Məhkəmə qərarları › İş №2(032)-604/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-604/2023

20.04.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-604/2023 20.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi-vəkili Vəkil, Maraqlı şəxs X4 iştirakları ilə, Ərizəçi maraqlı şəxs X4 cəlb edilməsi ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs X4 cəlbi ilə məhkəməyə müraciət edərək 06 aprel 2022-ci il tarixdə mediatorun iştirakı ilə aralarında birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 ananın himayəsində yaşamasına razılıq verməsi və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın 30-na qədər 100 manat məbləğində alimenti ona ödəməyə dair öhdəlik götürməsi barədə bağlanmış barışıq sazişinin xx.xx.2018-ci il təvəllüdlü X5 onun himayəsində yaşamasına razılıq verməsi hissəsində məcburi icrası üçün təsdiq edilməsi və X15 Piriyevdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə evlənərək nikahlarını 20 aprel 2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan münasibət pisləşdiyindən Şirvan şəhər Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuşdur. Cavabdehlə aralarında olan nikah qeydi Şirvan şəhər Məhkəməsində pozulmazdan əvvəl 06 aprel 2022-ci il tarixdə mediator X14 iştirakı ilə barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişinin 2.1-ci bəndinin tələbinə görə X11 birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 ananın himayəsində yaşamasına razılıq verir və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın 30-na qədər 100 manat məbləğində alimenti ona ödəməyə dair öhdəlik götürüb. Səbuhi Piriyev aralarında olan şifahi razılaşmaya əsasən mütəmadi olaraq azyaşlı Yaqub Piriyevlə görüşərək onunla ünsiyyət saxlamışdır. Sonuncu dəfə isə X19 Piriyevlə görüşüb onunla ünsiyyət saxladıqdan sonra Yaqubu ona qaytarmamışdır. Hal-hazırda da azyaşlı Yaqub onun himayəsindədir. Dəfələrlə tələb etməyinə baxmayaraq Səbuhi Piriyev mediatorun iştirakı ilə aralarında bağlanmış 06 aprel 2022-ci il tarixli barışıq sazişinin tələbini pozaraq azyaşlı Yaqubu ona qaytarmamışdır. Ərizəçi nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia ərizəsinin həcminin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, ailə nikah münasibətləri bir müddət yaxşı olsada, sonradan cavabdehin səhvi ucbatından ailə nikah münasibətləri pozulmuşdur.Buna qədər isə birlikdə birgə təsərrüfat aparmışlar. Ailə nikah münasibətləri uyğun gəlmədiyi üçün öz razılıqları əsasında Mediasiya təşkilatında xx.xx.2022-ci il tarixli, MŞİH-16334 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə görə onların aralarında olan nikahın pozulması, rəsmi nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X5 ananın himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin X11 tərəfindən ona ödənilməsinə razılaşmışlar. Bütün bunlardan sonra xx.xx.2015-ci il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş nikahları Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-777/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almış və bundan sonra Şirvan şəhər Qeydiyyat Şöbəsindən xx.xx.2023-cü il tarixdə nikahın pozulması barədə şəhadətnamə almışdır. Daha sonra X11 barışıq sazişinin şərtlərini pozaraq rəsmi nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X6 ondan alaraq geri qaytarmayaraq və uşağa görə aliment ödəməkdən yayınmışdır. Məcburiyyət qarşısında qalaraq Şirvan şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixli, MŞİH-16334 nömrəli barışıq sazişinin təsdiq edilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh X11 “X10” LTD-nin Şirvan filialından əmək müqaviləsi əsasında işləyir, yəni hər gün səhər saat 08:00-dan 18:00-a kimi işdə olduğu bir müddətdə uşaq nəzarətsiz qalır və ona qayğı göstərilmir. 1 aya yaxındır ki, övladından ayrı qalmış və onunla ünsiyyətdə ola bilmir. Çünki buna X13 və onun ailə üzvləri mane olaraq ünsiyyətdə olmağına imkan vermirlər. Odur ki, mediasiya prosesi nəticəsində Ərizəçi ilə cavabdeh X11 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, MŞİH 16334 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs X11 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda barışıq sazişinin təsdiq edilməsinə yəni, xx.xx.2018-ci il təvəllüdlü X5 anasının himayəsində saxlanılmasına, alimentin ödənilməsinə və ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 13 sentyabr 2018-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. “X10” LTD şirkətinin xx.xx.2023-cü il tarixli, 81/02 nömrəli məktubunda göstərilmişdir ki, X11 hazırda “X10 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Mərkəzi mühəndistexnoloji xidmətində növbə rəisi vəzifəsində işləyir. Şirvan şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(032)-777/2022 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X7 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuşdur. Tərəflər xx.xx.2022-ci il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən : X11 və X8 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 187 nömrəli nikah qeydinin pozulmasına razıdırlar. X1 Aynurə Vidadi qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 X2 himayəsində yaşamasına razılıq verir və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ayın 30-na qədər 100 manat məbləğində alimentin X3 ödəməyə dair öhdəlik götürmüşdür. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-355-26.1.1-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında qanunamüvafiq qaydada mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, tərəflər müvafiq ailə münasibətlərindən irəli gələn nikahın pozulması, birgə nikahdan anadan olmuş uşağın hansı valideynin yanında qalması və alimentə dair razılığa gəlmişlər və razılıqları müvafiq barışıq sazişi ilə təsdiq edilmişdir, hazırda sözügedən sazişin ləğvi və ya etibarsızlığı, qanuna zidd olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilmədiyindən, hər iki tərəfin sazişin heç bir müddəasını mübahisələndirmədiklərindən ərizə təmin edilərək, ərizəçi X8 ilə maraqlı şəxs X11 arasında bağlanılmış 06 aprel 2022-ci il tarixli barışıq sazişi X1 Aynurə Vidadi qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 X2 himayəsində yaşamasına və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ayın 30-na qədər 100 manat məbləğində alimentin X3 verilməsi hissəsində təsdiq edilməlidir. O ki qaldı, sazişin nikahın pozulması hissəsində təsdiqinə işin halları ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-777/2022 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, qətnamə qanuni qüvvəyə minmiş, icra olunmuşdur. Belə olan halda isə, məhkəmə hesab edir ki, bu hissədə barışıq sazişinin təsdiq edilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şirvan şəhəri mediator X14 iştirakı ilə tərtib olunmuş X11 ilə Ərizəçi arasında bağlanmış birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 X2 himayəsində yaşamasına və onun yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ayın 30-na qədər 100 manat məbləğində alimentin X11 tərəfindən X3 verilməsinə dair öhdəlik götürməsi barədə 06 aprel 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar