Məhkəmə qərarları › İş №2(032)-970/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-970/2023

15.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-970/2023 15.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X2 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 04 may 2023-cü il tarixli ******* saylı aktının etibarsız hesab olunması və 1555 manat 20 qəpik cərimə borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri G.Şıxbala oğlu küçəsi ev 89, mənzil 9-da yaşayır. Həmin ev onun X1na məxsusdur. X1 22 fevral 2022-ci il tarixində vəfat etmişdir. Həmin evin qaz sayğacı onun adınadır. Əvvəllər həmin evdə yaşayış olmamışdır. O, Bakı şəhərində yaşamışdır. 2012-ci il tarixdən o həmin ünvanda yaşamışdır. O bir neçə ildən sonra Bakı şəhərinə köçmüşdür. X1 həmin ünvanda tək yaşayıb. Onlar qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişlər. Borcları belə olmamışdır. “Azəriqaz” İB-nin metrologiya departamentinin sayğacların müayinəsi ləoratoriyasının 02 may 2023-cü il tarixli MŞK-14-2-2/3-5-4705/Q002-№-li sayğaca baxış keçirmişlər və göstərmişlər ki, sayğacdan qaz keçir. Hesablama mexanizmi keçən qazın çıxış plasmas borusu deşilmişdir. Sayğac istismara yararsızdır. Həmin vaxt yəni, 04 may 2023-cü il tarixdə ******* saylı akt tərtib etməklə 1555 manat 20 qəpik onu cərimə etmişlər. 04 may 2023-cü il tarixdə tərtib olnmuş ******* saylı aktdan onun xəbəri yoxdur. Akt tərtib olunan vaxt o iştirak etməmişdir. Akta imza etməmişdir. Həmin sayğaca baxış keçirilən vaxt fotoşəkillər çəkilməmiş, hal şahidləri iştirak etməmişdir. Onlar özbaşına akt tərtib edib, çıxıb getmişlər. 04 may 2023-cü il tarixdə tərtib olunmuş ******* saylı aktı qanunsuz hesab onun adına olan qaz sayğacı evin çölündədir. Onun sayğacdan başı çıxmır. O heç bir vaxt sayğaca müdaxilə etməmişdir. Həmin evdə tək o yaşayır. Çox vaxt Bakı şəhərində olur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23 fevral 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi ev 89, mənzil 9-da quraşdırılmış qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verirş Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan “təbii X4nın pozulması haqqında” 04 may 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 02 may 2023-cü il tarixli 14-2-2/3- 5-4705/0002-1 saylı rəyinə əsasən çıxarılan 00415644-lı qaz sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 05 may 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 6m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 12960 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 04 may 2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi ev 89, mənzil 9-da quraşdırılmış ZENNER G-4T Smart tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2023-cü il may ayı üçün 1555 manat 20 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi ev 89, mənzil 9-da quraşdırılmış qaz sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın çıxış plastmas borusunun deşilməsi iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X4”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, 2023-cü il may ayı üçün hesablanmış 1555 manat 20 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 04 may 2023-cü il tarixli ******* saylı aktda qaz sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Sayğac istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 04 may 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 1555 manat 20 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar