Məhkəmə qərarları › İş №2(032)-937/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-937/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-937/2024 04.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixli 556 saylı orderdə səhvən qeyd olunmuş X1 Qaraxanov kimi oxunması və həmin orderin ona məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X11 ünvan 1 ünvan ünvan 2ə atasının soyadı Qaxramanov kimi qeyd edilmişdir. Atası 10 aprel 2009-cu il tarixdə vəfat etmişdir. Mərhum atasından miras qalmış Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, 20 saylı evin, 33 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsini əmlak məsələləri dövlət xidmətindən xahiş etsə də həmin xidmətdən ona bildirmişlər ki, 25 dekabr 1968-ci il tarixli 556 saylı orderdə atasının soyadı Qaxramanov kimi qeyd edilmişdir və həmin orderin ona məxsus olması faktı müəyyən edilməlidir. Orderdə atasının soyadının səhv yazılması həmin hüquq müəyyənedici sənəddən istifadə etməyinə mane olur. Həmin sənədin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət edir. Əlavə olaraq bildirir ki, o mərhum atası X7 qanun üzrə vərəsəsidir. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X15 xx.xx.1936-cı ildə anadan olmuşdur. X6, anası X23r. “Şirvanneft” tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli 556 saylı orderin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ev “Şirvanneft”in işçisi X8 verilmişdir. X4 ailə tərkibi arvadı 1943-cü il təvəllüdlü X21, oğlu 1964-cü il təvəllüdlü Ərizəçi, oğlu 1965-ci il təvəllüdlü X22,oğlu 1966-cı il təvəllüdlü X17 və oğlu 1967-ci il təvəllüdlü X9 ibarətdir. AZ-İ ******* nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X15 xx.xx.2009-cu ildə Salyan rayonunda beyinə qan sızma səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009cu ildə 11 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuşdur. X2, anası X13r. Şirvan şəhər 1 saylı Notariat ofisinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 1504 nömrəli məktubunun surətindən görünür ki, Ərizəçi vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2009-cu il tarixdə vəfat etmiş X12 qanun üzrə vərəsəsi olması barədə məlumat verilməsini xahiş etmişdir . xx.xx.2009-cu il tarixdə vəfat etmiş atası X10 miras qalmış Şirvan şəhəri L-nt İbrahimov küçəsi 20 saylı evin 33 saylı mənzilə qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyənləşdirilməsi məqsədi ilə dövlət reyestrindən vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-4095/2023 saylı məktubundan görünür ki , Şirvan şəhəri L-nt İbrahimov küçəsi 20 saylı evin 33 saylı mənzilə mərhum X12 hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Ərizəçi ərizəsinin icrasından imtina edilmişdir. ünvan 6 ünvanında yaşayan X14, ünvan 7 ünvanında yaşayan Babaşov Eldar Şahbala oğlunun, ünvan 8 ünvanında X18, ünvan 9nda yaşayan X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 20 saylı evin 33 saylı mənzili mərhum X19 xx.xx.1968-ci il 556 saylı orderə əsasən almışdır.Hazırda həmin mənzildə mərhumun oğlu 1964-cü il təvəllüdlü Ərizəçi ailə üzvləri ilə birlikdə yaşayır. Aktı öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət arxivinin Şirvan filialından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2- 363/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı şəhər ZDS İcraiyyə Komitəsinin 1906-ci İlə aid protokol kitabında mənzil məsələsi barədə olan xx.xx.1968-ci il tarixli 10 nömrəli qərarın müvafiq qadada təsdiq olunmuş surəti Sizə təqdim olunur. Məktuba əlavə etdiyiniz orderin surətindən görünür ki order NQÇİ “Şirvanneft” tərəfindən təşkilatın öz protokoluna əsasən verilib. Sözügedən protokollar (həmçinin qarar və qərarın verilməsinə əsas olan digər sənədlər - adlı siyahı daxil olmaqla) filiala təhvil verilməyib. Qeyd: Şirvan Neftqazçıxarma İdarəsi Mənzil Kommunal Kontorunun xx.xx.1968-ci il tarixli, 556 nömrəli orderi və orderin verilməsinə əsas olmuş sənədlər filiala təhvil verilməyib. Əmək kitabçasının surətindən görünür ki, 1936-cı il təvəllüdlü X19 xx.xx.1959cu ildə “Şirvanneft” Neft Mədən İdarəsinin (sonrakı "Şirvanneft” Neft və Qazçıxarma İdarəsi) Texnoloji nəqliyyat sexinin traktor bazasına traktorçu peşəsinə işə qəbul edilmiş, işlədiyi müddət ərzində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.1996-cı ildə (əmr 73/k,xx.xx.1996-cı il) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin İ-İ bəndinə əsasən, tam pensiya yaşına çatdığı üçün işdən azad olunmuşdur. “X29 Ltd” Azərbaycan Respublikasındakı filialından daxil olmuş xx.xx.2024-cü il tarixli 485/09 saylı məktubundan görünür ki,13 iyun 2024-cü il tarixli, 2(032)- 937/2024 nömrəli iş üzrə “X29 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, “X29 Ltd” Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş üzrə əməliyyat şirkəti qismində fəaliyyət göstərir və sazişin qüvvəyə minmə tarixindən öncə bu yataqda işləmiş şirkətlərə dair sənədlər, o cümlədən işçilər barədə məlumatlar saxlanmamış və aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya arxivə təhvil verilmişdir. Sorğuladığınız məlumatlar “X29 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında olmadığı üçün sorğunuza cavab vermək mümkün deyil. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidən (Socar) daxil olmuş xx.xx.2024-cü il tarixli 14-2/2-4802/2024 saylı məktubundan görünür ki, Ərizəçi tələbinə dair mülki işlə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (Socar) daxil olmuş sorğu aidiyyəti üzrə Mərkəzi Arxivdə araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Mərkəzi Arxivdə saxlanılan sənədlərə əsasən qeyd edilmiş 1936-cı il təvəllüdlü Qaraxanov (Karaxanov) Siyasət Balaxan oğlu həqiqətən xx.xx.1959-cu ildə “Şirvanneft” Neft Mədən İdarəsinin (sonrakı "Şirvanneft” Neft və Qazçıxarma İdarəsi) Texnoloji nəqliyyat sexinin traktor bazasına traktorçu peşəsinə işə qəbul edilmiş, işlədiyi müddət ərzində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.1996-cı ildə (əmr 73/k,xx.xx.1996-cı il) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin İ-İ bəndinə əsasən, tam pensiya yaşına çatdığı üçün işdən azad olunmuşdur. Digər məsələ ilə bağlı bildirilmişdir ki, "Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin mənzil fonduna aid sənədləri Mərkəzi Arxivə təhvil verilmədiyindən sorğuda göstərilən orderlə bağlı hər hansı məlumatın təqdim olunması imkan xaricindədir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatı və təqdim edilmiş rəsmi sənədlərlə - xx.xx.1968-ci il tarixli 556 saylı orderdə X11 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və sənədin X11 məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. “Şirvanneft” tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli 556 saylı orderin xx.xx.1936-cı il təvəllüdlü X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar