Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-101/2025 23.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 avqust 2006-cı il tarixdə Zaqatala rayonu, Mazıx kəndində doğulmuş və yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 15 avqust 2006-ci il tarixdə Zaqatala rayonu Mazıx kəndində doğulmuş X8 onun doğma oğlumdur. O, anadangəlmə xəstədir, ikinci qrup əlildir. X8 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. O, kənar şəxsin baxım və köməyinə ehtiyac tələb edən “Ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu F-72.1 İQ əmsalı 29% Özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitq artikulyasiyasının spesifik pozğunluğu F-80.0” diaqnozu ilə ciddi davranış pozuntulu, çox ağır əqli geriliyi olan, qulluq tələb edən, davranış pozuntulu özünə qulluq qabiliyyəti olmayan, kənar şəxslərin qulluğuna ehtiyaclı İİ dərəcə əlilliyi olan şəxsdir. Oğluna özü baxır, onun himayəsindədir, onun hər bir qayğısını özü çəkir. Oğlu özü yemək yeyə bilmir, özü paltarını soyunub-geyinə bilmir, özü sərbəst hərəkət edə bilmir, köməksiz heç bir şey edə bilmir. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X3 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yazılı sübutlar İş materiallarında olan Şəki rayon Psixiatriya Xəstəxanasının 07 dekabr 2022-ci il tarixli 1254 saylı məktubundan görünür ki, X8 07 dekabr 2022-ci il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Diaqnozu - ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu F-72.1, İQ-əmsalı 29%, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Nitq artikulyasiyasının pozğunluğu F-80.0-dur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin TSEK-də müayinə aktından çıxarışdan görünür ki, X8 müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu F-72.1, ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu, nitq qüsuru və özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var, ağırlaşma F72 ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu, nitq qüsuru və özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var, yanaşı xəstəlikləri F 80.0 nitq artikuliyasının spesifik pozuntusu diaqnozu ilə xəstədir. İş materiallarında olan AZ-İ 808844 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 avqust 2006-cı ildə doğulmuşdur. Valideynləri atası X10 və anası X2r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X11 X7 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 10 dekabr 2024-cü il tarixli 923 saylı rəyindən görünür ki, X8 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. X8 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və ya onları idarə etmək iqtidarında deyildir. O, FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilə bilər. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 15 avqust 2006-ci il tarixdə doğulmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 anası iş üzrə ərizəçi olan Ərizəçi himayədarlıq edir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Ərizəçi övladının psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15 avqust 2006-ci il tarixdə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 15 avqust 2006-ci il tarixdə Zaqatala rayonu Mazıx kəndində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-101/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-101/2025
23.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver