Məhkəmə qərarları › İş №2(032)-897/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-897/2023

10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-897/2023 10.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azəriqaz İB-nə və Cavabdeh2nə qarşı “aktın etibarsız hesab edilməsi və cərimə borcunun silinməsinə” dair mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azəriqaz İB-nə və Cavabdeh2nə qarşı “aktın etibarsız hesab edilməsi və cərimə borcunun silinməsinə”dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “İstehsalat Birliyinin Cavabdeh2 əməkdaşları tərəfindən tərtib edilmiş 10 aprel 2023-cü il tarixli ******* saylı aktın ləğv etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 1555 manat 20 qəpik cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərək sayğacın çıxış plastmas borusunun deşilməsi barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdirlər. Həmin akta əsasən qaz sayğacının əvəzinə onun vəsaiti hesabına yeni sayğacın alınması müəyyən edilərək 12960 kubmetr dəymiş ziyan hesablanaraq 1555 manat 20 qəpik məbləğində cərimə cəzası ilə cəzalandırılmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsassızdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Sayğacın çıxış plastmas borusunun deşilməsi barədə heç bir məlumatı yoxdur. Sayğacın üzərinə vurulmuş plomb zədələnmədən sayğacın üzərindədir. Sayğacın üzərində plomb olduğu halda onun daxilinə müdaxilə etmək mümkün deyildir. Belə ki, qaz sayğacı yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən kənarda quraşdırılmış və heç bir mühafizə örtüyü ilə mühafizə olunmamışdır. Sayğaca hər hansı müdaxilə olunması barədə heç bir məlumatı olmamışdır. Onun tərəfindən istehlak edilmiş qazm dəyəri həmişə vaxtlı-vaxtmda ödənilmişdir. Azəriqaz İB-nin əməkdaşları tərəfindən hər ay qaz sayğaclarına mütəmadi olaraq baxış keçirilir. Əgər sayğaca hər hansısa bir müdaxilə edilmiş olsaydı bu o halda nə üçün aşkar edilməmişdir? Sayğacın üzərində plomb olduğu halda onun daxilinə müdaxilə etmək mümkün deyildir. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 06 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, X2 yaşadığı Şirvan şəhəri Rəsul Rza küçəsi ev 44-də quraşdırılmış qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verirş Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan “təbii X8nın pozulması haqqında” 10 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 10 aprel 2023-cü il tarixli 14-2-2/3- 5-3822-1 saylı rəyinə əsasən çıxarılan 10280155-li qaz sayğacın çıxış plastmas borusu deşilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, X3 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 6m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 12960 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 10 aprel 2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki,satıcı X1 şəhəri, Rəsul Rza küçəsi 44 saylı evi alıcı İddiaçı 69000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış surətindən görünür ki, Şirvan şəhəri, Rəsul Rza küçəsi 44 saylı ev, Yeni qaydalarla: Az 1800, Şirvan şəhəri Rəsul Rza küçəsi giriş 60 İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 18 may 2023-cü il tarixdə 7 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Salyan RQİİ-nin Şirvan XS-nin İdarəsi ilə İddiaçı arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri Rəsul Rza küçəsi ev 44-də quraşdırılmış Zenner G-4T Mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2023-cü il aprel ayı üçün 1555 manat 20 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 06 mart 2023-cü il tarixdə Şirvan şəhəri, Rəsul Rza küçəsi 44 saylı ev, Yeni qaydalarla: Az 1800, Şirvan şəhəri Rəsul Rza küçəsi giriş 60 alqı-satqı əsasında almışdır. 10 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən iddiaçının abonenti olduğu Şirvan şəhəri, Rəsul Rza küçəsi 44 saylı ev, Yeni qaydalarla: Az 1800, Şirvan şəhəri Rəsul Rza küçəsi giriş 60-da quraşdırılmış qaz sayğacın çıxış plastmas borusu deşilməsi aşkar edilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Şirvan şəhəri, Rəsul Rza küçəsi 44 saylı ev (Yeni qaydalarla: Az 1800, Şirvan şəhəri Rəsul Rza küçəsi giriş 60) üçün quraşdırılmış qaz sayğacın çıxış plastmas borusunun deşilməsinin aşkar edilməsi aktlarla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri və ya əvvəlki mükiyyətçi tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu cavabdeh «Azəriqaz» İstehsalat Birliyi təqdim edə bilməmişdir. “X8”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən,cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 1555 manat 20 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 10 aprel 2023-cü il tarixli ******* saylı aktda sayğacın istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğvi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 10 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 1555 manat 20 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın etibarsız hesab edilməsi hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar