Məhkəmə qərarları › İş №2(033)-1252/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1252/2025

09.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1252/2025 09.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X9 Əli qızının katibliyi Maraqlı şəxs nümayəndəsi X5 və X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbi və dəlilləri Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 2021-ci il təvəllüdlü X6 18 yaşı tamam olanadək saxlanması üçün 27 aprel 2023-cü il tarixdən hesablanmaqla təyin olunmuş 220 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınaraq Bayramova (Məmmədova) Şahpəri Məmməd qızına ödənilməsi ilə bağlı 27 aprel 2023-cü ildə bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında bağlanmış nikah Zaqatala rayon məhkəməsinin 2(033)-635/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından 23 oktyabr 2021-ci il tarixdə X8 adlı bir övladları doğulmuşdur. Övladının onun himayəsinə verilməsi və alimentin təyin edilməsinə dair Maraqlı şəxs ilə aralarında 27 aprel 2023-cü ildə barışıq sazişi bağlanmışdır. Bağlanmış barışıq sazişinə əsasən aliment məbləğinin müəyyən edilməsində qeyd olunur ki 23 oktyabr 2021-ci il təvəllüdlü X6 18 yaşı tamam olanadək saxlanması üçün Maraqlı şəxs 220 manat sabit pul məbləğində aliment alınaraq X1 banka açılan hesabına ödənilməlidir. Aralarında bağlanmış 27 aprel 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə Maraqlı şəxs tərəfindən riayət olunmadığı üçün məcburiyyət qarşısında qalaraq barışıq sazişinin təsdiq olunmasına dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Maraqlı şəxs nümayəndəsi X5 məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, oğlunun məhkəmə mübahisəsinin olduğunu e-Məhkəmə sistemi vasitəsilə mobil telefonuna 03 sentyabr 2025-ci il tarixində SMS gəldikdən sonra xəbəri olmuşdur. Ərizəçi ilə əlaqə saxlayaraq məhkəməyə şikayət etməsinin səbəbini soruşduqda ona cavab olaraq bildirmişdir ki, “acığa səni süründürmək məqsədilə məhkəmələrə vermişəm” ifadəsini işlədərək, əsassız olaraq məhkəməyə şikayət ünvanlamışdır. Ərizəçinin hərəkətlərindən görünür ki, guya onun uşağına görə alimentin “verilməməsindən” narazıdır. Məhkəmənin nəzərinə çatdırır ki, ərizəçi tərəfindən belə narazılıq vardırsa ilk növbədə mədəni insanlar kimi, ona şikayətini bildirməli və o, üzərinə düşən öhdəliyi yerinə yetirməsəydi, qanunvericiliyə əsasən bu məsələ Mediasiya qaydasında həll edilməli, əgər bu da nəticə verməsəydi məhkəməyə müraciət etməli idi. Hazırkı iş üzrə bütün sadaladığım prosedurlardan xəbəri olmadan, oğluna yalnız məhkəmə SMS-i vasitəsilə xəbər tutması, onun hüquqlarının kobud pozulması ilə nəticələnmişdir. Yəni nə məhkəmə tərəfindən, nə də mediasiya qurumu tərəfindən ona iddiaçının istəyinin nədən ibarət olması barədə sübut göndərilməmişdir. Onun mobil əlaqə vasitəsi həmişə aktivdir, qeydiyyat ünvanına da heç bir tələb, təklif ünvanlanmamışdır. Belə olan halda ərizəçinin ərizəsi baxılmamış saxlanılmalıdır. Oğlu aliment məbləğinin verilməməsinə şiddətli şəkildə etiraz edərək bildirir ki, cavabdeh ilə iki ilə yaxındır ki, boşanmışlar, yalnız necə oldu ki, indi bir anda o alimenti verməyən şəxs olmuşdur. Cavabdeh sırf onu qıcıqlandırmaq üçün əsassız iddia irəli sürür. Halbuki, ailment məbləğini o artıqlaması ilə cavabdehə ödənilməsinə dair kifayət qədər sübutları və işin faktiki halları vardır. Belə ki, məhkəmə qətnaməsi ilə oğlu ayda uşağına görə 220 manat aliment məbləği ödəməlidir. Lakin, Ərizəçi ilə razılaşmışlar ki, o uşağına aylıq yemək, geyim, ərzaq və əyləncə təminatlarını təmin edəcək və cavabdeh də onunla razılaşaraq bunları qəbul etmişdir. Təqdim edəcəyi sübutlardan görünür ki, oğlu sıx-sıx cavabdehin olduğu Zaqatala səhərinə gedərək, ailə münasibətlərində olmus, yaşamış, uşağımın bütün zəruri təminatlarını təkbaşına həll etmiş və cavabdeh də onu təqdir edərək, razılaşmışdır. Cavabdeh əmək fəaliyyəti ilə məşğul olduğuna görə oğlundan xahiş etmişdir ki, uşağına telefon alsın. O da 2024- cü ilin mart ayında uşaq ilə ünsiyyət qurmaq üçün 600 manat dəyərində telefon almış və eyni zamanda uşaq asudə vaxtlarında oynamasına görə Şahpərinin xahişi ilə planşet də almışdır. Hətta bu azmış kimi, oğlu cavabdehin Zaqatala şəhərində kirayədə qaldığı evin kommunal xərclərini də tez-tez ödəmiş, Şahpəriyə geyimlər almış, kitablar almışdır. Bununla bağlı kifayət qədər bank hesab nömrəsi ilə ödənişlərin edilməsinə dair, ərzaqların digər halların olmasına dair şəkillər, videolar və s. sübutları vardır. Həmçinin, cavabdehə ərzaqların, uşağına palpaltarların göndərilməsinə, cavabdehin bank hesab nömrələrinə pul məbləğlərinin göndərilməsinə dair kifayət qədər sübutları vardır. Məhkəmə tərəfindən oğlundan aliment kəsilməsi məbləğini hesabladıqda 2 illik məbləğ 5200 manat olmasına baxmayaraq, həmin müddət ərzində uşağına və cavabdehin özünə təqribən 18000 manatdan çox pul xərcləmişdir. Bu onun insanlıq və atalıq borcudur. Onun bunu dilə gətirməsinin səbəbi cavabdeh tərəfindən əsassız iddialar ilə müraciət etməsidir. Hesab edir ki, cavabdehin alimentin verilməməsinə dair tələbləri əsassız və rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, oğlu ərizəçinin hələ tələbə vaxtlarından təhsil xərclərini, kirayə pulunu ödəmiş və ərzaqlarını alıb vermişdir. Daha sonra isə onlar evlənmiş və altı ildən sonra müalicələrlə bir övladları doğulmuşdur. Oğlu ərizəçidən boşanmamışdan əvvəl və boşandıqdan sonra da onun və uşağının bütün xərclərini ödəmiş, onların geyim-keçim xərclərini qarşılamış və ərzaqla təmin etmişdir. Hazırda ərizəçi aylıq əmək haqqı 300 manat olan işdə işləyir və 350 manat kirayəsi olan evdə uşağı ilə birlikdə yaşayır. Aldığı əmək haqqı kirayəsini ödəmir. Buna da oğlu köməklik edir. Onların əllərində oğlu tərəfindən hissə-hissə cəmi 3000 manat pulun ərizəçiyə köçürülməsi barədə sübutları vardır. Ərizəçinin ərizəsi əsassızdır. Ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X7 məhkəmə iclasında ərizəçinin ərisəzini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Yazılı sübutlar Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 12 mart 2024-cü il tarixdə verilmiş AZ-İ 481738 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında olan nikah Zaqatala rayon məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(033)-635/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 08 yanvar 2024cü il tarixdə xitam verilmişdir. AA3487693 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 23 oktyabr 2021-ci ildə doğulmuşdur. Mingəçevir regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 661759 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 oktyabr 2021-ci ildə doğulmuşdur. Valideynləri Maraqlı şəxs və X2r. Zaqatala rayon məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(033)-635/2023 saylı qətnaməsindən görünür ki, X4 ilə Maraqlı şəxs arasında 19 aprel 2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 141 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. 27 aprel 2023-cü il tarixli mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişindən görünür ki, mediasiya zamanı tərəflər, X4 və Maraqlı şəxs, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, X4 və Maraqlı şəxs, mediasiyaya edilən uşağın ananın himayəsinə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahda olarkən anadan olmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X6 18 yaşı tamam olana kimi anası X1 himayəsində qalmasına razılığa gəldilər.Mediasiya zamanı tərəflər, X4 və Maraqlı şəxs, mediasiyaya edilən alimentin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan anadan olmuş uşaqları, xx.xx.2021-ci il təvəllüdlü X6 18 yaşı tamam olana kimi, saxlanılması üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs mediasiyada edilən aliment tələbi ilə əlaqədar birgə nikahda olarkən anadan olmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X6 18 yaşı tamam olana kimi, saxlanılması üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişlər və 27 aprel 2023-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək onun Maraqlı şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin ödəməsinə dair 27 aprel 2023-cü il tarixində mediyasiya şurasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 27 aprel 2023-cü il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 27 aprel 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 27 aprel 2023-cü il tarixli barışıq sazişinin “birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X6 18 yaşı tamam olana kimi, saxlanılması üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəniləcəyinə” dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 27 aprel 2023-cü il tarixli barışıq sazişinin “birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X6 18 yaşı tamam olana kimi, saxlanılması üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəniləcəyinə” dair hissəsi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar