Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-978/2025 11.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2inə və Azərbaycan Dövlət Su X6 şəhərlərin X21 Xidməti Publik Hüquqi X23 İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər cavabdehlər Azərbaycan Dövlət Su X6 şəhərlərin X21 Xidməti Publik Hüquqi Şəxsinə və Azərbaycan Dövlət Su X6 şəhərlərin X21 Xidməti Publik Hüquqi X23 İdarəsinə qarşı **********281 nömrəli abonent kodundan əsassız hesablanmış 670 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla, uzun müddət Sabirabad rayonu, Bulduq kəndində yaşamışdır. Qeyd edilən Daşınmaz əmlak X1 adına Əli-Bayramlı XDS-in xx.xx.1983-cü il tarixli, 22 saylı qərarı ilə ayrılmışdır. X3 həyat yoldaşı X8 xalasıdır. X3 2016-cı ildə vəfat etmişdir. X3 vəfat edənədək oğlu X17 yaşadığı ünvan 3 ünvanında yaşamışdır. Ünvan üzrə cavabdeh təşkilat Azərbaycan Dövlət Su X6 şəhərlərin X21 Xidməti Publik Hüquqi ŞəxsinŞirvan Sukanal İdarəsi onunla “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə müqavilə” bağlanmışdır. Ünvan üzrə 2010cu ildən 2024-cü ilin oktyabr ayınadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış olmamışdır. Qeyd edilən ünvana arabir baş çəkməklə nəzarət edirdi. 2024-cü ilin noyabr ayında ünvan üzrə 668 manat borc məbləğinin olması barədə bildiriş almışdır. Borcun yaranma səbələrinin araşdırılması məqsədi ilə cavabdeh təşkilat olan Şirvan Sukanal İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, ünvan üzrə su təchizatı şəbəkəsinə xx.xx.2024-cü il tarixədək ailə tərkibi 4 nəfər olmaqla hesabat aparılmış, ümumilikdə 668 manat borc hesablanmışdır. Ünvan üzrə su şəbəkəsinə verilən suyun hesabatının aparılması məqsədi ilə, dəfələrlə su sayğacının quraşdırılmasına dair müraciəti təmin edilməmiş, ünvan üzrə su sayğacı quraşdırılmamışdır. Onunla su təchizatı müəssisəi tərəfindən 2011-ci ildən etibarən bağlanmış müqavilə əsasında ailə tərkibi 4 nəfər olması barədə qeydiyyat aparılmasından məlumatı olmamışdır. Ünvan üzrə yaşayış olmadığından su təchizatı barədə yığılan borc tələb edilməmiş və ya borcun ödənilməməsi səbəbindən suyun verilişi dayandırılmamışdır. Hazırda xx.xx.2024-cü il tarixdən etibarən su sayğacı quraşdırılmasına baxmayaraq, sudan istifadə edilmir. Ünvan üzrə yaşayış olmaması barədə, qonşuların iştirakı ilə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Hazırda ünvan üzrə 670 manat borc məbləği hesablanmışdır. Ünvan üzrə qeydiyyatda olan şəxslər Bakı şəhərində yaşayırlar. İddiaçı hazırki məhkəmə iclasında iştirak edərək iddianı müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh2in nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2in nümayəndəsi hazırki məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclasına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, ödənişlər vaxtaşırı icra edilməsi olan öhdəlik olduğundan, uzun illərdir ödənişi tələb etmədiklərinə görə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və şəhərsalma Kdastrı İdarəsinin 33 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri, Mehmandarov küçəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 59 kv.m, yaşayış sahəsi 17 kv.m, 1 otaqdan ibarət 22 A saylı fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. İşdə olan Əli-Bayramlı şəhər XDC İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli, 22 nömrəli qərarına əsasən, Əli-Bayramlı şəhər 28 aprel küçəsində yerləşən 28 nömrəli birmərtəbəli, bir otaqlı fərdi ev və 300 kv.m torpaq sahəsi həmin sahədə yaşayan X2 adına sənədləşdirilmişdir. İşdə olan 1354 nömrəli çıxarışda göstərilmişdir ki, ünvan 1 ünvanında İddiaçı, X19, X20 və X13 qeydiyyatdadırlar. "xxxx" ASC tərəfindən verilmiş 34423936 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilə üzrə abonent kartından müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanında 4 nəfər şəxsin qeydiyyatda olması göstərilərək, həmin şəxslərin sayına uyğun su sərfiyyatına görə ümumi borcu 670 hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonent kartından görünür ki, iddiaçı ilə DSEA arasında xx.xx.2011ci il tarixdə suyun satışı ilə bağlı müqavilə bağlanmışdır. Qeyd olunan abonent kartını nəzərdən keçirdikdə müəyyən edilmişdir ki, Abonentin 2016-cı il tarixə dəbbə ilə birlikdə borcu 383.3 manat, 2017-ci il üzrə dəbbə ilə birlikdə borcu 72.6 manat, 2018-ci il üzrə dəbbə ilə birlikdə 103.2 manat, 2020-ci il üzrə dəbbə ilə birlikdə 66.9 manat olmaqla ümumilikdə 668 manat borcu mövcud olmuşdur. 2024-cü il tarixə 3.6 manat və 03 aprel 2025-ci il tarixə 8.4 manat borcu qalmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının Konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparılmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsinin su təchizatını dayandırmaq hüququ vardır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən
1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin.
2. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin
3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və X25 Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və X7 Xidməti yaradılsın.
4. Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X7 Xidməti işçilərinin say həddi cəmi 164 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 57 ştat vahidi və regional bölmələri üzrə 107 ştat vahidi müəyyən edilsin.
5. Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: 5.1. bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X25 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X18 Xidməti; 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin X21 Xidməti; 5.3. tabeliyindəki Azərbaycan Meliorasiya və X25 Səhmdar Cəmiyyətinin Meliorasiya X14 çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X16 İnstitutu; 5.4. tabeliyindəki Azərbaycan Meliorasiya və X25 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X12 Müdiriyyəti; 5.5. tabeliyindəki Azərbaycan Meliorasiya və X25 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu. “İri Şəhərlərin X21 Xidməti” publik hüquqi şəxsin Nizamnaməsinin birinci bəndində qeyd edilmişdir ki, İri Şəhərlərin X21 Xidməti (bundan sonra – Xidmət) Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində (bundan sonra – iri şəhərlər) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması (bundan sonra – müvafiq sahə) xidmətlərini göstərən publik hüquqi şəxsdir. 2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.2. iri şəhərlərdə suyun mənbədən götürülməsi, emalı, nəqli və satışı sahəsində fəaliyyəti həyata keçirmək; 2.1.3. iri şəhərlərə xidmət göstərən su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını həyata keçirmək; 2.1.4. iri şəhərlərdə istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının axıdılması xidmətlərini göstərmək; İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Məhkəmənin araşdırdığı hüquqi və faktiki hallar: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, işə əlavə edilmiş sənədləri və tətbiq ediləcək hüquqi normaları hərtərəfli, qərəzsiz və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının təqdim etdiyi əsas arqument – ünvan üzrə faktiki yaşayışın olmaması və ya yalnız özü tərəfindən istifadənin aparılması – su təchizatı üzrə hesablanmış borc öhdəliyini aradan qaldırmır. Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununun 61.1-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya xidmətlərinə görə ödəniş öhdəliyi, xidmət müqaviləsinin olub-olmamasından asılı olmayaraq, istehlakçının obyektə faktiki olaraq yaşaması, icarəçi olması və ya obyektin hər hansı məqsədlə istifadəsi faktına əsaslanır. Bu norma yalnız faktiki istifadəni deyil, qeydiyyatda olan şəxslərin sayını da hüquqi əsas kimi müəyyən edir. Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə görə, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, ödənişin həcmi ünvanda qeydiyyatda olan şəxslərin sayına uyğun hesablanır və bu sayda dəyişiklik olduqda, istehlakçı bunu təsdiqləyən sənədi ən geci 7 iş günü müddətində su təchizatı müəssisəsinə təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ailə tərkibinin və faktiki yaşayış şəraitinin dəyişməsi barədə cavabdeh dövlət qurumuna heç bir vaxt ərzində yazılı və təsdiqləyici məlumat təqdim edilməmişdir. xx.xx.2011-ci il tarixli müqavilə üzrə abonent kartında ailə tərkibi 4 nəfər olaraq qeyd edilmiş, cavabdeh isə hesablamaları məhz bu göstərici əsasında aparmışdır. Buna görə də, borcun hüquqi əsası mövcuddur və hesablamalar mövcud qanunvericiliyə uyğundur. İş materiallarına əlavə olunmuş abonent kartına əsasən, xx.xx.2024-cü il tarixinədək iddiaçıya aşağıdakı borclar hesablanmışdır: 2016-cı il üzrə – əsas borc və dəbbə ilə birlikdə 383,3 manat 2017-ci il üzrə – əsas borc və dəbbə ilə birlikdə 72,6 manat 2018-ci il üzrə – əsas borc və dəbbə ilə birlikdə 42 manat 2019-cu il üzrə – əsas borc və dəbbə ilə birlikdə 103,2 manat 2020-ci il üzrə – əsas borc və dəbbə ilə birlikdə 66,9 manat Ümumilikdə – 668,0 manat müyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddia müddətinin tətbiqi barədə vəsatət verilib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373, 375.1 və 375.2-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il və 11 fevral 2022-ci il tarixli Qərarlarına görə, iddia müddəti öhdəliyi aradan qaldırmır, lakin qarşı tərəfin ərizəsi əsasında tətbiq edilir və nəticədə iddianın həmin hissədə rəddinə gətirib çıxarır. İddia müddəti institutu hüquqi müəyyənliyin təmininə xidmət edir, tərəfləri öz hüquqlarını vaxtında müdafiə etməyə sövq edir, köhnəlmiş tələblərdən müdafiə funksiyası daşıyır və məhkəmənin uzaq keçmişlə bağlı natamam sübutlar əsasında qərar qəbul etməsinin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı 22 oktyabr 1996-cı il tarixli qərarı). İş üzrə müəyyən edilir ki, cavabdeh təşkilat yuxarıda göstərilən illərə aid borc məbləğləri üzrə üç illik iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş, borcun məcburi qaydada tutulması ilə bağlı hər hansı iddia qaldırmamışdır. Nəticədə, 2016, 2017, 2018, 2019 və 2020-ci illərə aid borc məbləğləri üzrə tələb hüququ iddia müddətinin keçməsi ilə qüvvədən düşmüş hesab edilir və həmin hissədə iddia rədd olunmalıdır. Bundan başqa, işdə ikinci cavabdeh kimi göstərilən “Şirvan Sukanal İdarəsi” ayrıca hüquqi şəxs kimi mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı və “İri Şəhərlərin X21 Xidməti” publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, Şirvan şəhərində su təchizatı xidmətləri bilavasitə bu publik hüquqi şəxs tərəfindən həyata keçirilir. “Şirvan Sukanal İdarəsi” qaldırılmış iddia üzrə cavabdeh subyekt olmadığından ona qarşı irəli sürülmüş iddia hüquqi baxımdan əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki:
1. İddia müddətinin keçməsi səbəbindən 2020-ci ilə qədər borc məbləğləri üzrə tələb rədd edilməlidir.
2. “Şirvan Sukanal İdarəsi”nə qarşı iddia müstəqil hüquqi şəxs olmadığı üçün təmin edilməməlidir.
3. Qalan hissədə tələb yalnız iddia müddəti keçməyən dövrlərə aid borc məbləği üzrə təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərih rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı, hesablanmış 668 manat borc silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh2i tərəfindən ünvan 1 ünvanı üzrə sudan istifadəyə görə hesablanmış 668 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Əli İmanov