Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-640/2024 08.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyəti RETSİ X5 əməkdakları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 313711 nömrəli aktın ləğv edilməsi və abonent hesabına yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 ilə 24 sentyabr 1985-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailəliklə ünvan 1 ünvanı üzrə fərdi yaşayış evində uzun illərdir ki, yaşamışlar. ünvan 1 fərdi yaşayış evi mərhum X3 adına rəsmiləşdirilmişdir. Həyat yoldaşı X6 18 oktyabr 2021-ci il tarixdə qaraciyər çatışmamazlığından dünyasını dəyişmişdir. Ünvan üzrə mərhum X3 qanun üzrə vərəsəsi hesab edilməklə xx.xx.2022-ci il tarixdə müvafiq vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Hazırda ünvan 1 fərdi yaşayış evində övladlar ilə birlikdə yaşayır. Fərdi yaşayış evinin elektrik enerjisi ilə təminatı üzrə ön ödənişli sayğacın kartına müvafiq məbləğ yüklənərkən borc hesablanması və yüklənən məbləğin bir çox hissəsinin borc məbləğinə tutulmasının şahidi olmuşdur. Borcun yaranma səbəblərinin araşdırılması məqsədi ilə cavabdeh təşkilata müraciət etdikdə ünvan üzrə aktın tərtib edilməsi bildirilmişdir. Məlum olmuşdur ki, 09 fevral 2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən fərdi yaşayış evinin elektrik enerjisinin təminatı üzrə quraşdırılmış **********1 nömrəli ön ödənişli sayğaca baxış keçirilməklə iştirakları təmin edilmədən 313711 nömrəli akt tərtib edilmişdir. Akta əsasən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi qeyd edilmişdir. Lakin nümayəndələr tərəfindən sayğacdan kənar xətt aşkar edilməmişdir. Pozulmuş hüquqlarının bərpa edilməsi, yazılmış aktın və borcun əsassızlığını sübut etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Akta əsasən 822.89 manat məbləğində hesabat aparılmış və hesablanmış məbləğ əhali kodunun dövriyyəsinə daxil edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı yaşadığı ünvan **********11024 saylı kodla X2 Natiq Kərimovun adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” na əsasən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur. Buna əsasən də EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə həmin tarixli, 313711 saylı akta əsasən 822,69 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. İddiaçı yaşadığı ünvan üzrə 822,89 manat ödənilməmiş akt üzrə hesablanmış məbləğ borcu vardır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şirvan şəhəri Qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X3 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AKT R 313711 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum oldu ki, sayğac axan yükü düzgün qeyd etmir. Vətəndaş sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Sayğacın laboratoriya şəraitində yoxlanılması, rəy verilməsinə zərurət olduğu halda yenisi ilə əvəz olunması qərara alınmışdır. İş materiallarında olan AKT 313711 nömrəli xx.xx.2024-cü il tarixli akt əsasında aparılmış hesabatdan görünür ki, (20A x 0.22 x 0,7 x 24 saat x 163 gün) = 6653 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) -600 kvt/s x 0,08 = 48 manat, (0,09) – 300 kvt/s x 0,09 = 27 manat, (0,13 manat) – 5753 kvt/s x 0,13 = 747.89 manat olmaqla, cəmi 822.89 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 313711 saylı, xx.xx.2024-cü il tarixli aktdan isə görünür ki, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, borcun yaranmasına səbəb olan akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış 822.89 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlilidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT R 313711 saylı, xx.xx.2024-cü il tarixli akt ləğv olunsun, həmin akt əsasında hesablanmış 822.89 manat borc məbləği (abonent kodu **********11024) abonentin hesabından silinsin. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 (otuz) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-640/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-640/2024
08.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver