Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-755/2023 22.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməsi ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs1 cəlbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2023cü il tarixli, MŞS/MT-023/2023-00668 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs1 ilə xx.xx.2008-ci il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində 279 saylı nikah qeydi ilə rəsmi ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. xx.xx.2014-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin 2(032)- 918/2014 saylı qərarı ilə aralarında olan rəsmi nikah pozulmuşdur. Nikahları pozulan zaman iki azyaşlı övladları ananın himayəsinə verilmişdir. Heç bir yerdə işləmir, uşağı tək saxlamaq onun üçün çətindir, ona görə də cavabdehin uşaqların saxlanması üçün maddi yardımına ehtiyacı vardır. Aliment üçün Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət etdi. Mediasiya zamanı cavabdeh Maraqlı şəxs1 ilə razılığa gəldilər. Belə ki, hər ay hər uşaq üçün 80 manat, ümumilikdə hər ay 160 manat alimentin ödənilməsini cavabdeh öz üzərinə götürdü. Lakin barışıq sazişinin imzalandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən qanun üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs1 tərəfindən könüllü surətdə icra edilməmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs1 tələbin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Digər maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Maraqlı şəxs2 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 Ərizəçi ilə bağlanmış nikahı xx.xx.2014-cü il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 78 № ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən: Ərizəçi Maraqlı şəxs1 ilə birgə nikahlarından doğulmuş X3 və X1 üçün ona hər ay hər uşağa 80 manat olmaqla, ümumilikdə 160 manat aliment ödəməsinə dair öhdəlik götürmüşdür. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-355-26.1.1-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında qanunamüvafiq qaydada mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, tərəflər müvafiq ailə münasibətlərindən irəli gələn aliment barədə razılığa gəlmiş və razılıqları müvafiq barışıq sazişi ilə təsdiq edilmişdir, hazırda sözügedən sazişin ləğvi və ya etibarsızlığı, qanuna zidd olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilmədiyindən ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanılmış 06 aprel 2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Sabirabad 1 saylı Mediasiya Təşkilatının mediatoru Maraqlı şəxs2 iştirakı ilə tərtib olunmuş – Maraqlı şəxs1 ilə Ərizəçi arasında bağlanmış övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 160 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyə dair öhdəlik götürməsi barədə - 06 aprel 2023-cü il tarixli, MŞS/MT-023/2023-00668 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-755/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-755/2023
22.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver