Məhkəmə qərarları › İş №2(033)-1042/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1042/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1042/2021 06.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi X1 nümayəndəsi və vəkili X6 iştirakı ilə Ərizəçi X1 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon Şöbəsinə qarşı sənədin şəxsə məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, A 046025 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində mərhum anası “X8 “X15” olması faktının məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək A 046025 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədinin ərizəçinin mərhum anası “X10” məxsus olması faktının müəyyən ediməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi X7 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı ərizəçi X1 nümayəndəsi və vəkili X12 ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, A 046025 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 999.98 kv.metr həyətyanı torpaq sahəsi ərizəçinin mərhum anası X9 mülkiyyətinə verilmişdir. Lakin A 046025 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində ərizəçinin mərhum anası X15 “X13” kimi qeyd edilmişdir. Ərizəçinin mərhum anasının adı ölüm şəhadətnaməsində X4 göstərilmişdir. Yuxarıda qeyd edilən faktı İlisu kənd sakinləri olan ərizəçinin qonşuları da təsdiq edirlər. Qeyd olunan problem məhkəmə qaydasında həll olunmalıdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi X1 tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X17 kitabında uçota alınmış A seriyalı 046025 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax Rayon Aqrar İslahatı Komissiyasının 22 aprel 1998-ci il tarixli 04 nömrəli qərarı ilə X8 mülkiyyətinə Qax rayonu İlisu kəndində yerləşən 999.98 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 oktyabr 2021-ci il tarixdə verilmiş 05/76-496/69 nömrəli arayışdan görünür ki, X7 21.10.1986-cı ildə Azərbaycan Respublikası Qax rayonu İlisu kəndində anadan olmuşdur. Bu barədə 07.11.1946-cı il tarixdə Qax rayonu İlisu kənd inzibati ərazi dairəsində 27 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası X5, anası X11r. İşdə olan Qax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 oktyabr 2021-ci il tarixdə verilmiş arayışdan və Qax Rayon qeydiyyat Şöbəsi tərəfindən 27 iyul 2021-ci il tarixli AZ-İİ seriyalı 189438 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 05 fevral 2002-ci ildə ölmüşdür. Ölüm haqqında 06.02.2002-ci il tarixli 49 nömrəli akt qeydi tərtib edilmişdir. İşdə olan Qax rayonu İcra Hakimiyyəti İlisu kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 298 nömrəli arayışdan görünür ki, ölüm şəhadətnaməsi seriya nömrəsi AZ-İİ 189438 nömrəli olan mərhumə X15 torpağa mülkiyyət hüququna dair verilmiş A 046025 nömrəli kadastr sənədində X2 göstərilmişdir. X15 ilə X13 eyni şəxsdirlər. X13 adlı şəxs İlisu kəndində heç vaxt qeydiyyatda olmamış və yaşamamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, 06.02.2002-ci il tarixdə tərtib edilmiş 49 nömrəli ölüm haqqında akt qeydində və 07.11.1946-cı il tarixdə tərtib edilmiş 27 nömrəli X1 doğumu haqqında akt qeydində ana qrafasında “X15”nın adı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X17 kitabında uçota alınmış A seriyalı 046025 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən “X13” adı ilə düz gəlmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X17 kitabında uçota alınmış A seriyalı 046025 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən “X13”nın 06 fevral 2002-ci il tarixdə tərtib edilmiş 49 nömrəli ölüm haqqında akt qeydində və 07 noyabr 1946-cı il tarixdə tərtib edilmiş 27 nömrəli X1 doğumu haqqında akt qeydində ana qrafasında qeyd edilmiş “X15” kimi nəzərə alınmaqla həmin sənədin ərizəçi X1 anası X10 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Tələb etmədiyinə görə ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X17 kitabında uçota alınmış A seriyalı 046025 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən “X13”nın 06 fevral 2002-ci il tarixdə tərtib edilmiş 49 nömrəli ölüm haqqında akt qeydində və 07 noyabr 1946-cı il tarixdə tərtib edilmiş 27 nömrəli X1 doğumu haqqında akt qeydində ana qrafasında qeyd edilmiş “X15” kimi nəzərə alınmaqla həmin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X17 kitabında uçota alınmış A seriyalı 046025 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ərizəçi X1 anası X10 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar