Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-83/2024 19.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, NDM 029895 saylı aktın ləğv edilməsi və 2195.20 manat borcun əsassız hesab edilməsi, həmin borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı onun adınadır. Sayğac smart tipli olduğu üçün nə işlətmişlər, onun pulunu ödəmişlər. xx.xx.2022-ci il tarixdə ona məlum oldu ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məlumat verilmədən və iştirakını təmin etmədən həmin evə dair quraşdırılmış işıq sayğacının üzərində yoxlama aparılmış və xx.xx.2022-ci il tarixli, NDM 029895 nömrəli qanunsuz akt tərtib edilmişdir. Akta əsasən 2195,20 manat cərimə olunduğu bildirilmişdir. Bundan başqa pul ödənilmədiyi halda evinə verilən elektrik enerjisinin dayandırılacağı bildirildi. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamenti Satış İdarəsinin nümayəndələri tərəfindən Şirvan şəhəri, H.Cavid kçüəsində yerləşən 17 nömrəli evin çölündə quraşdırılmış işıq sayğacına baxış keçirilməsi, qanunsuz yoxlamadan keçirilməsi və xx.xx.2022-ci il tarixli, NDM 029895 nömrəli akt tərtib edilməsi X1 qaydalarının kobud surətdə pozulması nəticəsində aparılmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, kənar xətti o çəkməmişdir. Onun oğlu ilə Azərişığın keçmiş əməkdaşı ilə əlbir olub çəkiblər. Hazırda ona yazılmış ziyan əsassızdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus yaşayış evinin sayğac uçot dəstinə baxş keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi aşkar olunmuşdur. Buna əsasən də EEİQ-nin 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə həmin tarixli 029895 saylı akta əsasən 706,72 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Lakin iddiaçı iddia ərizəsində akt üzrə hesablanmış məbləğlə yanaşı, istifadə etdiyi debitor borc məbləğinin silinməsini də xahiş etmiş və məbləği 2195,20 manat göstərmişdir. İtirilmiş elektrik enerjisinin bərpasına dair sözügedən akt “EEİQ”-nin tələblərinə əsasən düzgün tərtib olunmuş və həmin akt üzrə hesablanmış məbləğ iddiaçının elektrik enerjisinə görə istifadə etdiyi məbləğ də abonent tərəfindən tam ödənilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş 18 dekabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, abonent N.X2 Şəbəkəsində **********71051 saylı kodla qeydiyyatdadır. Abonentin borcu üzrə yaranmış 2195,20 manat pul məbləğinin 1488,48 manatı istifadə olunmuş elektrik enerjisi borcu, 706,72 manat hissəsi isə xx.xx.2022-ci il tarixli, 029895 saylı akt üzrə hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri üzrə olan borc məbləğidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edib toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, NDM № 029895 aktdan görünür ki, EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman abonentin evində qeyri-qanuni quraşdırılmış elektron sayğac aşkarlandı. Abonentin evi sayğacdan kənar xətt vasitəsi ilə qidalandırılır. 029895 saylı protokoldan görünür ki, İddiaçı ünvan 1 ünvanda baxış keçirilən zaman məlum olmuşdur ki, abonent sayğacdan kənar xəttdən istifadə edir. Abonent İddiaçı baxışda iştirak etmədiyi göstərilmişdir. Məhkəmənin iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş uçot dəstinə baxış zamanı aparılmış videoçəkiliş diski nümayiş edilmişdir. Diskdə olan çəkilişdən görünür ki, təchizat müəssisəsi əməkdaşları sayğac yerləşən qutunu vintaçan alətlə açaraq qüsurlarla bağlı izahatlar vermişlər. Bu zaman sayğac qutusunda abonentin ına rəsmi qeydə alınmış sayğacdan başqa qeyriqanuni quraşdırılmış ikinci sayğac aşkar olunu. İkinci sayğacın elektron panelində heç bir yazı məlumatı yoxdur. Sayğacların elektrik naqilləri birləşdirilmiş vəziyyətdədir. Video çəkilişin məhkəmə iclasında nümayişi zamanı iddiaçı ikinci sayğacın olmasını təsdiq etdi, həmin sayğacı onun ünvanına necə qoyulmasını bilmədiyini, həmin sayğacdan onun həyətində yaşayan oğluna işıq çəkildiyini bildirmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “X1 Qaydaları”-nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Beləliklə, məhkəmə araşdırması zamanı məyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə hesablaşma elektrik sayğacına baxış keçirmək məqsədi ilə iddiaçıya məxsus ünvanda yerləşən abonentin fərdi yaşayış evində sayğac sxemindən kənar xətt daxil olduğu, ikinci və qeyri-qanuni sayğac quraşdırıldığı, abonentin, hazırki halda iddiaçının evinin məhz həmin sayğac vasitəsilə elektrik enerjisi ilə qidalandırılması müəyyən edildiyindən fakt rəsmiləşdirilmiş, video çəkiliş vasitəsilə qeydə alınmış və məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat haqlı olaraq müvafiq akt tərtib etmiş və itirilmiş elektrik enerjisinin dəyərini satış sahəsi üzrə tələblərə uyğun 706,72 manat hesablamışdır. Bundan əlavə tədqiq edilmiş saldo və arayışlardan görünür ki, abonentin istifadə etdiyi elektrik enerji borcu illərə uyğun 1488,48 manat olmuşdur. Göstərillən borcun qanunsuz və ya əsassız olaraq hesablanmasını təsdiq edən heç bir sübut olmadığından məhkəmə hesab edir ki, göstərilən məbləğin də “əsassız hesablanmış borc” kimi abonentin, yəni iddiaçının hesabından silinməsi qanunamüvafiq hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbinin əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Məhkəmə xərclərinə gəldikdə isə xərclərin dövlət büdcəsinə aid edilməsi qanunamüvafiq hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q ƏT E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, borcun əsassız hesab edilməsi və abonent hesabından silinməsi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-83/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-83/2024
19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver