Məhkəmə qərarları › İş №2(032)-901/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-901/2024

10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-901/2024 10.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbini irəli sürmüşdür. İddia ərizəsində İddiaçı poçt ünvanı Şirvan şəhəri Energetik küçəsi ev 8 mənzil 22, Cavabdeh poçt ünvanı isə Sabirabad rayonu Poladtoğayı kəndi göstərilmişdir. Digər tərəfdən İddiaçı iddia ərizəsində ünvanını ünvan 3ektron Məhkəmə sistemi”nin şəxsiyyəti təsdiq edən sənəd məlumatlarından görünür ki, Əhmədova X2 rayonu, Azadkənd ərazi dairəsi, Çığırğan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə İddiaçı tərəfindən ya özünün yaşadığı yerə görə ya da Cavabdeh rəsmi qeydə alındığı yer üzrə iddia verə bilər. Buna baxmayaraq iddiaçı Sabirabad rayon Məhkəməsinə iddia verməli olduğu halda, Şirvan şəhər Məhkəməsinə vermişdir. İşin faktiki hallarından görünür ki, iş üzrə tərəflər Şirvan şəhərində qeydiyyatda deyildir, tərəflərin hər ikisi Sabirabad rayon inzibati ərazi vahidliyində qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, işə ərazi aidiyyatı üzrə Şirvan şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərazi aidiyyatı üzrə Sabirabad rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar