Məhkəmə qərarları › İş №2(032)-93/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-93/2023

09.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-93/2023 09.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “aktın və cərimə borcunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasına Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh «Azəriqaz» İB-nin Salyan Qaz İdarəsi tərəfindən Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 38 nömrəli mənzilində təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli ******* saylı aktın və onun əsasında hesablanmış cərimənin silinməsini tələb etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçı X2 iddia ərizəsində qeyd olunmuş ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdeh «Azəriqaz» İB-nin yerləşdiyi hüquqi ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilməsi”nə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməyən tərəflər məhkəməyə gəlmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq , qərara aldı: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “aktın və cərimə borcunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar