Məhkəmə qərarları › İş №2(032)-635/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-635/2024

23.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-635/2024 23.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi Şirvan şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Şirvan şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ərizəçinin qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun doğma bacısıdır. X1 İ dərəcəli (gözdən) əlillik təyin edilmiş, əlavə olaraq ağır gedişli şəkərli diabet, bel-omba nahiyyəsinin sümük çatışmamazlığından (sümük yeyilməsi-çürüməsi) əziyyət çəkir. Hazırda bacısı X7 qeyd edilən xəstəliklər səbəbindən səhhətində ciddi dəyişiklər baş verdiyindən fəaliyyət qabiliyyəti yoxdur. Bacısın bu vəziyyətə düşməsi ilə əlaqədar bir çox müalicələr almasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Öz hərəkətlərinin mənasını dərk etmək, onları idarə etmək qabiliyyətində deyildir. Bu günədək ona qulluq edirlər və qaygısına qalırlar. Bununla əlaqədar olaraq bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Son vaxtlar çox əsəbi olmaqla səhhətində müsbət dəyişiklik hiss olunmur. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 izahat verərək bildirdi ki, şəxs qəyyum təyin olunması ilə bağlı Şirvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Bildirilmişdir ki, məhkəmə qaydasında xx.xx.1956-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilərsə, məhkəmənin qətnaməsinə əsasən Ərizəçi qəyyum təyin edilə bilər. Məhkəmə, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1956-cı il tarixdə Tərtər rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixdə qeyd edilmişdir. X3, anası isə X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Şahmərdan qızı xx.xx.1960-cı il tarixdə Bərdə rayonu Cəmilli kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixdə qeyd edilmişdir. X3, anası isə X6r. İş materiallarında olan 121680 nömrəli vəsiqənin surətindən görünür ki, X7 İ (birinci) qrup ümumi görmə səbəbi ilə müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, təyinat tarixi xx.xx.2021-ci il olan insulindən saılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, insulin tələbli çoxsaylı ağırlaşmalarla. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiyası diqnozu ilə,ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əllilik verilmişdir. Əmək zəmanəti : xüsusi yaradılmış işlərdə işləyə bilər. İş materiallarında olan Tibbi Ərazi Bölmələri X20 şəhər X18 X19 Poliklinka Şöbəsi tərəfindən verilmiş 109 saylı arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X2 ŞMX PHŞ-in endokrinoloji kabinetdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3543 saylı məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-635/2024 saylı, xx.xx.2024-cü tarixli mülki iş üzrə qərarı xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuşdur. Lakin, həmin iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin olunmuş X7 təqdim olunmamışdır. Odur ki, iş üzrə qərar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göründüyü kimi şəxsin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin əsasları qanunvericilikdə imperativ norma kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü bacısı X5 hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamış, iş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-635/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadı ilə məhkəmə psixiatriya ekspertizası təyin olunsa da, qərardad üzrə ekspertin vəsatəti icra olunmamış, qərardad icrasız geri qaytarılmışdır. Belə ki, iş üzrə Ərizəçi bacısı X4 ekspertizada iştirakını təmin etməmiş və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi üçün heç bir cəhd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsində istinad etdiyi halları sübut edə bilmədiyindən, iddia əsassız olduğuna görə təmin edilməməli, ərizə təmin olunmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: xx.xx.1956-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar