Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-799/2024 25.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 886 manat 40 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Vidadi küçəsi dalan 1 ev 10 ünvanında qeydiyyatdadır. Qeyd edilən daşınmaz əmlak ƏMDX-nin DƏDRX hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən **********67-10301 nömrəli xx.xx.2007-ci il tarixli çıxarış vardır. Ünvan üzrə cavabdeh təşkilat Cavabdeh ASC-nin Şirvan Su kanal Sahəsi ilə “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə müqavilə” bağlanmışdır. Ünvan üzrə 2015-ci il tarixdən etibarən yaşayış olmamışdır. Şirvan şəhəri üzrə su və kanalizasiya sistemlərinin yenidənqurma işlərinin aparılması məqəsdi ilə ümumi istifadədə olan küçədə su şəbəkəsi qurularkən ünvan üzrə su xətti birləşməsi verilməmişdir. Təbii ki, köhnə şəbəkənin istifadəsi dayandırılmaqla ünvan üzrə su xətti dayandırılmışdır. Digər tərəfdən ünvan üzrə yaşayış olmaması kommunal xidmətlər olan "xxxx" ASC və "xxxx" ASC-nin təqdim etdiyi abonent kartları ilə sübuta yetirilir. Ünvan üzrə su şəbəkəsinə su sayğacı quraşdırılmamışdır. Fərdi yaşayış evi üzrə ailə tərkibi 4 nəfər olmaqla hesabat aparılmış, lakin anası X3 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, iki övladı isə 2015-ci ilədək ailə quraraq başqa ünvana köçüb getmişlər. Qeyd edilən ünvan üzrə yaşayış və su şəbəkəsinə qoşulma olmadığından şifahi qaydada Sukanal İdarəsinə müraciəti cavabsız qalmış, bu müddət ərzində hesabat dayandırılmamışdır. Hazırda ünvan üzrə adına Şirvan Sukanal İdarəsində müqavilə bağlamadan abonent kodu açılmış və itirilmiş sərfiyyat hesablanmaqla 886 manat 40 qəpik məbləğdə borc hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştiak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddianı qismən etiraf etdi və izahat verərək bildirdi ki, abonent onlara müraciət edərək həmin ünvanda yaşayış olmadığını göstərmişdir. İddiaçı həmin ünvanda yaşamamış, 2016-cı ildən sonra həmin ünvanda yaşayış olmadığına abonentlə heç bir müqavilə bağlanmamışdır. Abonent tərəfindən ailə tərkibi haqqında arayış təqdim edilmədiyindən Nazirlər Kabinentinin qərarına əsasən ailə tərkibi minimum dörd nəfər götürülməklə abonentin hesabına borc hesablanmışdır. Borcun hesablanmasında olan fərqli qiymətlər həmin dövrdə suyun qiymətinin qalxması ilə əlaqədar olmuşdur. İddianın qismən təmin edilməsini, 2011-cildən 2016-cı ilin yanvar ayınadək ödənilməmiş qalan 102 manat məbləğində borc məbləğinin iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi . Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Abonent kartından görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə ünvan 2 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su xidmətinin göstərilməsi ilə əlaqədar 34425541 saylı müqavilə bağlanmışdır (Abonent kodu: **********010). Eyni zamanda müəyyən olunur ki, 2016-cı il üzrə iddiaçının ümumi sərfiyyatı 16 m3; 2017-ci il üzrə ümumi sərfiyyat 245 m3; 2018-ci il üzrə ümumi sərfiyyat 243 m3; 2019cu il üzrə ümumi sərfiyyat 242 m3; 2020-ci il üzrə ümumi sərfiyyat 163 m3; xx.xx.2021xx.xx.2022 tarix aralığı üzrə 240 m3; xx.xx.2022-xx.xx.2023 tarix aralığı üzrə 240 m3; xx.xx.2023-xx.xx.2024 tarix aralığı üzrə 239 m3; xx.xx.2024-xx.xx.2024 tarix aralığı üzrə 61 m3 hesablanmış, İddiaçı qeyd olunan tarixlər üzrə hesablanmış 886 manat 40 qəpik borc qalıq qalımışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Əli-Bayramlı şəhəri Vidadi küçəsi dalan 1 10 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 134 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci ildə ürəyin qəfləti dayanması səbəbindən Əli-Bayramlı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 yanvar 2006-cı ildə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 04 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 1(101)-1207/2019 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cəzasının çəkilməmiş 02 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsi ərzində İddiaçı davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılması, İddiaçı üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, qərarın icrasının dərhal təmin edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə müəəyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 1(101)- 1207/2019 saylı hokmü ilə İddiaçı CM-in 144-1.2.1, 144-1.2.2, 14424-1 144-1.2.5-cı maddələri ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69 3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 04 il 04 ay 03 gün muddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin başlanğıcının 26 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Abonentin saldosu sənədindən görünür ki, X1 ünvan 3 ünvanına quraşdırılmış 4 gözlü qaz plitələri (PQ-4)(1/2), samovar (1/1), qızdırıcı radiator peçi (1/2) üzrə qalıq və aktlar qrafası üzrə 2015-ci il üzrə sərfiyyat 751 m3 , 2017-ci il üzrə sərfiyyat 0 m3, 2018-ci il üzrə 0 m3 hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə görə istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “X4”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Həmin Qaydalarıın 7.4cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşdən də göründüyü kimi, cavabdehin nümayəndəsi məhkəmə iclasında İddiaçı həmin ünvanda yaşamadığını, 2016-cı ildən sonra həmin ünvanda yaşayış olmadığına görə abonentlə heç bir müqavilə bağlanmamasını, abonent tərəfindən ailə tərkibi haqqında arayış təqdim edilmədiyi üçün Nazirlər Kabinentinin müvafiq qərarına əsasən ailə tərkibi minimum dörd nəfər götürülməklə abonentin hesabına borc hesablanması, 2011-cildən 2016-cı ilin yanvar ayınadək ödənilməmiş qalan 102 manat məbləğində borc məbləğinin iddiaçıdan tutulmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Eyni zamanda, məhkəmə nəzərə alır ki, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 1(101)-1207/2019 saylı hokmü ilə 04 il 04 ay 03 gün muddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə çəkilməmiş cəzasından vaxtından əvvəl azad edilmişdir. Lakin Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin müddət ərzində ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə su xidmətinin göstərilməsi ilə əlaqədar borc hesablanmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hesablanmış 886 manat 40 qəpik məbləğində borcdan iddiaçının istifadə edə biləcəyi 2011-ci ilin 01 yanvar 2016-cı il tarix aralığı üzrə iddiaçı tərəfindən ödənilməmiş qalan borc, yəni 102 manat çıxılmalı, əsassız olaraq hesablanmış 784 manat 40 qəpik borc məbləği silinməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan Şirvan şəhəri Vidadi küçəsi dalan 1 ev 10 A ünvanında yerləşən fərdi yaşayış evinə sərf edilmiş suya görə əsassız hesablanmış 784 manat 40 qəpik borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Şirvan şəhəri Vidadi küçəsi dalan 1 ev 10 A (Abonent kodu: **********02230) ünvanına əsassız hesablanmış 784 (yeddi yüz səksən dörd) manat 40 (qırx) qəpik məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-799/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-799/2024
25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver