Məhkəmə qərarları › İş №2(032)-943/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-943/2023

14.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-943/2023 14.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azəriqaz İB-nə və Cavabdeh1nə qarşı “aktın etibarsız hesab edilməsi və cərimə borcunun silinməsinə” dair mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azəriqaz İB-nə və Cavabdeh1nə qarşı “aktın etibarsız hesab edilməsi və cərimə borcunun silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X1 Qaz İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 22 fevral 2023cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 172 manat 80 qəpik cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan RQİİ-nin əməkdaşları yaşadığı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 19 saylı evin giriş blokunda quraşdırılmış qaz sayğacına baxış keçirərək sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxının oxunun yuvasından çıxdığının aşkar edilməsi barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdirlər. Həmin akta əsasən qaz sayğacının əvəzinə onun vəsaiti hesabına yeni sayğacın alınması müəyyən edilərək 1440 kubmetr dəymiş ziyan hesablanaraq 172 manat 80 qəpik məbləğində cərimə cəzası ilə cəzalandırılmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsassızdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Sayğacın hansı səbəbdən hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxının oxunun yuvasından çıxdığı barədə heç bir məlumatım yoxdur. Sayğacın üzərinə vurulmuş plomb zədələnmədən sayğacın üzərindədir. Sayğacın üzərində plomb olduğu halda onun daxilinə müdaxilə etmək mümkün deyildir. Belə ki, qaz sayğacı binanın yaşadığı mənzilin giriş blokunda quraşdırılmış və heç bir mühafizə örtüyü ilə mühafizə olunmamışdır. Sayğaca hər hansı müdaxilə olunması barədə heç bir məlumatı olmamışdır. Onun tərəfindən istehlak edilmiş qazm dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 09 yanvar 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 19, mənzil 25-də quraşdırılmış qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verirş Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” 22 fevral 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 17 fevral 2023-cü il tarixli 14-2-2- 3/51139-1 saylı rəyinə əsasən çıxarılan 4586293-li qaz sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almır. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 22 fevral 2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 19, mənzil 25-də quraşdırılmış Zenner G-4T Mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il fevral ayı üçün 172 manat 80 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 22 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən iddiaçının abonenti olduğu Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 19, mənzil 25-də quraşdırılmış qaz sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almaması aşkar edilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 172 manat 80 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 22 fevral 2023-cü il tarixli ******* saylı aktda sayğacın istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 22 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 172 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın etibarsız hesab edilməsi hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar