Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-792/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktların ləğvi və həmin aktlar əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı aktın ləğvi və həmin akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı aktının, xx.xx.2021-ci il tarixli ******* saylı aktının, xx.xx.2021-ci il tarixli 03233656 saylı aktının ləğv edilərək hesablanmış cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki , onun yaşadığı evdə olan qaz sayğacı çöldə yerləşir. “Azərqaz” istehsalat birliyi 03 dekabr 2020-ci il tarixində c-4 markalı **********7 saylı sayğaca ümumi baxış keçirmişlər, həmin baxışda onladan evdən heç kəs iştirak etməyib və yazılan akta imza etməmişlər. Onlar özləri saxta akt tərtib edərək akta özləri imza edib çıxıb getmişlər. Yenidən “Azərqazın” nümayəndələri 13 fevral 2021-ci il tarixində C-4 markalı **********7 saylı sayqaca umumi baxış keçirmişlər, həmin baxışda onların evdən heç kəs iştirak etməyib və onlar akta imza etməmişlər. Akt saxta yazılaraq özləri imza edib çıxıb getmişlər. Həmin aktlardan əlavə , “Azərqazın” nümayəndələri 16 noyabr 2021-ci iltarixində C-4 markalı **********509 saylı sayğaca umumi baxış keçirmişlər, ******* saylı akt tərtib etmişlər. Akt yazılan vaxta o akta imza etməmiş, aktı özləri yazaraq imza edib çıxıb getmişlər. Sayğaca baxış keçirən vaxt foto şəkillər çəkilməmiş, həmin vaxt hal şahidləri iştirak etməmişdir. Onlar öz başına akt yazıb çıxıb gemişlər. O, 03 dekabr 2020-ci il tarixində yazılmış ******* saylı, 02 fevral 2021-ci il tarixində yazılmış ******* saylı və 16 noyabr 2021-ci il yazılmış ******* saylı aktı qanunsuz sayır. Sayğac evin çölündə qoyulub. Onlar sayqaca heç bir müdaxilə edə bilmirlər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı iddia ərizəsində qeyd olunmuş ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o məhkəməyə gəlməmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə Cavabdeh İB-nin hüquqi ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-cu, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq , məhkəmə qərara aldı : İddiaçı Cavabdeh İB-yə qarşı aktların ləğvi və həmin aktlar əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-792/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-792/2025
02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver