Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-809/2024 13.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, NDM 032779 nömrəli və xx.xx.2023-cü il tarixli, 286099 nömrəli aktların ləğv edilməsi 1487.61 manat borcun əsassız hesab edilməsi, həmin borcun abonent hesabından silinməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Bülbül küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evdə smart tipli elektrik sayğacı quraşdırılmışdır. Sayğac smart tipli olduğu üçün nə işlətmişdirsə onun da pulunu ödəmişdir. Bir müddət bundan əvvəl ona məlum oldu ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məlumat verilmədən və iştirakını təmin etmədən həmin evə dair quraşdırılmış elektrik sayğacının üzərində yoxlama aparmış və xx.xx.2023-cü il tarixli, NDM 032779 nömrəli və xx.xx.2023-cü il tarixli, 286099 nömrəli qanunsuz aktlar tərtib edilmişdir. Aktlara əsasən ona qanunsuz olaraq 706.72 manat və 780.89 manat, ümumilikdə isə 1487.61 manat cərimə olunduğu bildirilmişdir. Həmin cərimə məbləğlərinə görə isə evinə verilən elektrik enerjisi dayandırılmışdır. Yalnız məhkəmənin qərarına əsasən evinin elektrik enerjisi bərpa olunmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən aparılmış hərəkətlər qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şirvan şəhəri Bülbül küçəsində yerləşən 15 nömrəli evin hasarının çöl hissəsində quraşdırılmış elektrik sayğacına baxış keçirilməsi, qanunsuz yoxlamadan keçirilməsi və xx.xx.2023-cü il tarixli, NDM 032779 nömrəli və xx.xx.2023-cü il tarixli, 286099 nömrəli aktların tərtib edilməsi “X3 Qaydaları”nın kobud surətdə pozulması nəticəsində aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”na əsasən abonent tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəhcizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini abonentinə verir. Şirvan şəhəri Bülbül küçəsində yerləşən 15 nömrəli evə dair quraşdırılmış elektrik sayğacına baxış keçirilməsi və yoxlanması hal şahidlərinin iştirakı olmadan aparılmışdır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacındən kənar elektrik xətti vəsitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Lakin "xxxx" ASC əməkdaşları qeyd olunmuş qaydaları heçə sayaraq onun iştirakı olmadan və imzası olmadan akt tərtib etmişdir. O, evinin həyətyanı sahəsinin xaricində quraşdırılmış sayğaca cavabdehlik edə bilməz, çünki yoldan keçən hər hansı bir şəxs sayğaca müdaxilə edə bilər. "xxxx" ASC əməkdaşına bildirdi ki, həmin aktlarda iştirak etməmiş, ümumiyyətlə sayğaca heç bir kənar müdaxilə etməmiş, zədələnməmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud pozulmuşdur və bu səbəbdən xx.xx.2023-cü il tarixli, NDM 032779 nömrəli və xx.xx.2023cü il tarixli, 286099 nömrəli aktlar ləğv edilməli və 1487.61 manat məbləğində borc əsassız hesab edilməli, həmin borc abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məxsus olan evə X3 qaydalarının pozulması ilə bağlı iki akt tərtib edilmişdir. Aktlardan biri xx.xx.2023-cü il tarixdə, digəri isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Həmin aktlar onun iştirakı olmadan tərtib edilmişdir. xx.xx.2023-cü li tarixli akt tərtib edilərkən o, ümumiyyətlə Şirvan şəhərində olmamışdır. Belə ki, onun evinə gələn elektrik enerjisi kəsildiyində o, yaşadığı ərazidə nəzarətçi işləyən "xxxx" ASC-nin əməkdaşına zəng edərək bu barədə məlumat vermişdir. X6 tərəfindən baxış keçirilmiş və qoruyucunun sıradan çıxdığı ona bildirilmişdir. Bundan sonra nəzarətçi tərəfindən elektrik xətti birbaşa bağlanaraq işığın verilişi bərpa edilmişdir. Lakin sonradan həmin işığın qoşulmasında onun təqsirli olması qənaətinə gəlinərək, yaşadığı ünvana akt tərtib edilmişdir. Digər akt isə qeyd edilən sayğaca qoşulma halı "xxxx" ASC-nin nümayəndələri tərəfindən aradan qaldırılmadığından ikinci akt tərtib edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, vətəndaşların müraciətləri əsasında xidmətdə olan nəzarətçilər əraziyə gəlir və abonenti işıqla təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür. Lakin buna baxmayaraq vətəndaş prosedurlara əsasən enerjitəhcizatı müəssisəsinə rəsmi olaraq ərizə ilə müraciət etməlidir. Enerjitəhcizatı müəssisəsi tərəfindən aşkar edilmiş qüsurlarla bağlı aktlarda texniki hesablamalar amperlə və kilovatla aparılır. Aktlardakı hesabatın xx.xx.2023-cü il tarixli akt üzrə hesabatın 30 gün, digərinə münasibətdə 180 gün aparılmasının əsasları isə X3 qaydalarında göstərilmişdir ki, kənar xətt aşkarlandıqda 12 ayadək hesabat aparılır. Sayğacda problem olmamışdır, sayğacın avtomat qoruyucusunda problem yaranmışdır. Abonenti elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə elektrik xətti qoruyucudan ayrılaraq bir başa birləşdirilir. Bu halda xətt sayğacdan kənar aparıldığından orada hesablaşma getmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 032779 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacının qutu möhürünün qırıq olduğu sayğacın giriş çıxış xətləri giriş yuvasında birləşdirilərək elektrik sayğacının sxemindən kənarlaşdırıldığı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 032779 nömrəli akt əsasında aparılmış hesabatdan görünür ki, (11 kvt x 24 saat x 0,7 x 30 gün) = 5544 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) -200 kvt/s x 0,08 = 16 manat, (0,09) – 100 kvt/s x 0,09 = 9,0 manat, (0,13 manat) – 5244 kvt/s x 0,13 = 681.72 manat olmaqla, cəmi 706.72 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT R286099 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum oldu ki, abonent giriş və çıxış xətlərini eyni yuvada birləşdirərək sayğacı sxemdən kənarlaşdırılmışdır. Abonent birbaşa X3 edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT R 286099 nömrəli akt əsasında aparılmış hesabatdan görünür ki, (10A kvt x 0.22 x 0,7 x 24 saat x 180 gün) = 6653 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) -1200 kvt/s x 0,08 = 96 manat, (0,09) – 600 kvt/s x 0,09 = 54 manat, (0,13 manat) – 4853 kvt/s x 0,13 = 630.89 manat olmaqla, cəmi 780,89 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X2 filialı tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şirvan şəhəri ərazisində yerləşən və enerji təchizatı müəssisəsinin kompüter məlumat bazasında **********0 abonent kodu ilə X1 adına qeydiyyatda olan yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacına baxış keçirilən zaman sayğacın giriş-çıxış xətləri giriş yuvasında birləşdirilərək sayğacın sxemdən kənarlaşdırılması barədə NDM ******* nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və abonentin imzadan imtina etməsi barədə qeydiyyat aparılmışdır. Akta görə Qaydaların 8.17-ci bəndinin tələbi nəzərə alınmaqla 30 gün müddətinə, 706,72 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmış və hesablanmış borc məbləği abunə haqqında cədvələ daxil edilmişdir. Sonradan ASC-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində sözügedən sayğaca baxış keçirilən zaman abonentin sayğacın giriş və çıxış xətlərini eyni yuvada birləşdirilərək sayğacın sxemdən kənarlaşdırılması barədə R286099 nömrəli akt tərtib edilmiş və abonentin imzadan imtina etməsi barədə qeydiyyat aparılmışdır. Akta görə Qaydaların 8.17-ci bəndinin tələbi nəzərə alınmadan 180 gün müddətinə 780,89 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmış və hesablanmış borc məbləği abunə haqqında cədvələ daxil edilmişdir. Pozuntu halları ilə bağlı təqdim edilmiş videoçəkilişlərdə hesablaşma elektrik sayğacının giriş və çıxış xətlərinin birbaşa birləşdirilərək qoşulma sxeminin pozulduğu görünür. Hər iki halda sayğacın sxeminin pozulması sübuta yetirilir, NDM 032779 nömrəli xx.xx.2023-cü il tarixli akt və aparılmış bə Qaydaların 8.17-ci bəndinə uyğundur, R286099 nömrəli xx.xx.2023-cü il tarixli akta görə hesabatın isə Qaydaların 8.17-ci bəndinə uyğun üç aydan çox olmayan müddətə aparılması məqsədəuyğun hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abonentə məxsus olan evə Elekrtik Enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlar tərtib edilmiş və həmin aktlar əsasında hesabat aparılmaqla abonentə ümumilkdə 1487,61 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, abonentə məxsus olan fərdi yaşayış evinə tərtib edilmiş olan hər iki akta ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Abonentə məxsus olan fərdi yaşayış evinə X3 qaydalarının pozulması ilə bağlı tərtib edilmiş NDM 032779 nömrəli xx.xx.2023-cü il tarixli akta münasibətdə məhkəmə qeyd edir ki, işin fakitiki hallarından və tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, abonentə məxsus olan fərdi yaşayış evinə verilmiş olan elektrik enerjisi dayanadırıldığından abenent tərəfindən sahə üzrə nəzarətçiyə məlumat verilmiş və abonentin işığının bərpa edilməsi məqsədi ilə nəzarətçi X5 tərəfindən sayğacdan kənar olaraq şəbəkəyə qoşulmuşdur. Məhkəmə qeyd edir ki, “X3 Qaydaları”nın 8.17-ci maddəsinin tələblərindən göründüyü kimi istehlakçının məsuliyyəti elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə yarananır. Yəni bu hal qəsdlə əhatə olunmalıdır. Lakin işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən sayğaca hər hansı müdaxilə olunmamış, sadəcə olaraq verilən elektrik enerjisinin bərpası ilə bağlı enerji təhcizatı müəssisəsinin səlahiyyətli nümayəndəsinə elektrik enerjisinin verilişinin dayandırılması bildirilmiş və müəssisənin əməkdaşı tərəfindən elektrik enerjisinin veriliş bərpa edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, NDM 032779 nömrəli xx.xx.2023-cü il tarixli tərtib edələrkən abonentin təqsiri olmamışdır. Belə olan halda həmin akt üzrə hesabatın aparılması və abnentin hesabına borcun hesablanması əsassızdır. Digər akta münasibtədə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonentə məxsus olan sayğaca müdaxilə edilməsi ilə əlaqədar NDM 032779 nömrəli xx.xx.2023-cü il tarixli tərtib edilmiş və hazırkı mülki iş üzrə iddiaçı artıq mövcud olan qüsurla bağlı məlumatlı olmuş, lakin qeyd edilən akt üzrə mövcud olan qüsurun aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə enerjitəhcizatı müəssisəsinə müraciət etməmiş və nəticədə abonentə məxsus fərdi yaşayış evinə “X3 Qaydaları”nın tələblərinin pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli AKT R 286099 nömrəli akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən halla bağlı istehlakçı olaraq abnentin məlumatlı olması və qeyd edilən qüsurun aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müraciət etməməsi abonentin təqsiri kimi qəbul edilməli və enerjitəhcizatı müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286099 nömrəli akt əsaslı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş akt üzrə aparılmış olan hesabat dəyişdirilməlidir. Belə ki, “X3 qaydaları”nın 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təhcizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması nəticəsi olaraq "xxxx" ASC-nin nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış evinin xarici tərəfində divarda quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi barədə xx.xx.2023-cü il tarixli R 286099 nömrəli aktlar tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin akt əsasında hesabat aparılmış hesabat müddəti 180 gün, enerji sərfiyyatı 10A kvt və 24 saat götürülməklə aparılmış və nəticədə 780.89 manat zərər müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə “X3 qaydaları”nın pozulması ilə bağlı aparılmış olan hesabat 180 gün deyil, 30 gün, sutkalıq olaraq isə 18 saat götürülməklə, yəni ((10 A x 0.22 x 0,7 x 18 saat x 30 gün = 831.6 kvt/s) 831.6 kvt/s müəyyən edilməlidir. 831.6 kvt/s hesabat isə (200 kvt/s x 0,08 = 16 manat, 100 kvt/s x 0,09 = 9 manat, 531.6 kvt/s x 0,13 manat = 69.108 manat, cəmi 95,08 manat) götürülməklə hesabat aparılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda iddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT NDM 032779 saylı akt ləğv olunsun, həmin akt əsasında hesablanmış 706,72 manat borc məbləği (abonent kodu 1805**********0) abonentin hesabından silinsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 286099 nömrəli akt əsasında hesablanmış (abonent kodu 1805**********0) 630,89 manat borcdan 535,81 manat hissəsi abonentin hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 (otuz) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-809/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-809/2024
13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver