Məhkəmə qərarları › İş №2(033)-1061/2021

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-1061/2021

16.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-1061/2021 16.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, İddiaçı1 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadərnamələr əsasında verilmiş reyestrdə çıxarışların, həmin çıxarışlar əsasında verilmiş alqı-satqı müqavilələrinin, həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı1 qardaşı və etibarnaməli nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxslər X3 və X2 qarşı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş 18 iyul 2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 01 oktyabr 2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı 25.07.2017-ci il tarixli, 4Ə-564 saylı 14.09.2017-ci il tarixli, 4Ə-398 saylı 09.08.2017-ci il tarixli, 4Ə-579 saylı 11.04.2019-cu il tarixli və 4Ə-651 saylı 05.10.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli 08.09.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli 22.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli 24.05.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 24.05.2019-cu il tarixli X3 və X1 adına aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.2-ci maddələrinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, iddia ərizəsi iddiaçının qardaşı Nümayəndə tərəfindən imzalansa da, iddia ərizəsinə əlavə edilmiş nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması xüsusi olaraq göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilir. Buna görə də, İddiaçı1 iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı1 göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 152, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı1 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadərnamələr əsasında verilmiş reyestrdə çıxarışların, həmin çıxarışlar əsasında verilmiş alqı-satqı müqavilələrinin, həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar