Məhkəmə qərarları › İş №2(032)-798/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-798/2023

01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-798/2023 01.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz borcun əsassız hesab edilərək abonent hesabından silinməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və borcun əsassız hesab edilərək abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Mehmandarov küçəsində yerləşən 28 nömrəli qeyri-yaşayış sahəsində X4 edilməsi üçün enerjitəchizatı müəssisəsi ilə aralarında elektrik enerjisinin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, 006009 nömrəli müqavilə bağlanmışdır. Həmin vaxt obyekt onun mülkiyyətində idi. Hal-hazırda mülkiyyət hüququ gəlinində olsa da kommunal xərclər öz adınadır. Sayğac smart tipli olduğu üçün nə işlədilibsə onun pulunu ödəmişlər. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məlumat verilmədən və iştirakını təmin etmədən həmin qeyri-yaşayış sahəsinə quraşdırılmış PAUD markalı, **********3 nömrəli işıq sayğacın üzərinə yoxlama aparılmış və xx.xx.2023-cü il tarixli NDQ 015425 nömrəli qanunsuz akt tərtib edilmişdir. Akta əsasən ona 3806.22 manat cərimə olunduğu bildirildi. Bundan başqa pul ödənilmədiyi halda qeyriyaşayış sahəsinə verilən elektrik enerjisinin dayandırılacağı bildirildi. Həmin qeyri-yaşayış sahəsini oğlu dükan işlətdiyi üçün və dükanın fəaliyyəti dayanmasın deyə 300 manat ödəniş etmişdir. İddiaçı X3 məhkəməyə vəsatət təqdim edərək özünün əsl iddiaçı qismində İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. məhkəmənin gedişatında vəsatət təmin edilmiş və İddiaçı əsl iddiaçı kimi işə cəlb edilmişdir. İddiaçı nümayəndəsi iddia həcmini azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, NDM № 015425 akt əsasında hesabına yazılmış 3180,32 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edib toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, NDM № 015425 aktdan görünür ki, EEİQ-na uyğun olaraq obyektin sayğacına baxış keçirən zaman məlum oldu ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmən kənar xətt sayğacı qidalandıran giriş kabelinin izolyasiyası pozularaq budaqlanma yolu ilə divardan xüsusi dəlik açılaraq obyektə çəkilmişdir. Tərəflərindən kənar xətdən axan yükü ölçmək mümkün olmadı. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Səmədbəy Mehmandarov küçəsi 28 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. X2 məxsus ünvan 1 ünvanına dair abunə haqqında çıxarışda abonentə EİQ pozulması səbəbindən 3497,67 manat məbləğin müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********552300 nömrəli məktubunda göstərilmişdir ki, Nümayəndə2 (VÖEN **********) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi ödəyicisinə məxsus vergi orqanında qeydiyyatda olan Şirvan şəhəri, Mehmandarov küçəsində yerləşən adı “Avtoyuma”, əsas fəaliyyət növü “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” olmaqla fəaliyyəti dayandırılmış vəziyyətdə olan 1 (bir) təsərrüfat obyekti vardır. Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)-522/2023 saylı qərarı ilə iddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “X4 Qaydaları”-nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğa clarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X4 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X4yə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Beləliklə, məhkəmə araşdırması zamanı məyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə hesablaşma elektrik sayğacına baxış keçirmək məqsədi ilə iddiaçıya məxsus ünvanda yerləşən abonenti olduğu qeyri-yaşayış sahəsində sayğac sxemindən kənar xətt daxil olduğu müəyyən edildiyindən fakt rəsmiləşdirilmiş, cəmi 3806,22 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Cavabdeh təşkilat bildirir ki, sayğaca baxış keçirildiyi zaman abonent sayğacdan kənar X4 etmişdir, iddiaçı nümayəndəsi iddia edir ki, sayğaca onun tərəfindən müdaxilə olunmamış və zədələnməmişdir. X4ni əks etdirən saldodan da məlum olduğu kimi, şəxs akt tərtib edilənə və kənar xətt müəyyən edilənədək xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 50 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 100 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 100 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 19-20 manat, xx.xx.2023-cü il tarixdə isə 11 manat məbləğində ödənişlər etmişdir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh təşkilat iddiaçıya verdiyi elektrik enerjisinin dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olan və sayğacdan kənar qoşulduğunu xx.xx.2023-cü il tarixdə müəyyən edən cavabdeh əvvəlki ay elektrik enerjisi istehlakında iddiaçının hər hansı qüsurunu aşkar etmədiyindən, hesablaşmanı göstərilən tarixdən əvvəlki 1 ay üçün yenidən aparmalı olsa da, hesablaşmanı 365 gün üçün aparmış, nəticədə iddiaçıya 625,9 manat hesablanmalı olduğu halda, ümumi 3806,22 manat hesablamış, nəticədə 3180,32 manat borcu əsassız olaraq artıq hesablamışdır. Hazırda isə iddiaçı həmin məbləğin hesabından silinməsini xahiş edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM № 015425 akt əsasında hesablanmış 3180 (üç min yüz səksən) manat 0,32 (otuz iki) qəpik cərimə İddiaçı **********92357 nömrəli abunə hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM № 015425 akt əsasında hesablanmış 3180 (üç min yüz səksən) manat 0,32 (otuz iki) qəpik cərimə İddiaçı **********92357 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar