Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-759/2023 20.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə” dair mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X1 Qaz İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 1555 manat 20 qəpik cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri 20 Yanvar küçəsi ev 2, mənzil 4-də yaşayır. Təbii qaz istifadəçisidir. Hər ay təqdim olunmuş bildiriş əsasında işlətdiyi qazın dəyərini ödəmişdir. xx.xx.2022-ci ildə istifadəsində olan qaz sayğacının istismar müddəti bitdiyi üçün yenisi ilə əvəzlənmişdir. Sayğac çıxarılanda hər-hansı bir problem olmamışdır. İşlək olmuş, Şirvan Qaz İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda hər hansı bir çatışmamazlıq qeyd olunmamışdır. 2023-cü ilin mart ayında qaz nəzarətçisi 1555 manat 20 qəpik məbləğində cərimə olunduğunu bildirmişdir. Cərimənin yazılma səbəbi guya ünvanından çıxarılmış qaz sayğacının xətalarının təyin edilə bilmədiyi, çıxış plastmas borusunun deşildiyi, sınaq qurğusunda yoxlamaq mümkün olmadığı, sayğac istismara yararsız olduğu olmuşdur. Həmin akt qanunsuz yazılmışdır. Sayğac hər ay qaz sərfini qeydə almışdır. Sayğacda hər-hansı bir qüsur olmadığı çıxarılan zaman mütəxəssislər tərəfindən yerində yoxlanılaraq aktlaşdırılmışdır. Sayğacda qüsur olsaydı bunu sayğacı dəyişən işçilər görər və sayğacın çıxarılması barədə tərtib olunmuş ******* nömrəli aktda qeydlər aparardılar. Sayğac qaz idarəsinin quraşdırdığı yerdə, pilləkən qəfəsliyində, yaşayış sahəsindən çöldə gözlərinin qabağında qurulmuş, qoruyucu qutuyla təmin olunmamışdır. Qaz idarəsinin təqdim etdiyi abonent məlumatlarından mənzildə 12 il ərzində 690 manat dəyərində qaz işləndiyi açıq aşkar göründüyü halda necə və hansı əsasla 90 gün müəddətində 1555 manat 20 qəpik cərimə hesablanır? 5 ildən bir dəyişməli olduğu halda 15-20 il istismarda qalan qaz sayğacının “Azəriqaz” tərəfindən xətaları təyin edilə bilməyibsə, sınaq qurğusunda yoxlamaq mümkün olmayıbsa hansı qüvvədə olan qanuna istinad edərək cərimə hesablanıb? Ümumiyyətlə “Azəriqaz”-ın cərimə hesablamaq səlahiyyəti varmı? Ona yazılmış cərimə qanunsuzdur. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 30 dekabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Şirvan şəhəri 20 Yanvar küçəsi ev 2, mənzil 4-də quraşdırılmış qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verirş Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” 28 fevral 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 28 fevral 2023-cü il tarixli 14-2-2- 3/51137-1 saylı rəyinə əsasən çıxarılan 00152864-li qaz sayğacın çıxış plastmas borusu deşilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 6m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 12960 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 28 fevral 2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri 20 Yanvar küçəsi ev 2, mənzil 4-də quraşdırılmış Zenner G-4T Mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il fevral ayı üçün 1555 manat 20 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 28 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən iddiaçının abonenti olduğu Şirvan şəhəri 20 Yanvar küçəsi ev 2, mənzil 4-də quraşdırılmış qaz sayğacın çıxış plastmas borusu deşilməsi aşkar edilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 1555 manat 20 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 28 fevral 2023-cü il tarixli ******* saylı aktda sayğacın istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğvi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın ləğvi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 28 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 1555 manat 20 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın ləğv edilməsi hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-759/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-759/2023
20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver