Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-8/2024 11.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz (özbaşına zəbt edilmiş) tutulmuş təxminən 120 kv.m torpaq sahəsində ev tikintisi işlərinin, dəmir darvazanın və özbaşına inşa edilmiş yol və yarımtikililərin cavabdehin hesabına sökülməsi, tikinti üçün həmin əraziyə tökülmüş iki maşın mişar daşının yığışdırılması və artıq zəbt olunmuş torpaq sahələrinin Bələdiyyənin ehtiyat fonduna qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirvan şəhər Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şirvan şəhəri Mahir Mirzəyev küçəsində Şirvan- Salyan avtomobil yolunun şərq hissəsində şəhər qəbirstanlığının cənub tərəfində yerləşən torpaq sahəsində qanunsuz aparılmış 120 kv.m sahədə ev tikintisi işlərinin cavabdehə hesabına sökülməsi, orada qoyulmuş dəmir darvaza və Bələdiyyə sahəsində özbaşına çəkilmiş yol və tikililər sökülməklə ,əlavə torpaq sahəsini özbaşına zəbt etmək üçün boşaldılmış iki maşın mişar daşının cavabdehin hesabına həmin sahədən yığışdırılması, torpaq sahələrinin əvvəllki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən şəhərin M.Mirzəyev küçəsində, Şirvan - Salyan avtomobil yolunun şərq hissəsində, şəhər qəbirsanlığının cənub tərəfində yerləşən torpaq sahəsində ilkin torpaq ayırma sənədləri və mülkiyyət, icarə sənədləri olmadan özbaşına tikinti işləri aparılır. Bu barədə Şirvan şəhər Bələdiyyəsi, Şirvan şəhər 1 saylı Ərazi Nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin və digər aidiyyəti qurumların xəbərdarlığı və monitorinq keçirməsi ilə bu faktlar aşkar olunmuşdur. Müəyyən olunmuşdur ki, şəhər sakini Cavabdeh, qardaşı X3 və X2 tərəfindən Bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı, örüş uqodiyalı 2,5 ha torpaq sahəsi dəmir tor və beton lövhə ilə hasara alınmış,orada Cavabdeh tərəfindən 120 kv.m. sahədə ev tikintisi işlərinin aparılması faktı aşkar olunmuşdur. Bundan əlavə kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində əlavə qardaşı X3 və X2 tərəfindən iki fərdi yaşayış evi tikilmiş, yeni daha birisi Cavabdeh tərəfindən inşa etdirilir. Özbaşına (zəbt edilmiş) 2.5 hektar kənd təsərrüfatlı torpaq sahəsindən əlavə Cavabdeh tərəfindən həmin torpaq sahəsindən bayırda Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinə 2 maşın mişar daşı tökülmüş, qanunsuz (özbaşına) istifadə etdikləri 2.5 hektar kənd təsərrüfatlı torpaq sahəsindən əlavə torpaq sahəsi də zəbt olunmağa cəhd edilir,iki yerdən maşın yolu olmasına baxmayaraq 3- cü əlavə maşın yolu da cavabdeh tərəfindən çəkilmişdir. Lakin dəfələrlə xəbərdarlıq və akt tərtib edilməsinə baxmayaraq Cavabdeh tərəfindən tikinti işləri davam etdirilir. Bu barədə Şirvan şəhər Bələdiyyəsi tərəfindən Şirvan şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinə, Şirvan şəhər Polis şöbəsinə, Şirvan şəhər Prokurorluğuna rəsmi məktubla müraciət olunmuşdur. Bunun nəticəsində Cavabdeh, qardaşı X3 hər biri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 350 manat cərimə olunmuşdur. Anası X1 şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 23.11 2022-ci il taixli MN 1315958№-li “İnzibati tənbeh vermə haqqında” Qərara əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Eyni zamanda Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən X5 qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilmiş, özbaşına aparılmış tikintinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və ya daşınmaz əmlaka dair qanunamüvafiq qaydada sənədləşmə işini tez bir zamanda aparması tövsiyyə edilmişdir. Eyni zamanda Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə cərimə tətbiq olunmuşdur. Lakin bütün bunlardan nəticə çıxarmayan Cavabdeh və qardaşı X3, X2 yuxarıda göstərilən İnzibati Xətalar üzrə cərimələrdən nəticə çıxarmırlar. Bütün bunları nəzərə alaraq Şirvan şəhər Bələdiyyəsi Bələdiyyə torpaqlarının məqsədli təyinatını, “özbaşına tikintilərə qarşı və özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədən kənar torpaq mübahisələrinin həlli” üçün aparılan tədbirlər nəticə vermədiyindən məhkəməyə müraciət edir. Bildiririk ki, şəhər sakini Cavabdeh istər Şirvan şəhər İcra Hakimiyyətində, Şirvan şəhər İcra Hakimiyyətinin başçısının 1 saylı Ərazi Nümayəndəliyində müvafiq xəbərdarlıqlar edilmişdir. Şirvan şəhər Bələdiyyəsinin 17 saylı xx.xx.2022-ci il tarixli “İddiaçı mülkiyyətində olan torpaq və yaşıllıqların mühafizəsi və uçotunun aparılması məqsədi ilə monitorinq qrupların yaradılması haqqında” müvafiq əmr də verilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Şirvan şəhəri Mahir Mirzəyev küçəsində, Şirvan-Salyan avtomobil yolunun şərq hissəsində, şəhər qəbirsanlığının cənub tərəfində yerləşən torpaq sahəsində qanunsuz aparılmış 120 (bir yüz iyirmi) kv.m sahədə ev tikintisi işləri, orada qoyulmuş dəmir darvaza, özbaşına çəkilmiş yol və bütün yarımtikililər cavabdehin hesabına sökülməklə torpaq sahəsini özbaşına zəbt etmək üçün boşaldılmış iki maşın mişar daşının həmin sahədən yığışdırılması, torpaq sahələri əvvəlki vəziyyətinə qaytarılması və həmin sözügedən torpaq sahəsinin Şirvan şəhəri İddiaçı ehtiyat torpaq fonduna qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan şəhər Bələdiyyəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-8/2-109/2023 saylı məktubundan görünür ki, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən qüvvədə olan qanunvericiliyin təblərinə uyğun olaraq məktubda adı qeyd olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan X4 barəsində Şirvan-Salyan avtomobil yolunun şərq hissəsində, şəhər qəbirstanlığının cənub tərəfində yerləşən torpaq sahəsində özbaşına tikinti işlərinin aparıldığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq materiallar qərar qəbul olunması üçün şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Sahibə Məmmədova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində özbaşına tikinti işlərinin aparılması nəzərdə tutulan inzibati xəta törətdiyinə görə xx.xx.2022-ci il tarixli "MN” ******* nörməli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən 500 manat məbləğində cərimə olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti haqqında”, "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” əsasnamələrə uyğun olaraq torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinın həyata keçirilməsi məqsədilə Şirvan şəhəri ərazisində bələdiyyə torpaqlarının istifadə vəziyyətinə nəzarəti qaydada baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, Şirvan Salyan yolunda yolun sol tərəfində (Çılpaqlı yaşayış massivi ərazisində) Şirvan şəhər sakini Cavabdeh tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid bələdiyyə fonduna aid örüş torpaq sahəsində 2.5 ha torpaq sahəsi dəmir tor və beton lövhə ilə hasara alınaraq orada həyətyanı məqsədilə ölçüləri 12 m x 10 m olmaqla ümumi 120 kvm sahədə mişar daşından tikinti aparılır və tikinti aparılan 120 kv.m sahədən əlavə beton lövhədən çöl istiqamətində ağaclar əkilmiş metal tor ilə əhatəyə alınmışdır. Ərazidə aparılan tikinti ilə bağlı vətəndaş Cavabdeh sənədlər tələb edildikdə onun tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədi. Bununla da Cavabdeh tərəfindən mülkiyyət, istifadə və icarə hüququ olmadan bələdiyyə torpağından 2.5 ha torpaq sahəsi dəmir tor ilə hasara alınmış və həyətyanı məqsədilə 120 kv.nı torpaq sahəsi zəbt olunaraq orada həyətyani məqsədi tikinti işləri aparılmaqla Torpaq Məcəlləsinin 110, 111-ci maddələrinin tələbləri pozulmuşdur ki, bu hal da onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlasnn 188.2-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şirvan- Salyan yolunun sol kənarında kənd təsərrufatı təyinatlı torpaqları kataqoriyasına aid bələdiyyə fondunun örüş torpaq sahəsində X12 tərəfindən zəbt edilərək fərdi yaşayış evi inşa etdiyini bildirmişdir. Müraciətə əlaqədar olaraq yuxarıda qeyd olunan əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olundu ki, Şirvan - Salyan avtomobil yolunun sol tərəfincə (Çılpaqlı yaşayış massivi ərazisində, X 322110, Y ******* kordinatlarla) Şirvan şəhər sakini Cavabdeh tərəfindən kənd təsərrufatı təyinatlı kataqoriyasına aid bələdiyyə fondunun örüş torpaq sahəsində 2,5 ha torpaq sahəsini dəmir, tor və beton lövhə ilə hasara alaraq orada həyətyanı məqsədilə ölçüləri 12 m x 10 m olmaqla ümumi 120 kv.m sahədə mişar daşından yarımçıq tikinli aşkar olurdu. Məmmədovdan sənədlər tələb edildikdə onun tərəfindən heç bir hüquqmüəyyəndici sənəd təqdin edilmədi və ona tikintinin dayandırılması barədə xəbərdarlıq edildi. Bununla bağlı Cavabdeh 26 aprel 2022ci il tarixde akt tərtib edilmişdir. Vətəndaş Məmmədov mülkiyyət, istifadə və icarə hüququ olmadan bələdiyyənin örüş torpağından 2,5 ha torpaq sahəsini zəbt edərək orada həyətyanı məqsədilə tikinti işləri aparmışdır. Cavabdeh Əliqulu oğlunun Torpaq Məcəlləsinin 110,111-ci maddələrinin tələbləri pozulduğu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi izah olunmuşdur. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci və 188.2-ci maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın X14 Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubundan görünür ki, ARDA Şirvan filialında mühafizə olunan Əli-Bayramlı şəhər XSD İcraiyyə Komitəsinin 1988-ci ilə aid protokollar kitabında X8 adına heç bir qərar aşkarlanmamışdır. 14 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli-Bayramlı-Salyan avtomobil yolunun şərq hissəsində qəbirstanlığının cənub tərəfində yerləşən qeyri-yaşayış obyekti, mülkiyyət hüququ əsasında payı bütövlükdə X8 adına 02 nömrəli reyestr kitabında 4-cü səhifədə 14 nömrə ilə qeydə alınıb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, Şirvan-ünvan 4 ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikili və yarımtikili obyektlərinin yerləşdiyi torpaq sahəsinin ölçüləri və koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Yuxarıda göstərilən torpaq sahəsində Cavabdeh tərəfindən yarımtikililər və tövlə inşa edilmişdir. Şirvan-Salyan avtomobil yolunun şərq hissəsində , şəhər qəbirstanlığının cənub tərəfində , Şirvan şəhəri M.Mirzəyev küçəsi 332 ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikili və yarımtikililərin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsusdur və faktiki olaraq Cavabdeh istifadəsindədir. İş üzrə iddiaçının təşəbbüsü əsasında tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-10/6014 saylı rəyində qeyd edilmişdir ki, Şirvan-ünvan 4 ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikili və yarımtikili obyektlərinin yerləşdiyi torpaq sahəsinin ölçüləri və koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Yuxarıda göstərilən torpaq sahəsində Cavabdeh tərəfindən yarımtikililər və tövlə inşa edilmişdir. Şirvan-Salyan avtomobil yolunun şərq hissəsində, şəhər qəbirstanlığının cənub tərəfində, Şirvan şəhəri M.Mirzəyev küçəsi 332 ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikili və yarımtikililərin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsusdur və faktiki olaraq Cavabdeh istifadəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan-ünvan 4 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən yarımtikililər və tövlə inşa edilmişdir. Şirvan-Salyan avtomobil yolunun şərq hissəsində, şəhər qəbirstanlığının cənub tərəfində, Şirvan şəhəri M.Mirzəyev küçəsi 332 ünvanda yerləşən Cavabdeh tərəfindən inşa edilən tikili və yarımtikililərin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsusdur və faktiki olaraq Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Mübahisəli torpaq sahəsi isə Şirvan şəhər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bələdiyyə, mülkiyyətçi olaraq özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri qaytarılması tələbi irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən mübahisəli ərazidə qanunsuz tikinti işləri aparılmışdır. Mübahisəli torpaq sahəsi isə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi olduğundan və mülkiyyət hüquq dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan cavabdeh tərəfində aparılmış olan tikinti işləri özbaşına tikinti kimi qiymətləndirilməli və cavabdeh öz hesabına sökülməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.4-cü bəndinə qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun. Qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı Şirvan şəhər Bələdiyyəsi dövlət rüsumu üçün 100 (bir yüz) manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Şirvan şəhər Bələdiyyəsi iş üzrə mütəxəsis rəyinin alınması ilə bağlı 95 (doxsan beş) manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Şirvan şəhəri Mahir Mirzəyev küçəsində Şirvan-Salyan avtomobil yolunun şərq hissəsində, şəhər qəbirsanlığının cənub tərəfində yerləşən torpaq sahəsində 120 (bir yüz iyirmi) kv.m torpaq sahəsində qanunsuz aparılmış 120 (bir yüz iyirmi) kv.m sahədə ev tikintisi işləri, orada qoyulmuş dəmir darvaza, özbaşına çəkilmiş yol və bütün yarımtikililər cavabdehin hesabına sökülməklə torpaq sahəsini özbaşına zəbt etmək üçün boşaldılmış iki maşın mişar daşı həmin sahədən yığışdırılsın, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmaqla İddiaçı ehtiyat torpaq fonduna qaytarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alnaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh tutulub iddiaçı Şirvan şəhər Bələdiyyəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-8/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-8/2024
11.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver