Məhkəmə qərarları › İş №2(032)-87/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-87/2025

21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-87/2025 21.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirvan Qaz İstismarı İdarəsi tərəfindən hesablanmış 1057.13 manat borcun **********00530 saylı hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonundan məcburi köçkün olmaqla, məskunlaşıb, yaşadıqları qaçqın şəhərciyində (Şirvan şəhəri Cihazlar zavodunun pioner düşərgəsi) yaşadıqları müddət ərzində bir neçə ailənin qaz təchizatı üzrə müqavilə onun adına qeydə alınmışdır. Həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayırdı. Ünvan üzrə bir neçə ailənin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı üzrə müqavilə onunla bağlanmaqla istifadə edilmiş, qazın dəyəri Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Yaşadığı dövr ərzində qaz təminatında yaranmış borc barədə məlumat verilməmişdir. Sonradan qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş ünvan 1 ünvan üzrə qaz təminatı ilə əlaqədar 2020-ci il tarixdə 1057.13 manat borcu olması barədə məlumat verilmişdir. Şirvan şəhərində yerləşən Cavabdeh İB-nin Şirvan şəhər şöbəsinə müraciət etdikdə borcun silinməsi barədə Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə özləri müraciət edilməsini və borcun silinməsi bildirilmişdir. Bu müddət ərzində qaz təminatı ilə əlaqədar ön ödənişli sayğac kartına pul yüklədikcə hər dəfə bir qismi borca silinirdi. Daha sonra qaz idarəsinə müraciət etdikdə ona abonentin saldosunu təqdim etməklə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Ailə ilə məskunlaşıb, yaşadıqları qaçqın şəhərciyində (Şirvan şəhəri Cihazlar zavodunun pioner düşərgəsi) yaşadıqları ünvan üzrə müqavilə X1 adına rəsmiləşdirilmişdir. Təqdim edilmiş abonent saldosundan görünür ki, X1 adına olan abonent hesabından 1057.13 manat borc silinməklə 2020-ci ilin sentyabr ayından onun adına borc məbləği hesablanmışdır. Ona bildiriş verilmiş və bildirişdə 1057.13 manat borcunun olması qeyd olunmuşdur. Cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazında bildirmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində məskunlaşmışdır. İddiaçı ilə birlikdə qeyd olunan pioner düşərgəsində 8 ailə yerləşdirilmiş və hər bir abonent üçün fərdi hesab açılmış, lakin fərdi qaydada qaz sayğacı quraşdırılması mümkün olmadığı üçün ümumi qaz sayğacı quraşdırılmış və ay üzrə istifadə olunmuş qaz sərfi abonentlərin ailə tərkibinə əsasən hesablanaraq abonentlərin fərdi hesabına qeydə alınmışdır. İddiaçı adına qeydə alınmış qaz sayğacı ilə aşağıda adları və abonent hesabları göstərilmiş abonentlər tərəfindən qazdan istifadə olunmuşdur. 1.Xanım Əliyeva – **********02710 – ailə sayı 1, 2. Əli Şahverdiyev – **********02640 – ailə sayı 10, 3. Telman Şahverdiyev – **********02650 – ailə sayı 4, 4. Mütət Mehdiyev – **********02660 – ailə sayı 5, 5. Rasim Mehdiyev – **********02670 – ailə sayı – 8, 6. Baxşeyiş Quliyev – **********02680 – ailə sayı 11, 7. Əşrəf Abdullayev - **********02690– ailə sayı 5, 8. İlqar Fərəcov – **********02700- ailə sayı

6. İddiaçı 2020-ci ilin mart ayında ünvan 3 ünvanında yerləşən mənzilə köçürülmüş və mənzilinə xx.xx.2020-ci il tarixdə **********3 nömrəli əvvəlcədən ödənişli (smart tipli) qaz sayğacı quraşdırılmışdır. İddiaçının Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində qeydə alınmış **********00390 nömrəli abonent hesabında olan 1057,13 manat borc 2020-ci ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən mənzilin **********00530 nömrəli abonent hesabına köçürülmüşdür. Abonentin əvvəlcədən ödənişli qaz sayğacının kart hesabına ödənilmiş pulunun 50% hissəsi borca yönəldilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixə 809,63 manat borcu vardır. İddiaçının Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində qeydə alınmış **********00390 nömrəli abonent hesabı 2022-ci ilin yanvar ayında Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən həmin ünvana məskunlaşdırılmış X1 adına keçirilmiş və xx.xx.2022-ci il tarixdə yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçı iddia ərizəsində hesabında yaranmış borcla bağlı məlumatsız olduğunu qeyd etmişdir. İddiaçının xx.xx.2010-cu il tarixə 33.46 manat borcu olmuş, 2010cu ilin oktyabr ayından xx.xx.2011-ci il tarixədək 345.90 manat qaz sərf etmiş 74,62 manat ödəniş edilmiş 304.74 manat borcu qalmışdır. 2011-ci il ərzində 391,70 manat qaz sərf etmiş 336 manat Qaçqınların və məcburi Köçkünlərin Dövlət Komitəsi tərəfindən, 300.50 manat isə abonent tərəfindən ödənilmiş, xx.xx.2012-ci il tarixə 93.40 manat borcu qalmışdır. 2012-ci il ərzində 565,80 manat qaz sərf etmiş 336 manat Qaçqınların və məcburi Köçkünlərin Dövlət Komitəsi tərəfindən, 42,41 manat isə abonent tərəfindən ödənilmiş, xx.xx.2013-cü il tarixə 280,79 manat borcu qalmışdır. 2013-cü il ərzində 806,70 manat qaz sərf etmiş 336 manat Qaçqınların və məcburi Köçkünlərin Dövlət Komitəsi tərəfindən, 424.01 manat isə abonent tərəfindən ödənilmiş, xx.xx.2014-cü il tarixə 327.48 manat borcu qalmışdır. 2014-cü il ərzində 367.40 manat qaz sərf etmiş 80 manat Qaçqınların və məcburi Köçkünlərin Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2015-ci il tarixə 614,88 manat borcu qalmışdır. 2015-ci il ərzində 274,10 manat qaz sərf etmiş 168 manat Qaçqınların və məcburi Köçkünlərin Dövlət Komitəsi tərəfindən ödənilmiş, xx.xx.2016-cı il tarixə 720,98 manat borcu qalmışdır. 2016-cı il ərzində 284,40 manat qaz sərf etmiş 168 manat Qaçqınların və məcburi Köçkünlərin Dövlət Komitəsi tərəfindən, 73,65 manat isə abonent tərəfindən ödənilmiş, xx.xx.2017-ci il tarixə 763,73 manat borcu qalmışdır. 2017-ci il ərzində 339.50 manat qaz sərf etmiş 23 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2018-ci il tarixə 1097.93 manat borcu qalmışdır. 2018-ci il ərzində 62,90 manat qaz sərf etmiş 100 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2019-cü il tarixə 1060,83 manat borcu qalmışdır 2019-cu il ərzində 56,30 manat qaz sərf etmiş 60 manat abonent tərəfindən ödənilmiş, xx.xx.2020-ci il tarixə 1057,13 manat borcu qalmışdır. İddiaçı 2020-ci ilin mart ayında ünvan 3 ünvanında yerləşən mənzilə köçürülmüş və mənzilinə xx.xx.2020-ci il tarixdə **********3 nömrəli əvəlcədən ödənişli ( smart tipli) qaz sayğacı quraşdırılmışdır. İddiaçının Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində qeydə alınmış **********00390 nömrəli abonent hesabında olan 1057,13 manat borc 2020-ci ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən mənzilin **********00530 nömrəli abonent hesabına köçürülmüşdür. Abonentin əvvəlcədən ödənişli qaz sayğacının kart hesabına ödənilmiş pulunun 50% hissəsi borca yönəldilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixə 809,63 manat borcu vardır. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh İB-nə qarşı 1057,13 manat borcun **********00530 nömrəli abonent hesabından silinməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində qeydə alınmış **********00390 nömrəli abonent hesabında olan 1057,13 manat borc 2020-ci ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən mənzilin **********00530 nömrəli abonent hesabına köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu abonent saldosu üzrə ödənişlər əsasında müəyyən edilmişdir ki, iddiaçının Şirvan şəhərində yerləşən Cihazlar zavodunun pioner düşərgəsində qeydə alınmış **********00390 nömrəli abonent hesabı üzrə ödənişlər abonenti özü tərəfindən və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Həmin hesabatda abonentin 2010-cu ilin oktyabr ayından xx.xx.2011-ci il tarixədək 345.90 manat təbii qaz sərf etdiyi 74,62 manat ödəniş etdiyi, 304.74 manat borcu qaldığı, 2011-ci il ərzində 391,70 manat təbii qaz sərf etdiyi 336 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, 300.50 manat isə abonent tərəfindən ödənildiyi, xx.xx.2012-ci il tarixə 93.40 manat borcu qaldığı, 2012-ci il ərzində 565,80 manat təbii qaz sərf etdiyi 336 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, 42,41 manat isə abonent tərəfindən ödənildiyi, xx.xx.2013-cü il tarixə 280,79 manat borcu qaldığı, 2013-cü il ərzində 806,70 manat təbii qaz sərf etdiyi 336 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, 424.01 manat isə abonent tərəfindən ödənildiyi, xx.xx.2014-cü il tarixə 327.48 manat borcu qaldığı, 2014-cü il ərzində 367.40 manat təbii qaz sərf etdiyi 80 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənildiyi, xx.xx.2015-ci il tarixə 614,88 manat borcu qaldığı, 2015-ci il ərzində 274,10 manat təbii qaz sərf etdiyi 168 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənildiyi, xx.xx.2016-cı il tarixə 720,98 manat borcu qaldığı, 2016-cı il ərzində 284,40 manat təbii qaz sərf etdiyi 168 manat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən, 73,65 manat isə abonent tərəfindən ödənildiyi, xx.xx.2017-ci il tarixə 763,73 manat borcu qaldığı, 2017ci il ərzində 339.50 manat təbii qaz sərf etdiyi 23 manat abonent tərəfindən ödənildiyi, xx.xx.2018-ci il tarixə 1097.93 manat borcu qaldığı, 2018-ci il ərzində 62,90 manat təbii qaz sərf edildiyi 100 manat abonent tərəfindən ödənildiyi, xx.xx.2019-cü il tarixə 1060,83 manat borc qaldığı, 2019-cu il ərzində 56,30 manat təbii qaz sərf edildiyi 60 manat abonent tərəfindən ödənildiyi xx.xx.2020-ci il tarixə 1057,13 manat borcu qaldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi abonent tərəfindən istifadə edilmiş təbii qazla əlaqədar ödənişlər həm abonentin özü tərəfindən, həm də Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilmiş təbii qazın dəyəri müəyyən edilmiş limitə əsasən ödənilsə də, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə ödənilməli olan ödənişlər tam olaraq ödənilməmiş və nəticədə abonentin qalıq borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı qaz sərfiyyatına görə hesablanmış 1057.13 məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən hesablanmış 1057.13 manat borcun **********00530 saylı abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar