Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-658/2024 16.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə , İddiaçı X7 nümayəndəsi Vəkil1, Cavabdeh Hacıqabul rayon notariat ofisinin notariusu Nümayəndə2, Cavabdeh2, nümayəndəsi vəkil Nümayəndə1 Mayis oğlunun iştirakı ilə, İddiaçı X7 cavabdehlər Hacıqabul rayon notariat ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı X13 cavabdehlər Hacıqabul rayon notariat ofisininə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hacıqabul rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə ” qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X13 tələbini onunla əsaslandırmışdır ki, X1 tərəfindən xx.xx.2021-ci il tarixdə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakın sonrakı arvadı Cavabdeh2 vəsiyyət edilməsi haqqında Hacıqabul rayon notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib edilmişdir. O və bacısı X10 və qardaşı X17 tərtib edilmiş vəsiyyətnamədən bir neçə ay olar ki, xəbər tutmuşlar və narazıdırlar. Bu səbəbdən də məhkəməyə müraciət etməklə qanunun tələblərinə zidd olaraq ağır xəstə vəziyyətində olan atasının aldadılaraq Hacıqabul rayon notariat ofisi tərəfindən tərtib edilmiş 19 mart 2021-ci il tarixli həmin vaxt xəstə olan X1 öz hərəkətlərini, onun nəticələrini dərk etməyən vəziyyətdə məcburən imza etdirməklə alınan və guya arvadı Cavabdeh2 ölən günədək əldə etdiyi və ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etməsi haqqında vəsiyyətnamənin qanunun tələbinə əsasən və aşağıda göstərəcəyi sübutlara və əsaslara görə Şirvan Şəhər Məhkəməsi tərəfindən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını o, bacısı X10 və qardaşı X17 xahiş edirlər . Belə ki, X1 və anaları Cavabdeh2 Məmməd qızı 1975-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan onların 3 (üç) övladı olmuşdur: İddiaçı xx.xx.1976cı ildə anadan olmuşdur; X17 1977-ci ildə anadan olmuşdur; X10 1980-ci ildə anadan olmuşdur. Onlar hər üçü ata-anası ilə birgə atası tərəfindən sarğıçı işlədiyi Əli-Bayramlı (indiki Şirvan şəhəri) “Cihazlar zavodu”ndan 30 iyun 1987-ci ildə 395 nömrəli order əsasında aldığı 4 otaqlı evdə həmin vaxtdan qeydiyyata düşməklə yaşamışlar və halhazırda da ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bu ev atasının sağlığında özəlləşdirilməmiş və atası 2021-ci il 12 oktyabr tarixində vəfat etmişdir. Lakin, bu evə birgə mülkiyyət hüququ verən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış verilmişdir. Bu çıxarış hesab edirlər ki qanunsuzdur, atasının ölümündən bir il sonra verilmişdir və o, bacısı X10 və qardaşı X17 evin özəlləşdirilməsində heç vaxt iştirak etməmişlər. ünvan 1-də həyat yoldaşı X18 və 3 övladı qeydiyyatdadırlar. Anası Cavabdeh2 Məmməd qızı xx.xx.2002-ci il tarixdə “Kəllə tağı əsası sümüklərinin emiğı” diaqnozu ilə avtomobil qəzası səbəbindən vəfat etmişdir. X1 tək qalmasın deyə ehtiyacı olduğu üçün xx.xx.2007-ci il tarixində cavabdeh Hüseynova (Şükürova) Şəfiqə Məstəli qızı ilə evlənərək rəsmi nikah kəsdirmişdir. Sonradan onlar Rusiyaya gedərək orada o, bacısı X10 və qardaşı X19 müvəqqəti qalaraq işləməyə başlamışlar. Atası 2021-ci ilin əvvəllərində ağır insult keçirtmişdir. Bədəninin sol tərəfi, əl-ayaqları işləməmiş, yataq xəstəsi olmuşdur. O, evdə və X12 müalicə olunurdu. Atasının ikinci arvadı Şükürova (Hüseynova) Şəfiqə Məstəli qızı ona qulluq edirdi. Sonralar eşitmişdir ki, Cavabdeh2 19 mart 2021-ci ildə atasından onun xəstə, imkansız, anlaqsız vəziyyətdə olmasından istifadə edərək onu aldadaraq ondan bütün daşınar və daşınmaz əmlakın ona vəsiyyət edilməsi barədə qanunsuz yolla vəsiyyətnamə almışdır. Eşitmişlər ki, o, əvvəlcə Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət etsələr də, atasının ağır xəstəliyi səbəbindən, eləcə də vəsiyyətnamə vermək iqtidarında olmadığı üçün Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. Bundan sonra cavabdeh Şükürova X11 rayon notariat ofisinə müraciət edib, onunla razılaşaraq gəlib xəstə, özünü idarə edə bilməyən, hərəkət edə bilməyən, danışa bilməyən atasından qanunsuz yolla, məcburi imza etdirməklə (nəyə qol çəkdiyini, imza etdiyini bilməyən, oxumaq iqtidarında olmayan) atasından cavabdehin arzusuna uyğun vəsiyyətnamə alıb. Vəsiyyətnamə alınarkən orada tanımadığı iki şahid X35, X29 olşa da, orada mütəxəssis - həkim olmamışdır ki, atasının vəsiyyətnamə verməyə fiziki cəhətdən imkanını, sağlamlığını yoxlayıb rəy versin. Bu səbəblərə görə də, bu barədə ekspertiza keçirilərək mütəxəssis həkim-ekspert rəyi alınmasından ötəri ekspertiza təyin edilməsini xahiş edirlər. Atasından ağır xəstə olduğu, hərəkətlərini ölçüb-biçə bilmədiyi, yazıb-oxumağı bilmədiyi halda, iqtidarsız vəziyyətdə məcburi surətdə vəsiyyətnamə alındığına görə xx.xx.2021-ci il tarixli bu vəsiyyətnamənin etibarsız hesab edilməsini məhkəmədən xahiş edirlər. Əmisi, atasının böyük qardaşı X5 xx.xx.2021-ci ildə X1 tərəfindən vəsiyyətnamə verildiyini eşidəndən sonra əmisi X5 və digər qohumlar, yaxın şəxslər ünvan 1 ünvanına – atasının yanına gəlib ondan yaşadıqları ünvan 1 ünvanında yerləşən evin bütövlükdə və ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin və iki mərtəbəli bağ evinin, eləcə də bütün daşınar və daşınmaz əmlaklarının nə üçün ikinci arvadı Cavabdeh2 adına vəsiyyət etdiyini soruşanda o bildirmişdir ki, bağ evini oğlu Müşviq öz vəsaiti hesabına onun adına tikdirib, bağ evi bütövlükdə Müşviqindir, onun ailəsinə aiddir, onun o evə heç bir aidiyyəti yoxdur. Yaşadığı ünvan 1 ünvanındakı evdən isə evin yalnız bir otağını arvadı Cavabdeh2 vəsiyyət etmişdir. Hacıqabul notariusunun tərtib etdiyi vəsiyyətnamədən imtina edir, vəsiyyətnamədə yazılanlardan xəbəri yoxdur, vəsiyyətnaməni oxumamış, oxuya bilmir, orada nə yazıldığını, nəyə imza etdiyini bilmir, ona görə də notariusun təzədən gətirilməsini və yaşadıqları ünvan 1 ünvanındakı evin yalnız bir otağının arvadı Cavabdeh2 verilməsi barədə vəsiyyət etmək istədiyini bildirmişdir. Bundan sonra əmisi X5 və digər qohumlar, yaxın adamlar Hacıqabul rayon Dövlət Notariusu Nümayəndə2 yanına gedib bu haqda ona bildirmişlər və öz etirazlarını və atasının sözlərini ona çatdırmışlar. Notarius Nümayəndə2 onların dediklərinə etiraz etməmiş, onlarla birlikdə atasının yanına gəlmişlər, Cavabdeh2 əmisi və digər şəxsləri atasının yanına buraxmamış, notarius Nümayəndə2 isə 2 şahidlə birlikdə atasının yanına gəlib onu yenidən dinləmişdir. Atası ona xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsini və yaşadıqları ünvan 1 ünvanındakı evdən yalnız bir otağın arvadı Cavabdeh2 verilməsi barədə vəsiyyətnamə tərtib etməsini notariusdan tələb etmişdir. Notarius da ona söz vermişdir ki, sabah gəlib dediyi kimi yeni vəsiyyətnamə tərtib edəcək, əvvəlki vəsiyyətnaməni isə ləğv edəcəkdir. Notarius Nümayəndə2 bütün bu olanları telefonuna çəkib, çəkilənləri əmimgilə göstərib, onları arxayın etmişdir ki, indi gedib. xx.xx.2021-ci il tarixli vəsiyyətnaməni ləğv edəcək, sabah isə gəlib atası Muradxan Şükürovun dediyi kim yaşadıqları evin yalnız 1 otağının Cavabdeh2 vəsiyyət edilməsi barədə vəsiyyətnamə tərtib edəcəkdir. Bundan əlavə, videoçəkilişi də notarius Nümayəndə2 həmişə özündə saxlayacağını bildirib. Əmisigil notarius Nümayəndə2 arxayın olduqlarına görə hesab etmişlər ki, notarius əvvəlki xx.xx.2021-ci il tarixli vəsiyyətnaməni ləğv edib atasının adından onun dediyi kimi yalnız 1 otağın Cavabdeh2 verilməsi barədə vəsiyyətnamə tərtib edəcək. Bütün bu olanları şahid qismində əmisi X5, orada olan şahidlər, qohumlar, eləcə də Hacıqabul rayon Notariat Ofisinin Notariusu Nümayəndə2 məhkəmədə gəlib təsdiq edə bilərlər. Lakin bir neçə ay bundan əvvəl ona, qardaşı Ramilə, bacısı Gülnarəyə, əmisi Məmmədxana və başqa qohumlara məlum olmuşdur ki, Hacıqabul rayon Notariat Ofisinin notariusu Nümayəndə2 xx.xx.2021-ci il tarixli vəsiyyətnaməni ləğv etməmiş, eləcə də atasının adından yeni vəsiyyətnamə tərtib etməmişdir. Mülki iş üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixli vəsiyyətnamə asasında ünvan 1 ünvanındakı evi və ünvan 4nda yerləşən torpaq sahəsini və iki mərtəbəli bağ evini öz adına keçirmək məqsədi ilə Şirvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir, lakin notarius Əlixan Şirvanov notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərar verərək Cavabdeh2 mülkiyyət hüququ haqqında şəhadətnamənin və vəsiyyət üzrə vərəsləik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Cavabdeh2 isə bununla əlaqədar digər orqanlara müraciət etmişdir. Şirvan şəhərində yaşayan əmisi, qaynatası və digər qohumlar bununla əlaqədar Hacıqabul rayon Notariat Ofisinin notariusu Nümayəndə2 müraciət etdikdə o bildirmişdir ki, istənilən orqanda və məhkəmədə X1 tərəfindən yaşadıqları ünvan 1 ünvandakı evdən yalnız 1 otağının Cavabdeh2 vəsiyyət edilməsi barədə ifadə verə bilər. Cavabdeh2 atası tərəfindən yalnız 1 otağın vəsiyyət edilməsini digər şahidlər və sübutlar da təsdiq edir. Cavabdeh2 atasının xəstəliyindən onların (onun övladlarının) Azərbaycanda olmamaqlarından sui-istifadə edərək atasına və onlara (vərəsə kimi onun övladlarına məxsus) atasının adına olan sənədləşdirdiyi bütün daşınar və daşınmaz əmlakları öz mülkiyyətinə keçirmək istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı X13 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək izahat verib bildirdi ki, təmsil etdiyi şəxsin atası 19 mart 2021-ci il tarixdə ikinci həyat yoldaşı Cavabdeh2 vəsiyyət edilməsi haqqında Hacıqabul rayon Notariat Ofisi tərəfindən vəsiyyətnamə tərtib edilmişdir. Cavabdeh təmsil etdiyi şəxsin atasının xəstəliyindən istifadə edərək vəsiyyətnamə əldə edib. İlk öncə vəsiyyətnamənin verilməsi üçün Şirvan şəhər Notariat Ofisinə müraciət etsələr də, Şirvan şəhər Notariat Ofisi vəsiyyətnamənin verilməsindən imtina edib. Daha sonra cavabdeh Hacıqabul rayonu Notariat Ofisinə müraciət edib. Notariat Ofisinin əməkdaşı iddiaçının atasının yanına gələrək şahidlərlə birlikdə vəsiyyətnaməni qeyd ediblər. İddiaçının atası Muradxan Şükürov vəsiyyətnaməni verdikdən bir neçə müddət sonra həmin vəsiyyətnamədən imtina edib. İmtina etməsi barədə notarius telefonunda çəkiliş edib, lakin notarius vəsiyyətnaməni ləğv etməyib. Muradxan Şükürov həmin evin yalnız bir otağını Cavabdeh2 vermək istəmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Hacıqabul rayon notariat ofisinin notariusu Nümayəndə2 izahat verib bildirdi ki, xx.xx.2021-ci il tarixdə Anar Əliyevin müraciəti əsasında ofisdən kənar vəsiyyətnamə tərtib edilmişdir. O, vəsiyyətnamə tərtib edilərkən orada olmamışdır. Lakin sonradan Muradxanın qardaşı Məmmədxanın ona müraciətindən sonra yenidən vəsiyyətnamə tərtib edilməsi üçün Muradxanın yaşadığı evə getmişlər. Lakin vəsiyyətnaməni qoyan şəxsin keçmiş arvadı onu evə buraxmadığından yenidən vəsiyyətnamə tərtib edə bilməmişlər. X4 qardaşına bildirmişdir ki, qarşı tərəfi razılığa gətirsinlər, gün təyin etsinlər, o da gəlib yeni vəsiyyətnamə tərtib edərək rəsmiləşdirsin. Lakin tərəflərin sonradan müraciəti olmadığından o yeni vəsiyyətnaməni tərtib etməmişdir. Məhkəmə baxış iclasında iştirak edən Hacıqabul rayon notariat ofisinin aparıcı mütəxəssisi X20 izahat verərək bildirdi ki, X25 müraciəti əsasında vəsiyyətnamə tərtib edilməsi üçün X4 yaşadığı evə getmişdir. Həmin vaxt notarius olmadığıdan vəsiyyətnamənin tərtib edilməsi üçün özü getmiş, iki nəfər şahid, vətəndaşın iştirakı ilə vəsiyyətnamə tərtib edilmişdir. Vəsiyyətnamə tərtib edilən zaman vətəndaş X8 divanda oturaq vəziyyətdə olmuş, eyni zamanda öz hərəkətlərini başa düşmüşdü. Ona hüquq və vəzifələri izah olunmuş və X8 bütün əmlakının arvadını verəcəyini bildirmiş, vəsiyyətnamə tərtib edildikdən sonra ona oxunmuş, razı olduğunu bildirdikdən sonra vəsiyyətnaməni imzalamışdır. Sonradan vəsiyyətnamə ilə bağlı hər hansı narazılıq olmamışdır, bu barədə onun məlumatı yoxdur. O, həmçinin bildirdi ki, notariat hərkətinin aparılmasına dair kitabdan çıxarışda barəsində müraciət olunan şəxs qismində X8 əvəzinə texniki səhv olaraq X9 yazılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı etiraf etmədi və izahat verib bildirdi ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə1 Mayis oğlu iddianı etiraf etmədi, izahat verib bildirdi ki, notarisu özü izahatında bildirmiş ki, vəsiyyətnamə tərtib edilərkən hər şey şəffaf şəkildə, qanunvericliyinə tələbinə uyğun olmuşdur. X8 həmin andan bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, qardaşı X8 insult keçirmiş, evdə müalicə olunmuşdur. Qardaşının oğlu Ramil Şəfiqəni evə buraxmadığından onlar qardaşının müalicəsi ilə məşğul olmuşlar. Qardaşının iki evi var idi, biri özünün keçmiş arvadı ilə yaşadığı dövrdə tikdiyi ev, digər isə oğlu Rusiyada işləyərkən onun göndərdiyi pul ilə tikdirdiyi ev. Qardaşı həmin evi oğlu Müşfiqə vermək istəyirdi. Lakin onlar 2021-ci ilin aprel ayında eşitmişlər ki, qardaşı bütün əmlakını arvadına vermişdir. Məsələni öyrənmək üçün Hacıqabul rayon notariat ofisinə getmişlər, notarius Ruslana vəsiyyətnamədə vəsiyyət edilən evin əslində qardaşının oğlunun olduğunu bildirmişlər. Bundan sonra notarius Ruslan onunla birlikdə qardaşının yaşadığı evə getmişlər. Notarius təsir edilməsin deyə onu qardaşı olan otağa buraxmamış, ancaq bilmişlər ki, qardaşı yalnız yaşadıqları evin bir otağını arvadı Şəfiqəyə verir. Notarius qardaşı ilə danışıqlarını telefon vasitəsilə çəkiliş apararaq qeyd etdiyini və bu məsələni həll edəcəyini bildirmişdir. Onlar da elə bilmişlər ki, vəsiyyətnamə məsələsi həll olunacaq. Sonradan notaius həmin görüntüləri silmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib bildirdi ki, X8 ilə qonşu olmuşlar, Şəfiqə ilə qonşudur, münasibətləri yaxşıdır. Qonşu kimi bir-birilərinin xeyir, şərində iştirak etmişlər. Muradxan rəhmətə gedənə qədər psixi vəziyyəti yaxşı olmuşdur. Muradxanın uşaqları Rusiya Federasiyanda olduqlarından evə gediş-gəliş etməmişlər. O, özü sağlığında söhbət əsnasında bildirmişdir ki, nəyi varsa onu Şəfiqəyə vəsiyyət edəcəkdir. Bacı, qardaşları da onu görməyə gəlməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İvanovan ifadə verib bildirdi ki, Şəfiqə onun qonşusudur. Muradxan Şükürovala həm qonşu olmuş, həm də birlikdə zavodda işləmişlər. Muradxanın iki oğlu, bir qızı vardır. Uzun müddətdir ki, onun uşaqlarının evinə gəlməsini görməmişlər. Muradxan özü bildirmişdir ki, onun Şəfiqədən başqa heç kimi yoxdur. Muradxan həmişə demişdir ki, ona məxsus olan hər şeyi Şəfiqəyə verəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materillarında olan : xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki , Əli- Bayramlı şəhər Xəqani küçəsi ev 30 mənzil 18 ünvanında qeydiyyatda olan X8 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verirəm : 1. Ölən günədək mənə məxsus olan bütün daşınar və daşınmaz əmlakımı ünvan 5 ünvanında qeydiyyatda olan arvadı- Cavabdeh2 vəsiyyət edirəm. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu notraius tərəfindən mənə izah edildi. 3. Vəsiyyətnamə 2 nüsxədən ibarət tərtib edildi. Onların bir nüsxəsi Hacıqabul rayonu xüsusi notariat ofisində saxlanılır, ikinci nüsxə isə vəsiyyət edənə verilir. Notariat hərkətinin aparılmasına dair kitabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə X9 barəsində vəsiyyətnamə növündə notariat hərəkəti aparılmışdır. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1976cı ildə Sabirabad rayonu Güdəcühür kəndində anadan olmuş X7 X1, anası Cavabdeh2 Məmməd qızıdır. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Məmməd qızı xx.xx.2002-ci il tarixdə kəllə tağı əsası sümüklərinin sınığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə beyin ödemi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-cü il tarixdə 515 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X36 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1543 saylı arayışdan görünür ki, X2 şəhəri Xaqani küçəsi ev 30 mənzil 18 ünvanında qeydiyyatdadır . Ailə tərkibi : 1985-ci il təvəllüdlü X18, 2009-cu il təvəllüdlü X23 və 2011-ci il təvəllüdlü X26 . Elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Mayis oğlunun ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Hacıqabul rayon notariat ofisinə qarşı xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə mülki iddia qaldırmışdır. Hesab edirlər ki, vəsiyyətnamə verildliyi tarixdən xx.xx.2021-ci il tarixdən iddianın məhkəmədə qaldırıldığı xx.xx.2024-cü il tarixinə kimi 3 il müddət keçmişdir, birtərəfli əqdlərin etibarsızlığı üzrə iddia müddəti - 1 il keçmişdir, İddiaçı vəsiyyətnamənin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1 və 375.2-ci maddəsinə əsasən hazırki mülki mübahisəyə iddia müddəti tətbiq edilərək İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-859/2023 saylı qətnaməsinə əsasən Cavabdeh2 mərhum əri X3 miras qalmış ünvan 6 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şirvan şəhəri 1 saylı Notariat ofisinin üzərinə qoyulmuş, həmin əmlakın ¼ hissəsi üzərində vəziyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınmış (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmuş, iddiaçı Cavabdeh2 məhrum əri X3 miras qalmış ünvan 6 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınmış və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulmuşdur. Əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınması (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulması, Şirvan şəhəri Xəqani küçəsi bina 30, 18 saylı (yeni qaydalarla AZ 1800 Şirvan şəhəri Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin 1/5 hissəsinə X4 payının müəyyən edilməsi, X4 1/5 hissədə payının 4/8 hissəsinə vəsiyyət üzrə və 1/8 hissəsinə qanun üzrə Cavabdeh2 vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulması, mərhum X4 Şirvan şəhəri Xəqani küçəsi bina 30, 18 saylı (yeni qaydalarla AZ1800 Şirvan şəhəri Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin miras əmlak üzrə payı müəyyən edilmiş 1/5 hissəsinin 3/8 hissəsi digər 3 vərəsələr, yəni X13, X17 və X10 arasında bölüşdürülsün və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-859/2023 saylı qətnaməsinə görə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)–859/2023 saylı qətnaməsində yol verilmiş yanlışlıq düzəldilmiş, qətnamənin əsaslandırıcı və nəticə hissəsində “iddiaçı Cavabdeh2 mərhum əri X3 miras qalmış ünvan 6 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şirvan şəhəri 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Həmin əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddiaçı Cavabdeh2 məhrum əri X3 miras qalmış ünvan 7 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun” əvəzinə “iddiaçı Cavabdeh2 mərhum əri X3 miras qalmış ünvan 6 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şirvan şəhəri 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Ümumi (torpaq sahəsinin) əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddiaçı Cavabdeh2 məhrum əri X3 miras qalmış ünvan 6 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun. Ümumi əmlakın (bağ evinin) ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınsın (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulsun” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il, “V.Quliyevin şikayəti üzrə” 07 sentyabr 2017-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, mülkiyyət hüququ ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi ona verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Habelə Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bundan əlavə Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. MM-in 1166-cı maddəsinə əsasən ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-in 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. MM-in 1180.1 və 1180.2-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə də, qanunvericiliyin qüvvədə olan normalarına əsasən fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 5-ci bəndinə əsasən notarius "Notariat haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan notariat hərəkətlərini apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, dövlət və bələdiyyə qurumlarından, habelə fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verə bilər. Bu hərəkətlərin yerinə yetirilməsi dövlət notariat ofisinin ştatında olan məsləhətçilərə, eləcə də xüsusi notariusun köməkçisinə həvalə edilə bilər. Həmin Təlimatın 57-ci bəndinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Təlimatın 60-ci bəndinin tələbinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs vəsiyyətnamə təsdiq olunarkən iştirak edə bilməz və vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz. MM-in 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş üzrə olan sübutlarla, X4 19 mart 2021-ci il tarixli vəsiyyəti edərkən öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi, öz iradəsini aydın ifadə edə bilməməsi, fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması, bununla da vəsiyyətnamənin qanunvericiliyin tələbləri pozulmaqla verilməsi halı sübut edilməmişdir. MPM-in 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bununla yanaşı, məhkəmə diqqətə çatdırır ki, MM-i 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddia ərizəsinin məzmunundan və işin hallarından göründüyü kimi, iddiaçının əmisi - atasının böyük qardaşı X5 xx.xx.2021-ci ildə X1 tərəfindən vəsiyyətnamə verildiyini eşidəndən bir ay sonra onun oğulları və digər yaxın qohumlar, ünvan 1 ünvanına – atasının yanına gəlib ondan adıçəkilən yerləşən evin bütövlükdə və ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin və iki mərtəbəli bağ evinin, eləcə də bütün daşınar və daşınmaz əmlaklarının nə üçün ikinci arvadı Cavabdeh2 adına vəsiyyət etdiyini soruşanda o bildirmişdir ki, bağ evini oğlu Müşviq öz vəsaiti hesabına onun adına tikdirib, bağ evi bütövlükdə Müşviqindir, onun ailəsinə aiddir, onun o evə heç bir aidiyyəti yoxdur. Beləcə, iddiaçının həmin vaxtdan da hazırkı mübahisəli əqddən məlumatı olmuş, lakin iddia tələbini 3 il müddət ötdükdən sonra irəli sürmüşdür. Yəni iddia tələbi əsaslı olduğu təqdirdə belə, artıq qanunla müəyyən edilmiş müddət ötürülməklə iddianın qaldırılması aşkardır. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, xx.xx.2021-ci il tarixli 2V-1/59 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X7 cavabdehlər Hacıqabul rayon notariat ofisininə və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-658/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-658/2024
16.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver