Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-80/2023 13.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəriqaz İB- qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X3 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 avqust 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və akta əsasən hesablanmış 1160 manat cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi vardır. Yaşayış evi anasından miras qalmışdır. X1 xx.xx.2022-ci il tarixdə beyin ödəmi səbəbindən vəfat etmişdir. Həmin yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və sayğac quraşdırılmışdır. 31 avqust 2022-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin bir neçə əməkdaşı yaşadığı evin qaz sayğacına baxış keçirərək “Təbii X8nın pozulması” haqqında ******* nömrəli akt tərtib etmişlər. Akta əsasən də təqsir müəyyən edilmədən və heç bir əsaslı hesablama aparılmadan 1160 manat cərimə yazmışlar. Qaz sayğacı yaşayış evinin çölündə yerləşir və həmin sayğaca cavabdehin səlahiyyətli nümayəndələri nəzarət edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı ərizə göndərərək iddianın təmin edilməsini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 38, mənzil 15 X4 xüsusi mülkiyyət hüquq üzrə adına qeydiyyata alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 may 1970-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş X2 X1, atası X5r. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1084 saylı, 07 fevral 2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 38, mənzil 15 -də qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 fevral 2022-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan “təbii X8nın pozulması haqqında” 31 avqust 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 31 avqust 2022-ci il tarixli 29/1710- 03279-1 saylı rəyinə əsasən çıxarılan 10339917-li qaz sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, X6 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 8640 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 31 avqust 2022-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, X4 Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 38, mənzil 15-də quraşdırılmış Zenner G4T smart tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il sentyabr ayı üçün 1036 manat 80 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mərhum X4 doğma qızıdır. X9 14 fevral 2022-ci il tarixdə ölmüşdür. Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 38, mənzil 15 X4 mülkiyyətində olmuşdur. X4 14 fevral 2022-ci il tarixdə ölümündən sonra mülkiyyətindəki Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 38, mənzil 15 miras qalmışdır. İddiaçının anası və miras qoyanın isə birinci növbə yeganə vərəsəsi olan İddiaçı qızına çatası mirası almaq hüququ var. Yalnız o, miras qalmış fərdi yaşayış evinə sahiblik etməklə, həmin əmlakları idarə etməklə mirası qəbul etmişdir. Habelə iddiaçının abonenti olduğu Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi ev 38, mənzil 15-də quraşdırılmış sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X8”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, abonentin saldosuna əsasən 2022-ci il sentyabr ayına hesablanmış 1036 manat 80 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 31 avqust 2022-ci il tarixli ******* saylı aktda sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın etibarsız sayılması üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 31 avqust 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 1036 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın ləğv edilməsi hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-80/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-80/2023
13.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver