mediastor X6 və borclu Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə aralarında xx.xx.2024-cü il tarixində Barışıq sazişi tərtib edilmişdir. Həmin barışıq sazişinə əsasən borclu Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 70 manat olmaqla, ümumilikdə 140 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Mediasiya xidmətinə müraciət etdikləri zaman cavabdeh hər ay bir uşağa görə 70 manat olmaqla, ümumilikdə 140 manat sabit pul məbləğində aliment ödəməyi barədə razılaşaraq üzərinə öhdəlik götürmüşdür və bu barədə cavabdehlə aralarında saziş bağlanılmış, ümumi razılıq əldə olunmuşdur. Lakin hazırda borclu Maraqlı şəxs aralarında bağlanmış barışıq sazişi ilə üzərinə düşən öhdəliyə əməl etməyərək, alimenti ödəməkdən qəsdən yayınır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Maraqlı şəxs ilə ərizəçi ilə arasında bağlanmış olan barışıq sazişin təsdiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1604/2024 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cü il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə MŞS/MT 028/2024-0635 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə mediasiya sessiyasında nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və hər ay bir uşağın saxlanılması üçün 70 manat, iki uşağa görə 140 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər xx.xx.2006-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından iki övladları vardır. Tərəflər arasında mediasiya mərhələsində bağlanmış xx.xx.2024-cü il tarixdə MŞS/MT 028/2024-0635 saylı Barışıq Sazişinin şərtlərinə əsasən tərəflər nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və hər ay bir uşağın saxlanılması üçün 70 manat, iki uşağa görə 140 manat alimentin ödənilməsi məsələlərinə dair razılığa gəlmişlər. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 1604/2024 saylı qətnaməsi ilə aralarındakı nikah münasibətləri pozulmuşdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cü il təvəllüdlü X3 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 70 manat, iki uşağa görə ümumilikdə 140 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli, MŞS/MT 028/2024-0635 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 20 sentyabr 2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixdə MŞS/MT028/2024/0635 AK nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar