Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-573/2025 19.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0604 AK saylı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, hazirda borclu Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2024-cü ka il tarixli MŞS/MT028/2024/0604 AK saylı “Barışıq Sazişi” ilə üzərinə düşən öhdəliyə əməl etməyərək, onunla rəsmi nikahdan dünyaya gəlmiş xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 70 (yetmiş) manat olmaqla , ümumulikdə 210 (iki yüz on ) manat sabit pul məbləğində alimenti ödəməkdən qəsdən yayınaraq qəti şəkildə əməl etmir. Hazırda həmin sazişin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, Maraqlı şəxs sazişə əməl etməkdən imtina edərək razılaşdırılmış alimenti ödəməmişdir. Odur ki, mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0604 AK saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X2 izahat verərək bildirdi ki, Salyan 1 saylı Mediasiya təşkilatı mediator X3 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0604 AK saylı barışıq sazişinə əsasən müəyyən olunmuş alimenti iki uşağa olan hissədə tam, lakin digər uşağa olan alimentdən qismən ödəniş edirlər. Onların aliment üzrə borcları vardır, lakin alimenti tez bir zamanda ödəyəcəklər. Ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Şirvan şəhər Məhkəməsinin 2(032)-1527/2024 saylı ,xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında Hacıqabul rayon Qeydiyyat şöbəsində bağlanılmış 07 sentyabr 2015-ci il tarixdə, 252 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X9 anaları Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs Ərizəçi nikahı Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2025-ci ilin xx.xx.2025-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 921 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 248 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 379 nömrə ilə qeyd edilmişdir. Salyan 1 saylı Mediasiya təşkilatı mediator X3 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0604 AK saylı barışıq sazişinə əsasən: 1.1 və 2.1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 252 nömrə ilə qeydə alınmış nikahın pozulmasına razılaşırlar. 1.2 və 2.2. Tərəflər razılaşır ki, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X9 anası Ərizəçi himayəsində saxlanılır. 1.3 və 2.3. Tərəflər razılaşır ki, övladlarının Ərizəçi himayəsində qaldığı müddətdə ataları Maraqlı şəxs onların saxlanılmaları üçün hər uşağa hər ay 70 (yetmiş) manat olmaqla, ümumilikdə 210 (iki yüz on) manat aliment ödəniləcək. 1.4 və 2.4. Tərəflər razılaşır ki, uşaqlar Ərizəçi himayəsində olduğu müddətdə Maraqlı şəxs istənilən vaxt uşaqlar üçün uyğun vaxtlarda ünsiyyətdə ola bilər. Bunun üçün lazımı şərait yaradacağını öhdəsinə götürür. 1.5 və 2.5. Tərəflər razılaşır ki, başqa heç bir iddia və tələbi yoxdur. Sazişin 5-ci bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi (yəni sazişdə qeyd olunan məbləğdə alimenti ödəmək vəzifəsini) icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Salyan 1 saylı Mediasiya təşkilatı mediator X3 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0604 AK saylı barışıq sazişi icra olunmayan hissədə yəni qismən (1.3-cü və 2.3 -cü bənd) təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir . Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Salyan 1 saylı Mediasiya təşkilatı mediator X3 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT028/2024/0604 AK saylı barışıq sazişinin 1.3 və 2.3-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: “Mən Ərizəçi 1.3 övladlarımızın mənim himayəmdə qaldığı müddətdə ataları Maraqlı şəxs onların saxlanılmaları üçün hər uşağa hər ay 70 (yetmiş) manat olmaqla, ümumilikdə 210 (iki yüz on) manat aliment ödəməsinə razıyam.” “Mən Maraqlı şəxs 2.3 övladlarımızın anaları Ərizəçi himayəsində qaldığı müddətdə onların saxlanılmaları üçün hər uşağa hər ay 70 (yetmiş) manat olmaqla, ümumilikdə 210 (iki yüz on) manat aliment ödəyəcəyimi öhdəmə götürürəm.” Qalan hisədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-573/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-573/2025
19.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver